image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-491461701_18459685711075011_6675770933591838950_n

Zərifə Əliyeva Azərbaycan elminin parlaq simalarından biri kimi yalnız öz dövrünün deyil, gələcək nəsillərin də inkişafına təsir göstərmişdir

image-legitimaz-810x90

Zərifə Əliyeva Azərbaycan elminin parlaq simalarından biri kimi yalnız öz dövrünün deyil, gələcək nəsillərin də inkişafına təsir göstərmişdir

Zərifə Əliyevanın elmi fəaliyyətində mühüm istiqamətlərdən biri də gözün daxili quruluşunun və funksiyalarının dərindən öyrənilməsi olmuşdur.

Onun bu sahədə yazdığı monoqrafiyalar arasında “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” xüsusi əhəmiyyət kəsb edir. Bu əsərlər oftalmologiyada nəzəri biliklərin inkişafına ciddi töhfə vermişdir.

Zərifə Əliyeva göz yaşı aparatının xəstəliklərinin öyrənilməsi ilə bağlı ayrıca elmi istiqamət formalaşdırmışdır.

Onun bu sahədə apardığı tədqiqatlar nəticəsində göz yaşı yollarının fiziologiyası cərrahi müalicə üsulları qoruyucu müdaxilə metodları elmi əsaslarla işlənmiş və praktikaya tətbiq edilmişdir. Bu səbəbdən o, Azərbaycan lakrimologiyasının banilərindən biri hesab olunur.

Zərifə Əliyeva nadir və mürəkkəb sahə olan iridodiaqnostika ilə də məşğul olmuş və bu sahədə ilk fundamental əsərləri yazmışdır.

Onun bu istiqamətdə yazdığı monoqrafiyalar dünya miqyasında ilk elmi əsərlərdən hesab olunur və oftalmologiyada yeni diaqnostik yanaşmaların inkişafına təkan vermişdir.

Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin müəllifi olmuşdur. Onun əsərləri yalnız Azərbaycanda deyil, beynəlxalq elmi mühitdə də yüksək qiymətləndirilmişdir.

Onun yazdığı əsas əsərlər aşağıdakı sahələri əhatə edir. Virus mənşəli göz xəstəlikləri, qlaukoma və katarakta, diabetlə bağlı göz problemləri, göz travmaları və mikrocərrahiyyə kimi bu əsərlər uzun illər həkimlər və tələbələr üçün əsas elmi mənbələrdən biri olmuşdur.

Zərifə Əliyeva yalnız tədqiqatçı alim deyil, həm də görkəmli pedaqoq olmuşdur.

Onun rəhbərliyi ilə gənc alimlər hazırlanmış, yeni tədqiqat istiqamətləri yaradılmış, oftalmologiya sahəsində milli kadr potensialı formalaşdırılmışdır O, elm və təhsili birləşdirərək Azərbaycanda tibb elminin inkişafına sistemli şəkildə töhfə vermişdir.

Zərifə Əliyeva Azərbaycan elminin parlaq simalarından biri kimi yalnız öz dövrünün deyil, gələcək nəsillərin də inkişafına təsir göstərmişdir. Onun elmi fəaliyyəti oftalmologiyanın müxtəlif sahələrini əhatə edərək həm nəzəri, həm də praktik baxımdan mühüm nəticələr ortaya qoymuşdur.

Bu gün onun adı yalnız görkəmli alim kimi deyil, həm də elmə sədaqətin, insanlara xidmətin və yüksək peşəkarlığın simvolu kimi xatırlanır.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki