Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Cəmalzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları və digər şəxslər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Daha sonra tədbir davam etdirilib.
Xeberaz.info xəbər verir k, tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Cəmalzadə prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, prokurorluq orqanları ölkəmizdə qanunçuluğun və hüquq qaydasının təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayır. Prokurorluq əməkdaşlarının üzərinə düşən məsuliyyətli vəzifələrin layiqincə yerinə yetirilməsi dövlətçilik prinsiplərinin, qanunun aliliyinin və ədalətin təmin olunmasına mühüm töhfə verir. Çıxış zamanı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən ardıcıl və məqsədyönlü işlər, qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər xüsusi vurğulanıb. Rayon rəhbəri Zərdab rayon prokurorluğunun kollektivinə də fəaliyyətlərində uğurlar arzulayıb, dövlətə və xalqa xidmət yolunda məsuliyyətli işlərində yeni nailiyyətlər diləyib.
Daha sonra Zərdab Rayon Prokuroru Zaur Əliyev çıxış edərək prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edən rayon rəhbərliyinə təşəkkürünü bildirib. Zaur Əliyev Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin rəhbərliyi və diqqəti sayəsində prokurorluq orqanlarında yaradılmış iş şəraitindən, əməkdaşların fəaliyyətinin səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O, göstərilən diqqət və etimada görə Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığını ifadə edib.
Zərdab Rayon Prokuroru, həmçinin rayonun hüquq-mühafizə orqanları ilə prokurorluq arasında qarşılıqlı əməkdaşlığın və əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Göstərilən diqqət və dəstəyə görə Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda prokurorluq əməkdaşlarına möhkəm cansağlığı, ailə səadəti və dövlətçiliyimizin, qanunçuluğun və ədalətin qorunması istiqamətində məsuliyyətli fəaliyyətlərində uğurlar arzulanıb.
Vüqar Rəhimov





























