image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Sənaye parkları və aqroparklar Azərbaycanda artıq hər bir bölgədə var

image-legitimaz-810x90

Sənaye parkları və aqroparklar Azərbaycanda artıq hər bir bölgədə var.

 

Bir vaxtlar bölgələrdə əsasən kənd təsərrüfatı və kiçik istehsal sahələri ilə rastlaşırdıq. Bu gün isə Azərbaycanın müxtəlif rayonlarında müasir sənaye müəssisələri, sənaye parkları və aqroparklar fəaliyyət göstərir. Bu dəyişiklik regionların iqtisadi həyatına yeni nəfəs gətirib, istehsal imkanlarını genişləndirib və yeni iş yerlərinin yaranmasına şərait yaradıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, sənaye parkları və aqroparklar artıq Azərbaycanın bir çox bölgələrində, demək olar ki, hər bir bölgəsində mövcuddur. Onların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradılıb və ölkənin ixrac imkanları güclənib.

Sənaye parklarının yaradılması regionlarda istehsalın inkişafına yeni imkanlar açıb. Burada müxtəlif məhsullar istehsal olunur, yeni müəssisələr fəaliyyət göstərir və sahibkarlar üçün əlverişli şərait yaradılır. Ən mühüm nəticələrdən biri isə insanların öz yaşadığı ərazidə iş imkanlarının artmasıdır. Aqroparklar da kənd təsərrüfatında yeni yanaşmanın formalaşmasına kömək edir. Əkin sahələrinin daha səmərəli idarə olunması, müasir texnologiyalardan istifadə, məhsulun emalı və satışının təşkil edilməsi kənd təsərrüfatının daha gəlirli sahəyə çevrilməsinə imkan yaradır. Bu baxımdan sənaye parkları ilə aqroparkların fəaliyyəti bir-birini tamamlayır. Bir tərəfdən kənd təsərrüfatı məhsulları istehsal olunur, digər tərəfdən həmin məhsulların emalı üçün müəssisələr yaradılır. Beləliklə, xammaldan hazır məhsula qədər yeni istehsal zənciri formalaşır.

Prezident İlham Əliyevin çıxışında Qərb Sənaye Parkının yaradılmasına da toxunulub. Bu parkın yaradılmasının əsas məqsədlərindən biri “Daşkəsən” filiz yatağının istismarı və həmin ərazilərdə digər layihələrin həyata keçirilməsi ilə bağlıdır. Bu isə sənaye parklarının yeni sənaye sahələrinin inkişafında necə mühüm rol oynadığını göstərir. Yeni Dövlət Proqramı çərçivəsində dağ-mədən və metallurgiya sənayesinin inkişafı da regionlarda iqtisadi fəallığın artmasına imkan verə bilər. Yeni yataqların istismara hazırlanması, filizlərin emalı və metallurgiya müəssisələrinin yaradılması əlavə istehsal sahələrinin formalaşmasına şərait yaradacaq. Bu layihələrin nəticəsində yalnız əsas sənaye müəssisələri deyil, nəqliyyat, logistika, xidmət və digər sahələr də inkişaf edə bilər. Yeni müəssisələrin fəaliyyət göstərməsi yerli sahibkarlar üçün də əlavə imkanlar yaradacaq. Regionların inkişafında əsas məqsədlərdən biri iqtisadi fəallığın yalnız paytaxtda deyil, ölkənin bütün bölgələrində artırılmasıdır. Sənaye parkları və aqroparklar bu baxımdan mühüm vasitələrdən biridir. İnsanların yaşadığı ərazilərdə iş və biznes imkanlarının genişlənməsi həm bölgələrin iqtisadi gücünü artırır, həm də sosial rifaha müsbət təsir göstərir.

Bu gün Azərbaycanda sənaye parklarının və aqroparkların sayının artması ölkənin iqtisadi inkişafında yeni mərhələnin göstəricilərindən biridir. Qarşıdakı illərdə yeni layihələrin həyata keçirilməsi ilə bu imkanların daha da genişlənməsi, istehsal və ixracın artması, regionlarda yeni iş yerlərinin yaradılması gözlənilir. Beləliklə, sənaye parkları və aqroparklar artıq yalnız ayrı-ayrı layihələr deyil, Azərbaycanın regionlarının iqtisadi inkişafının mühüm hissəsinə çevrilib. Yeni Dövlət Proqramları və investisiya layihələri isə bu prosesin qarşıdakı illərdə də davam etdirilməsi üçün yeni imkanlar yaradır.

 

Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki