ŞUŞA ŞƏHƏRİ QLOBAL TƏDBİRLƏRİN KEÇİRİLDİYİ MƏKANA ÇEVRİLİB!
Şuşa Qlobal Media Forumu növbəti dəfə dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən media təmsilçilərini Qarabağda bir araya gətirib. Artıq 4-cü dəfə təşkil olunan Forum dünya miqyasında maraq doğuran media platforması kimi tanınmağa başlayıb. Foruma qatılmaq üçün müraciətlərin sayının ildən-ilə artması və dünya miqyasında yaxşı tanınan məşhur media simalarının da böyük həvəslə bu Foruma qatılması da məhz bunu təsdiq edir. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, informasiya məkanının isə beynəlxalq münasibətlərə birbaşa təsir göstərdiyi müasir dövrdə dövlətlər üçün etibarlı dialoq platformalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu təkcə jurnalistlərin və media ekspertlərinin toplantısı deyil, həm də beynəlxalq fikir mübadiləsinin, qarşılıqlı anlaşmanın və media diplomatiyasının yeni mərhələsini ifadə edən mühüm platformadır. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu media nümayəndələrinin Şuşada bir araya gəlməsi Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə artan nüfuzunu bir daha təsdiqləyir. 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs, 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu Forumda iştirak etdi. Forumun açılışında çıxış edən cənab Prezident İlham Əliyev beynəlxalq media gündəmini düşündürən bir sıra vacib məsələlərə toxunaraq müasir informasiya mühitinin əsas çağırışlarını diqqətə çatdırdı. Dövlət başçısının fikirlərindən aydın olur ki, informasiya təhlükəsizliyi, obyektiv jurnalistika, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq etimadın gücləndirilməsi artıq yalnız media ictimaiyyətinin deyil, bütövlükdə dünya siyasətinin əsas mövzularındandır. Bu yanaşma medianın cəmiyyət qarşısında məsuliyyətini daha da artırmaqla yanaşı, onun beynəlxalq münasibətlərdə oynadığı rolu da yeni müstəviyə çıxarır.
IV Şuşa Qlobal Media Forumu günümüzün aktual məsələlərinin müzakirəsinə, Azərbaycanın mövqeyinin öyrənilməsinə geniş imkanlar yaradır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibliyi, nüfuzu, qlobal problemlərin həllinə töhfələri bir daha təsdiqləndi. Cənab Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışaraq bildirdi ki, tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından, dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər. Şuşa Qlobal Media Forumunun üstünlüklərindən bəhs edərkən onu da qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev tədbir çərçivəsində yerli və xarici media nümayəndələrinin suallarını açıq formatda cavablandırır. Bu, dövlətimizin başçısı ilə beynəlxalq media nümayəndələri arasında birbaşa dialoq üçün mühüm platforma yaradır. Forumun builki mövzusu hər bir baxımdan beynəlxalq media ictimaiyyəti üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar yaradan, mühüm platforma kimi diqqətdə olan Şuşa Qlobal Media Forumu ənənəsinin bundan sonra da uğurla davam edəcəyi inkaredilməzdir. Azərbaycanın hər bir təşəbbüsünə beynəlxalq dəstək ölkəmizin həyata keçirdiyi siyasətin, inkişaf modelinin nümunəviliyinin qəbulu və təsdiqidir. Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla bərabər, onları bölüşməkdə maraqlı olduğunu hər addımında nümayiş etdirir. Məqsəd dayanıqlı inkişafa nail olmaqdır ki, bu da öz növbəsində sülhün, təhlükəsizliyin təmin edilməsinə çağırış edir. IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh quruculuğuna diqqəti yönəltməklə “Regionun və dünyanın gələcəyini necə görmək istəyirik” sualına cavab axtarır. Azərbaycanın sülh quruculuğuna beynəlxalq dəstəyi yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev bildirir ki, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək.
IV Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin toplantısı deyil, yeni dövrün siyasi və ideoloji çağırışlarının müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü. Cənab Prezident İlham Əliyevin bu mesajları nümayiş etdirir ki, Azərbaycan rəhbərliyi qlobal informasiya müharibəsinin fərqindədir və rəsmi Bakı artıq yalnız müdafiə olunan tərəf deyil. Azərbaycan, xarici media mənsublarını birbaşa ölkəyə dəvət edərək “şəffaflıq və yerində nümayiş” ilə dezinformasiya mərkəzlərinin arqumentlərini tamamilə sıradan çıxarır. IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir. Cənab Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirdi. Şuşadan dünyaya ünvanlanan bu mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanında daha geniş yayılmasına və beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir. IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir. Məhz buna görə də Şuşa artıq təkcə tarixi və mədəniyyət şəhəri kimi deyil, beynəlxalq media diplomatiyasının, sivilizasiyalararası dialoqun və qlobal fikir mübadiləsinin mühüm mərkəzlərindən biri kimi tanınır. Bu cür beynəlxalq tədbirlər bir daha göstərir ki, Azərbaycan sabitliyi, təhlükəsizliyi, tolerant mühiti və praqmatik xarici siyasəti ilə seçilən ölkədir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov


























