image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar

image-legitimaz-810x90

Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər təkcə füsunkar təbiəti, zəngin mineral sərvətləri və strateji mövqeyi ilə deyil, həm də minilliklərə söykənən tarixi-mədəni irsi ilə seçilir. Bu diyarın hər qarışı xalqımızın qədim keçmişindən, milli-mənəvi dəyərlərindən və zəngin mədəniyyətindən xəbər verir.

Kəlbəcərin tarixi kökləri minilliklərin dərinliklərinə gedib çıxır. Ərazidə aparılan araşdırmalar zamanı 30 min ildən artıq tarixə malik qədim insan məskənlərinin, təxminən 6 min il yaşı olan qaya təsvirlərinin, qədim türk əlifbasına aid nümunələrin aşkar edilməsi bu bölgənin bəşər sivilizasiyasının mühüm məkanlarından biri olduğunu təsdiqləyir. Tərtər çayı boyunca uzanan qayalıqlarda yerləşən süni mağaralar isə qədim insanların yaşayış tərzi, məişəti və dünyagörüşü haqqında mühüm məlumatlar verir.

Kəlbəcərin toponimi də onun qədimliyi ilə bağlı maraqlı məqamları özündə ehtiva edir. Bir sıra izahlara görə, “Kəlbəcər” adı qədim türk dilində “çay üstündə qala” mənasını ifadə edir. Bu adın bölgənin coğrafi xüsusiyyətləri və tarixi yaşayış məskənləri ilə bağlılığı diqqət çəkir.

Rayonun ərazisindəki daş abidələr müxtəlif tarixi dövrlərin izlərini qoruyub saxlayır. Onlar erkən türk mədəniyyətinin, atəşpərəstliyin, xristianlığın və VII əsrdən etibarən İslamın yayıldığı dövrlərin maddi-mədəniyyət nümunələridir. Bu abidələr Kəlbəcərin müxtəlif dini və mədəni ənənələrin qovuşduğu tarixi məkan olduğunu göstərir.

Erməni işğalı dövründə Kəlbəcərin tarixi irsinə ciddi ziyan vurulmuş, bir sıra abidələr dağıdılmış, talan edilmiş və mənimsənilməyə cəhd göstərilmişdir. Lakin xalqımızın tarixi yaddaşını silmək mümkün olmamışdır.

Bu gün Kəlbəcərin azad olunması ilə onun tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün yeni imkanlar yaranmışdır. Kəlbəcər bizim yalnız coğrafi ərazimiz deyil, milli tariximizin, qədim mədəniyyətimizin və dövlətçilik yaddaşımızın ayrılmaz parçasıdır.

 

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki