Məhərrəm ayı sabah, iyulun 14-də başa çatır.
Xeberaz.info xəbər verir ki, bunu Konkret.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.
Onun sözlərinə görə, İmamın 40 mərasimi (Ərbəin – Həzrət İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətindən keçən 40 gün nəzərdə tutulur) avqustun 4-də qeyd olunacaq.
Səfər ayı isə iyulun 15-də başlayacaq, avqustun 13-də başa çatacaq.
Xatırladaq ki, bu il məhərrəm ayı miladi təqvimlə iyunun 16-da başlayıb. İyunun 25-də Aşura qeyd olunub.


























