image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1susa

Şuşa – hər bir azərbaycanlının qəlbində yaşayan şəhər

image-legitimaz-810x90

 

Şuşa – hər bir azərbaycanlının qəlbində yaşayan şəhər

 

Şuşa Azərbaycanın ən qədim və gözəl şəhərlərindən biridir. Bu şəhər təkcə öz təbiəti və tarixi abidələri ilə deyil, həm də yetişdirdiyi görkəmli şəxsiyyətləri, zəngin mədəniyyəti və milli ruhu ilə tanınır. Şuşa hər zaman Azərbaycan xalqının qürur mənbəyi olub. Şuşa əsrlər boyu Azərbaycan musiqisinin, poeziyasının və incəsənətinin inkişafında mühüm rol oynayıb. Burada yetişən sənətkarlar ölkəmizin mədəniyyətini dünyaya tanıdıblar. Xalqımızın yaddaşında Şuşa adı həmişə xüsusi yer tutub.

1992-ci ildə Şuşanın işğal olunması xalqımızın həyatında ağır bir dövrün başlanğıcı oldu. Şəhərdən didərgin düşən insanlar doğma yurdlarına qayıtmaq ümidi ilə yaşadılar. Şuşanın azad edilməsi arzusu hər bir azərbaycanlının qəlbində yaşayırdı. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı və əzmi nəticəsində Şuşa işğaldan azad edildi. Bu tarixi hadisə xalqımıza böyük sevinc bəxş etdi. Şuşanın azad olunması Azərbaycanın gücünü, birliyini və Vətən sevgisini bütün dünyaya göstərdi.

Bu gün 8 Noyabr ölkəmizdə həm Zəfər Günü, həm də Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar tarix bizə qəhrəman əsgərlərimizin fədakarlığını, şəhidlərimizin müqəddəs xatirəsini və Vətən uğrunda mübarizənin əhəmiyyətini xatırladır. Hazırda Şuşada böyük quruculuq işləri həyata keçirilir. Tarixi binalar və abidələr bərpa olunur, yeni yollar salınır, şəhərin infrastrukturu yenilənir. Şuşa yenidən insanların yaşadığı, mədəni tədbirlərin keçirildiyi və turistlərin ziyarət etdiyi gözəl bir şəhərə çevrilir. Şuşanın dirçəlişi bütün Azərbaycan xalqının sevincidir. Bu şəhər bizə göstərir ki, birlik və əzmkarlıqla ən çətin məqsədlərə belə çatmaq mümkündür. Şuşa Şəhəri Günü münasibətilə xalqımızı təbrik edir, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Qoy Şuşamız daim inkişaf etsin, ölkəmizdə sülh və əmin-amanlıq hökm sürsün!

 

Zərdab rayon Əlibəyli  kənd tam orta ümumtəhsil məktəbinin direktoru- Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki