image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

XX əsrin70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi

image-legitimaz-810x90

XX əsrin70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi

Dünyanın müxtəlif xalqlarına mənsub olan insanlar Azərbaycan dilini ilk dəfə eşidərkən, onun mənasını tam anlamasalar belə, bu dilin ahəngdarlığını, melodikliyini və şeirə bənzər səslənişini xüsusi vurğulayırlar. Bu, Azərbaycan dilinin zəngin fonetik quruluşunun, incə ifadə imkanlarının və əsrlər boyu formalaşmış mədəni irsinin göstəricisidir. Məhz buna görə Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, xalqımızın ruhunu, tarixini, mədəniyyətini və milli kimliyini yaşadan ən böyük mənəvi sərvətlərdən biridir.Ulu Öndər Heydər Əliyev deyirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır.” Bu fikir Azərbaycan dilinin dövlətçilik və milli kimlik baxımından əhəmiyyətini ən dolğun şəkildə ifadə edir. Ana dilini qorumaq, onu inkişaf etdirmək və gələcək nəsillərə olduğu kimi ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Gənclər müasir Azərbaycan dilini bütün incəlikləri ilə öyrənməli, gündəlik həyatlarında, elm və təhsildə, informasiya məkanında, dövlət idarəçiliyində və beynəlxalq platformalarda ondan düzgün və zəngin şəkildə istifadə etməlidirlər. Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi. Xüsusilə 1970-ci illərin ortalarından etibarən SSRİ-də milli respublikaların ictimai-siyasi həyatında dil məsələsinə ciddi məhdudiyyətlər tətbiq olunurdu. Hətta 1930-cu illərdə ana dilinin hüquqlarını müdafiə edən ziyalılar repressiyalara məruz qalır, sürgün edilirdilər. Belə mürəkkəb şəraitdə ana dilinin müdafiəsini açıq şəkildə gündəmə gətirmək böyük siyasi iradə və cəsarət tələb edirdi. Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi uğrunda ardıcıl mübarizə apararaq tarixi xidmət göstərdi. O, ziyalıları və cəmiyyəti ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda səfərbər etdi, Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində prinsipial mövqe nümayiş etdirdi. Bu mübarizənin ən mühüm nəticələrindən biri 1978-ci il aprelin 2-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Ulu Öndərin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit edilməsi oldu. Həmin dövrün siyasi reallıqları nəzərə alındıqda bu qərar milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri hesab edilir.

Zərdab şəhər 1-nömrəli  məktəb liseyin direktoru-Vüsalə Kərimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki