image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-16037989704567330621_1200x630

Tarixi-dini abidələrlə zəngin ərazi

image-legitimaz-810x90

Tarixi-dini abidələrlə zəngin ərazi

 

Tarixboyu gələcək hədəfləri özündə ehtiva edən, mütərəqqi ideyalar ətrafında sıx birləşməyi bacaran xalqlar qarşıya qoyduqları məqsədlərə doğru daha inamla irəliləyib və uğurlu nəticələr əldə ediblər.Ötən illərdəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləyib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ictimai həyatın bütün sahələrində böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında nəzərə çarpacaq irəliləyişlərə səbəb olub.
Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyuldu. Ermənistanın 2020-ci ilin sentyabrın 27-də növbəti hərbi təxribatına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlanıldı və rəşadətli Ordumuzun şücaəti və qəhrəmanlığı nəticəsində noyabrın 8-dək ərazilərimizin bir hissəsi, o cümlədən 5 şəhər, 4 qəsəbə, və 286 kənd işğaldan azad olundu.

Azərbaycan ərazisi tarixi və dini abidələrlə zəngindir. Bu abidələrlə zəngin    ərazilərdən biridə Füzuli rayonudur. Füzuli rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. Füzuli rayonunun ərazisi xüsusən türbələrlə zəngindir. Həmin abidələrə rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub türbəsini XIII əsr, Aşağı Veysəlli kəndində Mirəli türbəsini XIV əsr, Əhmədalılar kəndində orta əsrlər qəbiristanlığındakı türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini qeyd etmək olar. Füzuli rayonunda Qarğabasar kəndinin mərkəzindəki karvansaranın tarixi XVII ərsə aiddir.

Rayonun aşağı Veysəlli kəndində Mirəli türbəsi,bundan başqa rayonda Qoçəhmədi, Qacar, Dədəli, Mərdanlı, Böyük Bəhmənli, Yuxarı Veysəlli, Aşağı Diləğarda məscidləri. Qoçəhmədi kəndindəki XVII əsrə aid məscid və yaşayış binası, Horadiz qəsəbəsindəki XIX əsrə aid məscid və İmamzadə türbəsi, Qacar, Böyük Pirəhmədli, Mehdili kəndlərindəki XIX əsrə aid məscidlər, Saracıq və Gorazılı kəndlərindəki XIX əsrə aid körpülər Füzulinin tarixi abidələridir. Bu tarixi abidələr bizim Azərbaycanın mədəni irsidir bunları qoruyub gələcək nəsillərə çatdırıb tariximizi yaşatmaq hamının borcudur.

Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edidi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.     Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və bundan sonra da görüləcəkdir.

 

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki