image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8310cc57-1fa1-4c18-b923-8bffa8087282

YAP Zərdab rayon təşkilatı tərəfindən müşavirə keçirilib – FOTOLAR

image-legitimaz-810x90

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı oktyabrın 6-da YAP Zərdab rayon təşkilatı tərəfindən müşavirə keçirilib.

Əvvəlcə Zərdab şəhər Heydər Əliyev parkında müstəqil Azərbaycan Respublikasının memarı, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşan Yeni Azərbaycan Partiyasının hazırda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, milli maraqların və dövlətçilik prinsiplərinin qorunmasına, Azərbaycanın davamlı inkişafının təmin edilməsinə davamlı töhfələr verdiyini bildirdi. Qeyd olundu ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında cənab İlham Əliyevin mühüm istiqamətləri özündə ehtiva edən dərin məzmunlu çıxışı Azərbaycanın müasir inkişaf mərhələsinin əsas prioritetlərini və qarşıda duran strateji vəzifələri aydın şəkildə ortaya qoymaqla yanaşı, ölkənin gələcək tərəqqisinə dair mühüm hədəfləri müəyyənləşdirdi və Partiyanın gələcək dövrdə fəaliyyətinin əsas istiqamətlərinə yeni məzmun qazandırdı.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyeva Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm bir mərhələyə təsadüf etdiyini, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər fonunda keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, VIII Qurultay Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi inkişaf yolunun, həyata keçirdiyi məqsədyönlü fəaliyyətin və ölkənin tərəqqisinə verdiyi töhfələrin qiymətləndirilməsi ilə yanaşı, qarşıdakı dövrdə Partiyanın fəaliyyətinin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi, qarşıda duran vəzifələrin və prioritet istiqamətlərin dəqiq müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir.
Müşavirədə Yeni Azərbaycan Partiyasının VIII Qurultayının iştirakçıları – Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva, Əlvənd kənd tam orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Elvin Xəlilov, “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin sədri Kamal Xəlilov, o cümlədən YAP Zərdab rayon təşkilatının Zərdab rayon İcra hakimiyyəti başçısı Aparatı ərazi partiya təşkilatının sədri Şövqi Qafarov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolundan, Partiyanın VIII Qurultayının əlamətdar tarixi hadisə kimi əhəmiyyətindən bəhs etdilər, Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin səsləndirdiyi fikirlərin Partiyanın qarşısında mühüm vəzifələri müəyyənləşdirdiyini bildirdilər.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.

image-9e1a01f3-23a2-4ab2-8461-d81b01796b90image-38381ce3-6eb9-40f6-9cfe-6608ec5616afimage-8310cc57-1fa1-4c18-b923-8bffa8087282image-256c0265-fc31-48ce-9044-0c1db106885cimage-e56a2465-cf33-4913-af99-da7548ac041bimage-dd3412c0-0337-4a98-b874-6e96f3aac343image-a20b1d41-fe56-445d-8cbe-9b490ed09fe6image-3e9ca16c-4744-4a3f-997b-374e13810bc8image-23722557-b8fe-42ca-9952-2628f0ac04ebimage-47550d1a-44fb-4e28-ac6e-90de07c3fda8image-18c5821a-f2a6-4689-a52c-0b63e19f7992image-a5264635-4211-462f-8f6a-9a74ee1c49a1image-530fb604-5b7d-48d2-99f8-457419b6fbe2image-52c76fb7-4d9d-4404-879e-749c05b59d5cimage-b1212a05-9268-4320-9459-8db85b4d1b69image-d3b42ddc-8f60-47e8-80f0-bf4429554836image-4bd90d89-8043-4af9-82cc-06966e23a3cf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki