image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-44702

Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir

image-legitimaz-810x90

Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir

1993-cü il aprelin 2-si Azərbaycanın müasir tarixində faciəli səhifələrdən biri kimi yadda qalmışdır. Həmin gün Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsi nəticəsində on minlərlə insan doğma torpaqlarından didərgin salınmış, bölgənin tarixi-mədəni irsinə və iqtisadi potensialına ağır zərbə vurulmuşdur.

İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. Rayon əhalisi Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Bir gündə doğma yurd-yuvasını itirən insanların taleyi uzun illər davam edən məcburi köçkünlük həyatının ağır sınaqları ilə üzləşmişdir.

Erməni işğalı nəticəsində Kəlbəcərin sosial infrastrukturu da tamamilə dağıdılmışdır. Rayonda 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya və 9 aptek talan edilmiş və yararsız vəziyyətə salınmışdır. Yüzlərlə inzibati bina, minlərlə yaşayış evi və çoxsaylı nəqliyyat vasitələri də işğalın qurbanına çevrilmişdir.

Bununla kifayətlənməyən Ermənistan Kəlbəcərin təbii sərvətlərini qanunsuz istismar etmiş, meşələrinə, su ehtiyatlarına və digər təbii sərvətlərinə ciddi ziyan vurmuşdur. Tarixi-mədəniyyət abidələrinin dağıdılması və mənimsənilməsi isə xalqımızın milli irsinə qarşı yönəlmiş məqsədyönlü vandalizm siyasətinin tərkib hissəsi olmuşdur.

Kəlbəcər faciəsi yalnız bir rayonun işğalı deyildi. Bu, insanların öz tarixi torpaqlarından zorla qovulması, ailələrin parçalanması, milli-mədəni irsin məhv edilməsi və bütöv bir bölgənin inkişafının dayandırılması demək idi. Lakin Azərbaycan xalqı heç vaxt doğma torpaqlarından imtina etmədi. Dövlətimizin güclü iradəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Kəlbəcər yenidən azadlığına qovuşdu. Bu gün həmin torpaqlarda həyatın bərpası işğalın ağır nəticələrinin aradan qaldırılmasına və tarixi ədalətin təmin edilməsinə xidmət edir.

 

Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki