image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-yol-temir_-4

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

image-legitimaz-810x90

Xocavənd rayonunun Ağkənd və Qarakənd, Xocalı rayonunun isə Təzəkənd və Badara kəndlərinə gedən avtomobil yollarında əsaslı yenidənqurma işləri həyata keçirilir.

Xeberaz.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, layihələr çərçivəsində yollar müasir tələblərə uyğun şəkildə yenilənir, yol infrastrukturu yaxşılaşdırılır, yaşayış məntəqələrinin rahat və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür.

Görülən işlər bərpa olunan yaşayış məntəqələrinin müasir və dayanıqlı yol infrastrukturu ilə təmin edilməsinə, nəqliyyat əlçatanlığının artırılmasına və Böyük Qayıdış prosesinin sürətləndirilməsinə xidmət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki