image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1781014557187

Zərdabda polis maarifləndirici tədbir keçirdi

image-legitimaz-810x90

Maarifləndirici tədbir keçirildi

Zərdab şəhər H.Aslanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin yeniyetmə şagirdlərinin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə müasir dövrün ən ciddi sosial problemlərindən biri olan narkomaniya və onun fəsadları mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Xeberaz.info xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Xəyalə Niftəliyeva , Zərdab Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Pərviz Hüseynov və digər məsul şəxslər iştirak edərək narkotik vasitələrin insan sağlamlığına, ailə münasibətlərinə və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat vermiş, gəncləri zərərli vərdişlərdən uzaq durmağa və sağlam həyat tərzi seçməyə çağırmışlar.

Tədbir zamanı şagirdləri maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Sağlam gələcəyimiz naminə narkomaniyaya yox deyək!

image-fb_img_1781014557187 image-fb_img_1781014560167 image-fb_img_1781014562334 image-fb_img_1781014564889 image-fb_img_1781014567485 image-fb_img_1781014569961


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki