image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-_1784660699

Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir

image-legitimaz-810x90

Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya səfəri zamanı Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması iqtisadi münasibətlərin institusional inkişafı baxımından mühüm hadisədir. Bu qurum sahibkarlar arasında birbaşa əlaqələrin genişlənməsinə, yeni investisiya layihələrinin hazırlanmasına, texnologiya transferinə və birgə istehsal müəssisələrinin yaradılmasına geniş imkanlar yaradacaq. Azərbaycanın əlverişli investisiya mühiti, sabit siyasi şəraiti və geniş nəqliyyat imkanları Almaniya biznes dairələrinin marağını daha da artırır. Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutdu. Dövlət başçısının da qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv on ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi nüfuzu daha da artıb. Ölkəmiz siyasi vəziyyətdən asılı olmayaraq bütün müqavilə öhdəliklərini vaxtında yerinə yetirməklə etibarlı tərəfdaş imicini möhkəmləndirib. Azərbaycan yalnız təbii qaz və neft ixrac edən ölkə kimi deyil, həm də yaşıl enerji sahəsində Avropanın gələcək tərəfdaşlarından biri kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, günəş və külək elektrik stansiyalarının tikintisi ölkəmizin enerji strategiyasının yeni mərhələyə keçdiyini göstərir. Almaniyanın alternativ enerji texnologiyaları sahəsində zəngin təcrübəsi bu istiqamətdə əməkdaşlıq üçün geniş perspektivlər yaradır.

Müasir dövrdə qlobal iqtisadiyyatın əsas dayaqlarından biri nəqliyyat və logistika marşrutlarıdır. Prezident İlham Əliyevin çıxışında bu məsələyə toxunaraq vurğuladığı kimi, Almaniya şirkətləri logistika və nəqliyyat sahəsində böyük uğurlar əldə ediblər və Azərbaycan bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında əsas tranzit qovşaqlarından birinə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları və beynəlxalq hava limanları Orta Dəhlizin səmərəli fəaliyyətini təmin edən mühüm layihələrdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu daha da gücləndirib. Bu baxımdan Almaniya ilə logistika və tranzit sahəsində əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış Birgə Bəyannamənin icrası məqsədilə bir neçə işçi qrupunun yaradılması barədə əldə olunan razılıq da tərəflərin bu istiqamətdə konkret fəaliyyətə üstünlük verdiyini göstərir.

Zərdab şəhər 1-nömrəli  məktəb liseyin direktoru-Vüsalə Kərimova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki