image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17864691911601815333_1200x630

Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir

image-legitimaz-810x90

Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə regionun təhlükəsizliyi, Naxçıvanın müdafiə imkanlarının gücləndirilməsi və Azərbaycanın hərbi qüdrətinin artması baxımından mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı müsahibəsində Naxçıvanın sosial-iqtisadi inkişafı ilə yanaşı, müdafiə potensialının gücləndirilməsini də prioritet istiqamətlərdən biri kimi diqqətə çatdırdı.

Prezident İlham Əliyevin sözlərinə görə, Naxçıvanın coğrafi xüsusiyyətləri onun təhlükəsizliyinə xüsusi diqqət yetirilməsini zəruri edir. Bu baxımdan Əlahiddə Ümumqoşun Ordusunun yaradılması və onun müasir hərbi texnika, eləcə də yeni komando qüvvələri ilə gücləndirilməsi Azərbaycanın müdafiə strategiyasının mühüm istiqamətlərindəndir. Dövlət başçısı müsahibədə bu məsələyə xüsusi əhəmiyyət verərək bildirib: “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın – muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.” Bu fikirlər Azərbaycanın müdafiə siyasətinin əsas prinsiplərindən birini — milli təhlükəsizliyin etibarlı təmin olunmasını və hərbi potensialın daim inkişaf etdirilməsini — bir daha nümayiş etdirir. Xüsusilə Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru bağlantısının olmaması burada müdafiə imkanlarının yüksək səviyyədə saxlanılmasını strateji zərurətə çevirir. Prezidentin qeyd etdiyi kimi, Naxçıvanın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir.

Müsahibə zamanı Naxçıvanda hərbi potensialın yalnız mövcud səviyyədə qorunmasının deyil, bundan sonra da ardıcıl şəkildə artırılmasının nəzərdə tutulduğu vurğulandı. Müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması Azərbaycan Ordusunda gedən modernləşmə prosesinin Naxçıvanda da davam etdirildiyini göstərir. Bu yanaşma Naxçıvanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Naxçıvanın müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, səfər zamanı sənaye, enerji və sosial-iqtisadi inkişaf istiqamətində də mühüm layihələr diqqətə çatdırıldı. Beləliklə, Prezidentin müsahibəsi Naxçıvanın təhlükəsizliyinin təmin olunması ilə onun iqtisadi və enerji imkanlarının genişləndirilməsinin paralel şəkildə həyata keçirildiyini göstərdi.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki