25 ildən artıq YAP üzvü olan, yubiley yaşı qeyd edilən partiya veteranları Çingiz Fətullayev, Museyib Qasımov və “Saatlı Mərkəzi Rayon Xəstəxanası” ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirilib.
Xeberaz.info xəbər verir ki, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov yubilyarları təbrik edərək, onlara uzun ömür, möhkəm cansağlığı və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. O bildirdi ki, ömrünü xalqın sağlamlığına həsr edən, eyni zamanda dövlətçilik ideyalarına sadiq qalan həkim-ziyalıların partiya həyatındakı rolu əvəzsizdir. YAP Saatlı rayon təşkilatında partiya veteranlarına göstərilən diqqət rayon təşkilatımızın ən gözəl və davamlı ənənələrindən biridir. Çıxış edən rayon təşkilatının sədri E.Əzizov, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib və bu prosesdə partiya veteranlarının sarsılmaz mövqeyini, dövlətə olan fədakar dəstəyini təqdirəlayiq hesab edib.
Daha sonra çıxış edən Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov da öz növbəsində yubilyarlara xoş arzularını çatdırıb, onların həm tibb sahəsindəki fəaliyyətlərini, həm də ictimai-siyasi fəallıqlarını yüksək qiymətləndirib.
Tədbirdə iştirak edən həkim Əhədağa Soltanov və Məmmədtağı Qarayev də yubilyarları təbrik edərək onlara xoş arzularını bildirdilər.
Göstərilən yüksək diqqət və qayğıya, eləcə də ünvanlarına deyilən dəyərli fikirlərə görə minnətdarlıqlarını ifadə edən veteranlar, bundan sonra da dövlətimizin və partiyamızın inkişafı naminə var qüvvələri ilə çalışacaqlarını vurğulayıblar.
Tədbirin yekununda 25 ildən artıq partiya stajı olan və yubiley yaşı qeyd edilən yubilyarlar – Museyib Qasımov və Çingiz Fətullayevə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib, onlarla xatirə şəkilləri çəkdirilib.
























