image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-yagish-yeni

Sabah yağış yağacaq

image-legitimaz-810x90

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Xeberaz.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrıyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-27° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki