image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260810-wa0156

Yardımlının Ləzir kəndi yaxınlığında meşəlik ərazidə ağaclar kəsilib

image-legitimaz-810x90

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında – Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında meşə massivinin məhv edilməsini sübut edən yeni və eksklüziv görüntülər redaksiyamıza daxil olub.

Xeberaz.info Mediatvaz.com-,az istinadən xəbər verir ki, Ləzir meşələrindən daxil olan ən son kadrlardan görünür ki, dolayın başqa bir kvartalında qanunsuz kəsilmiş ağacların izini itirmək üçün “DT-75” markalı sepli traktordan istifadə olunur. Ağac kəsənlər texnika vasitəsilə iri diametrli kötük yerlərinin üstünü torpaqla örtməyə çalışsalar da, nisbətən kiçik ağacların izlərini gizlədə bilməyiblər. Ərazidə təxminən yüzə yaxın ağacın məhv edildiyi kadrlarla öz təsdiqini tapır. Həmin ağacların bir qisminin fotolarını təqdim edirik.

Xatırladaq ki, bir neçə gün əvvəl — avqustun 7-də mətbuatda Yardımlı meşələrində ağacların kəsilməsi ilə bağlı rəsmi açıqlamalar dərc olunmuşdu. Həmin vaxt Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirmişdi ki, avqustun 4-də keçirilən nəzarət tədbirləri zamanı həmin dolayda qanunsuz kəsinti faktı aşkar edilərək akt tərtib olunub və toplanmış materiallar Yardımlı Rayon Polis Şöbəsinə göndərilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu da fakt üzrə prosessual araşdırmanın aparıldığını təsdiqləmişdi.

Bütün bu rəsmi açıqlamalara və polis araşdırmalarına baxmayaraq, əldə etdiyimiz ən son eksklüziv kadrlar Ləzir kəndi yaxınlığında meşə kəsintisinin və izlərin traktorla ört-basdır edilməsi cəhdlərinin hələ də davam etdiyini göstərir.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

image-img-20260810-wa0118 image-img-20260810-wa0120 image-img-20260810-wa0119 image-img-20260810-wa0122 image-img-20260810-wa0121 image-img-20260810-wa0124 image-img-20260810-wa0123 image-img-20260810-wa0125 image-img-20260810-wa0126 image-img-20260810-wa0127 image-img-20260810-wa0128 image-img-20260810-wa0129 image-img-20260810-wa0130 image-img-20260810-wa0131 image-img-20260810-wa0132 image-img-20260810-wa0134 image-img-20260810-wa0133 image-img-20260810-wa0135 image-img-20260810-wa0136


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki