image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1783936282iiiiiiiiiiiiiiiii

Bu gün Azərbaycanda daha çox Çin şirkəti var

image-legitimaz-810x90

Bu gün Azərbaycanda daha çox Çin şirkəti var

Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumunda cənab Prezident Azərbaycanın artıq regional və qlobal proseslərə təsir göstərən, milli maraqlarını qətiyyətlə müdafiə edən orta güc kimi formalaşdığını bildirərək söylədi ki, ölkəmizin müstəqil xarici siyasəti, güclü iqtisadi potensialı, yüksək müdafiə qabiliyyəti və artan beynəlxalq nüfuzu bu statusu təmin edən əsas amillərdir. Dövlət başçısı Azərbaycanın iqtisadi gücünün dayanıqlı inkişafın əsas sütunlarından biri olduğunu bildirdi. Orta Dəhliz üzrə yükdaşımalarının həcminin artdığını qeyd edən Prezident İlham Əliyev Azərbaycanın tranzit imkanlarının daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söylədi. Dövlət başçısı, həmçinin bərpaolunan enerji sahəsində Çin şirkətləri ilə uğurlu əməkdaşlığın qurulduğunu, Günəş enerjisi layihələrinin həyata keçirildiyini və BYD elektrik avtobuslarının birgə istehsalının iki ölkə arasında iqtisadi tərəfdaşlığın mühüm göstəricilərindən biri olduğunu bildirdi.

Beləliklə, IV Şuşa Qlobal Media Forumu müasir çağırışların müzakirə olunduğu, beynəlxalq əməkdaşlığın təşviq edildiyi və Azərbaycanın mövqeyinin dünyaya çatdırıldığı nüfuzlu platforma kimi böyük maraqla qarşılandı. Azərbaycan liderinin səsləndirdiyi fikirlər, verilən suallara aydın və əhatəli cavabları ölkəmizin müstəqil xarici siyasətini, milli maraqlara söykənən prinsipial mövqeyini, regional və beynəlxalq proseslərdə artan rolunu bir daha nümayiş etdirdi. Şuşadan verilən mesajlar Azərbaycanın sülhə, əməkdaşlığa və davamlı inkişafa sadiqliyini bir daha təsdiqlədi. Münaqişədən sülhə, dağıntıdan quruculuğa uzanan yolun rəmzinə çevrilən Şuşa bu gün həm də beynəlxalq dialoq və qarşılıqlı etimad məkanı kimi öz mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin həyata keçirdiyi siyasət bir daha göstərdi ki, Azərbaycan sülhün, sabitliyin və davamlı inkişafın tərəfdarıdır. Dünya isə Şuşadan verilən bu mesajların şahidi oldu.

 

Dərya Əhmədova

Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki