image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-deputat_sebine_salmanova_-_italiya_-_azerbaycan-897

Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir

image-legitimaz-810x90

Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir.

Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələr qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurularaq zaman keçdikcə daha da möhkəmlənib. Bu münasibətlərin formalaşmasında və davamlı inkişafında möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti, praqmatik yanaşması və güclü liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil, humanitar və mədəni sahələrdə də etibarlı, davamlı və qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradılıb. Bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional sabitlik və inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir. İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulub. “Bu tarixdən etibarən tərəflər arasında siyasi dialoq intensiv xarakter alıb və qarşılıqlı səfərlər vasitəsilə əlaqələr daha da genişlənib. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyinin açılması diplomatik münasibətlərin institusional əsaslarını gücləndirib. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Ulu Öndərin səfəri çərçivəsində siyasi, iqtisadi, mədəni və texniki sahələri əhatə edən yeddi mühüm saziş imzalanmışdı, bu da gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişdi. Bu səfərdən sonra qarşılıqlı əlaqələrimiz dinamik şəkildə inkişaf edərək müxtəlif sahələrdə yeni təşəbbüslərin həyata keçirilməsinə zəmin yaratdı.

Sonrakı illərdə dövlət və hökumət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil olunub, bu da tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana etdiyi dövlət səfəri və ardınca Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya səfəri əlaqələrin yeni mərhələyə keçməsində mühüm rol oynadı. Xüsusilə 2020-ci ilin fevralın 20-də Romada imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəli siyasi sənədi kimi çıxış edərək gələcək əməkdaşlıq üçün geniş və aydın yol xəritəsi müəyyənləşdirdi. Bu sənəd müxtəlif sahələrdə əlaqələrin sistemli və davamlı inkişafını təmin edən mühüm mexanizm rolunu oynayır. Hesab edirəm ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana ötəngünkü səfəri strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək və yeni mərhələyə qədəm qoyacaq. Bu səfər iki ölkə arasında siyasi dialoqun intensivliyini artırmaqla yanaşı, iqtisadi və humanitar sahələrdə də əməkdaşlıq perspektivlərini genişləndirəcək”.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki