Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının təşkilatçılığı ilə gənc partiya üzvləri və partiya fəallarının iştirakı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış keçirildi.
Xeberaz.info xəbər verir ki, mərkəzdə gənclərə Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verildi, gənclər eksponat, fotoşəkil və kitablarla tanış oldular.
























