image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-eliyev-pezeshkian

İlham Əliyev Pezeşkianı belə qarşıladı – FOTOLAR

image-legitimaz-810x90

Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

Xeberaz.info” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İran Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

İran və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Məsud Pezeşkiana, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.

image-1745832195_1745831973124428221_1200x630 image-1745832195_174583197373343490_1200x630 image-1745832195_17458319733307534309_1200x630 image-1745832195_1745831973539553944_1200x630 image-1745832195_17458319735999757896_1200x630 image-1745832195_17458319732500036420_1200x630 image-1745832195_17458319732118726080_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki