image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1779106021_c42906b7074053c763ef50481978e204

Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır

image-legitimaz-810x90

Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır.

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın dünyada tanınan müasir şəhərlərindən biri olduğunu bir daha göstərdi. Forum zamanı paytaxtın inkişafı, şəhər infrastrukturu və beynəlxalq tədbirlərin təşkili məsələləri xüsusi diqqət çəkdi. Bu tədbirlər sırasında Bakı Qran-Prisinin də adı tez-tez qeyd olunur. Çünki Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardan biridir və bu xüsusiyyət paytaxtımızı dünyada daha da məşhur edir. Bakı Qran-Prisi artıq bir neçə ildir ki, Azərbaycanda keçirilir və dünyanın diqqətini Bakıya yönəldir. Yarışın ən maraqlı cəhətlərindən biri onun birbaşa şəhər küçələrində təşkil edilməsidir. Dünyada Formula 1 yarışlarının çoxu xüsusi hazırlanmış traslarda keçirilsə də, Bakı trası şəhərin mərkəzindən keçərək qədim və müasir memarlığı bir arada nümayiş etdirir. Yarış zamanı televiziya vasitəsilə milyonlarla insan Bakı şəhərini izləyir. İçərişəhərin qədim divarları, Xəzər dənizi sahili, müasir binalar və geniş küçələr şəhərin gözəlliyini dünyaya tanıdır. Bu isə Azərbaycanın turizm imkanlarının artmasına və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə böyük töhfə verir.

Bakının belə mötəbər yarışlara ev sahibliyi etməsi şəhərin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Son illərdə paytaxtda yollar yenilənib, parklar salınıb, yeni körpülər və müasir binalar tikilib. Şəhərsalma sahəsində görülən işlər həm sakinlərin rahatlığına, həm də xarici qonaqların məmnun qalmasına xidmət edir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi də təsadüfi deyil. Azərbaycan bu gün müasir şəhərsalma, nəqliyyat və infrastruktur sahəsində uğurlu təcrübəyə malik ölkələrdən biri hesab olunur. Bakı Qran-Prisi kimi beynəlxalq tədbirlər isə paytaxtın dünyaya açıq, təhlükəsiz və müasir şəhər olduğunu nümayiş etdirir. Bu gün Bakı həm qədim tarixini qoruyan, həm də müasir inkişafı ilə seçilən şəhərlərdən biridir. Şəhərimizdə keçirilən beynəlxalq forumlar və yarışlar Azərbaycanın gələcəyə doğru inamla addımladığını göstərir.

 

Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki