image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17779054604813253836_1200x630

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər

image-legitimaz-810x90

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ciorgia Meloninin Azərbaycana səfəri çərçivəsində Prezident cənab İlham Əliyev ilə keçirilən görüşlər bu əlaqələrin nə qədər möhkəm olduğunu bir daha göstərdi. Görüş zamanı dövlət başçısı çıxış edərək Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğuladı. Qeyd olundu ki, iki ölkə arasında münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət, mədəniyyət və təhsil sahələrində də uğurlu nəticələr əldə olunub.

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Xüsusilə neft və qaz sahəsində qurulan əməkdaşlıq bu münasibətlərin əsasını təşkil edir. Azərbaycan enerji resurslarının Avropaya çatdırılmasında mühüm rol oynayır və bu prosesdə İtaliya əsas istiqamətlərdən biri kimi çıxış edir. Bununla yanaşı, İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə fəal iştirak edir. Onlar sənaye, tikinti və infrastruktur sahələrində öz təcrübələrini tətbiq edərək ölkənin inkişafına töhfə verirlər. Eyni zamanda, iki ölkə arasında qarşılıqlı investisiya imkanları da getdikcə genişlənir. Humanitar sahədə də əlaqələr diqqət çəkir. Azərbaycan və İtaliya arasında mədəni tədbirlər, sərgilər və təhsil proqramları təşkil olunur. Bu da xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir.

Ciorgia Meloninin səfəri bir daha göstərdi ki, tərəflər mövcud əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Yeni layihələrin həyata keçirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi əsas məqsədlərdən biri kimi müəyyən edilib. Nəticə etibarilə, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında ikitərəfli münasibətlər sabit və yüksələn xətt üzrə inkişaf edir. Bu əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğun olaraq gələcəkdə də davam edəcək və yeni uğurlara yol açacaq.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki