image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1785485167_1785482024196438754_1200x630

Etibarlı tərəfdaşlıq uğurlu gələcəyin əsasını qoyur

image-legitimaz-810x90

Etibarlı tərəfdaşlıq uğurlu gələcəyin əsasını qoyur

Dünyada dövlətlər arasında möhkəm dostluq və qarşılıqlı etimad böyük əhəmiyyət daşıyır. Azərbaycan da dost və qardaş ölkələrlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin 2026-cı il iyulun 31-də Qırğızıstana etdiyi dövlət səfəri bu siyasətin uğurla davam etdiyini bir daha göstərdi. Səfər zamanı aparılan danışıqlar və mətbuata verilən bəyanatlar iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini təsdiqlədi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər qarşılıqlı hörmətə, etimada və qardaşlığa əsaslanır. Ölkələrimiz siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə uğurla əməkdaşlıq edir. Dövlət başçısı bildirdi ki, bu əlaqələrin daha da genişlənməsi üçün hər iki tərəfdə güclü iradə var.

Bəyanatda iqtisadi əməkdaşlığın inkişafı da ön plana çəkildi. Ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, nəqliyyat və logistika sahəsində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin inkişafına müsbət təsir göstərəcək. Xəzər dənizi üzərindən keçən nəqliyyat marşrutlarının əhəmiyyəti də xüsusi vurğulandı. Prezident İlham Əliyev humanitar əməkdaşlığın vacibliyini də qeyd etdi. Təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən layihələr xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Ağdam şəhərində Manas adına məktəbin fəaliyyət göstərməsi Azərbaycan ilə Qırğızıstan dostluğunun gözəl nümunəsidir. Bu layihə iki ölkənin ortaq dəyərlərə verdiyi önəmi göstərir. Bəyanatda Türk dünyasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi də diqqətə çatdırıldı. Azərbaycan və Qırğızıstan ortaq tarixə, dilə və mədəniyyətə malik ölkələr kimi bir-birinə dəstək verir və beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edir.

Qırğızıstana dövlət səfəri bir daha sübut etdi ki, güclü tərəfdaşlıq xalqların rifahına və dövlətlərin inkişafına xidmət edir. Azərbaycan ilə Qırğızıstan arasında dostluq münasibətləri gələcək illərdə də yeni layihələr və birgə təşəbbüslərlə daha da möhkəmlənəcək. Bu əməkdaşlıq həm iki ölkənin, həm də bütün Türk dünyasının birliyinə və tərəqqisinə mühüm töhfə verəcəkdir.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Gülşən İsmayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki