image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17821191731340348402_1200x630

Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi

image-legitimaz-810x90

Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana ilk dövlət səfərini etdi. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Səfər çərçivəsində Azərbaycan və Türkmənistan Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, həmçinin mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar, imzalanan sənədlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələn iki ölkənin münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini yaratdı. Ortaq tarixə malik olan Azərbaycan və Türkmənistan 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev səfərə çox böyük əhəmiyyət verdiyini, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə etdi. İmzalanan sənədlər münasibətlərin geniş gündəliyinin göstəricisi kimi qeyd edildi. Cənab İlham Əliyev Azərbaycanın və Türkmənistanın  birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını vurğuladı. Qeyd etdi ki, geniş Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətimizdən asılı olacaq.

Ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafında qarşılıqlı etimad mühitinin mövcudluğu əhəmiyyətli rol oynayır: “Azərbaycan və Türkmənistan arasında formalaşmış yüksək etimad mühiti dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin dinamikliyində, davamlı siyasi dialoqda özünü təsdiqləyir. Belə ki, ötən dövr ərzində Prezident cənab İlham Əliyevin   Türkmənistana 2 rəsmi və 5 işgüzar səfəri olub. Türkmənistan tərəfi də qarşılıqlı səfərlər fonunda əlaqələrin inkişafına töhfələri ilə diqqətdədir. Hər iki tərəf etimad mühitini qorumaq üçün səylər göstərirlər.  Liderlərin qarşılıqlı diplomatik addımları və hədiyyələri xalqlararası mənəvi bağları daha da möhkəmləndirir. Səfər çərçivəsində Prezident cənab İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasiminin  keçirilməsi də bu tərkibdəndir. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına  töhfədir.

Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki