image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Şuşa – Zəfərimizin və milli birliyimizin rəmzi

image-legitimaz-810x90

Şuşa – Zəfərimizin və milli birliyimizin rəmzi

 

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar heç vaxt unudulmur. 8 Noyabr da belə günlərdəndir. Bu tarix Şuşanın azad edildiyi, xalqımızın böyük sevinc və qürur yaşadığı gündür. Şuşa Şəhəri Günü hər bir azərbaycanlı üçün xüsusi məna daşıyır. Qarabağın gözəl guşəsində yerləşən Şuşa öz təbiəti, qədim tarixi və zəngin mədəniyyəti ilə seçilir. Şəhər əsrlər boyu Azərbaycan musiqisinin və ədəbiyyatının inkişafına böyük töhfələr verib. Şuşa torpağında yetişən sənətkarlar xalqımızın adını dünyaya tanıdıblar. Bu səbəbdən Şuşa hər zaman Azərbaycanın mədəniyyət mərkəzlərindən biri hesab olunub.

1992-ci ildə Şuşanın işğal edilməsi xalqımız üçün ağır bir hadisə oldu. Doğma yurdlarından didərgin düşən insanlar uzun illər geri qayıtmaq arzusu ilə yaşadılar. Şuşanın azad olunması ümidi hər bir azərbaycanlının qəlbində yaşayırdı. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. Bu qələbə Vətən müharibəsinin taleyində mühüm rol oynadı. Şuşanın azadlığı xalqımızın iradəsinin, ordumuzun qəhrəmanlığının və birliyimizin nəticəsi idi. Həmin gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrildi.

Bu gün Şuşada yeni həyat qurulur. Şəhərin tarixi siması qorunur, mədəniyyət abidələri bərpa edilir, yollar və yaşayış sahələri yenilənir. Şuşa yenidən insanların yaşadığı, qonaqların gəldiyi və mədəni tədbirlərin keçirildiyi bir şəhərə çevrilir. Şuşanın dirçəlişi təkcə bir şəhərin inkişafı deyil, həm də xalqımızın öz tarixinə və milli dəyərlərinə sahib çıxmasının göstəricisidir. Bu gün Şuşa gələcəyə inamın, sülhün və quruculuğun rəmzi kimi yaşayır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, Şuşamıza firavanlıq, ölkəmizə davamlı sülh və əmin-amanlıq arzulayırıq!

 

 

Zərdab rayon İsaqbağı  kənd tam orta ümumtəhsil məktəbinin direktoru- Dayangül Vəliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki