image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-70c8dfdf-bc5e-4f07-bcc7-9eee2393e571

Riskdən qərara: ARPA və UNEC-dən strateji risk idarəetməsi seminarı – FOTOLAR

image-legitimaz-810x90

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və UNEC Maliyyə və Mühasibatlıq kafedrasının birgə təşkilatçılığı ilə “Riskdən qərara: Strateji risk idarəetməsi, risk iştahası və investisiya riskləri” mövzusunda seminar uğurla həyata keçirildi.

Bakues.az xəbər verir ki, seminar çərçivəsində strateji risk idarəetməsinin institusional səviyyədə tətbiqi, risk iştahasının təşkilati məqsədlərlə uyğunlaşdırılması və investisiya qərarlarında risk faktorlarının sistemli şəkildə nəzərə alınması kimi mühüm istiqamətlər üzrə geniş fikir mübadiləsi aparıldı.

Müzakirələr zamanı iştirakçılara risklərin yalnız identifikasiyası deyil, eyni zamanda ölçülməsi, prioritetləşdirilməsi və qərarvermə mexanizmlərinə inteqrasiyası ilə bağlı praktik yanaşmalar təqdim olundu.

Tədbirdə çıxış edən spikerlər – Cəlal Rayi (Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru), Rüfət Manafov (AFB Bankın Baş Risk İnzibatçısı və İdarə Heyəti sədrinin müavini) və Rəşad Rzayev (Azərbaycan Respublikası Dövlət Neft Fondunun Alternativ investisiyalar üzrə risklərin idarəedilməsi şöbəsinin müdiri) – öz peşəkar təcrübələrinə əsaslanaraq müxtəlif istiqamətlər üzrə təqdimatlarla çıxış etdilər. 

Seminar, risk idarəetməsi sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün yalnız biliklərin yenilənməsi deyil, eyni zamanda strateji baxışın formalaşdırılması və peşəkar şəbəkələşmə baxımından da əhəmiyyətli platforma rolunu oynadı.

Qeyd etmək istərdik ki, ARPA yarandığı gündən etibarən ölkəmizdə maliyyə, mühasibatlıq, sığorta və risklərin idarə olunması sahələrində peşəkar mühitin inkişafına töhfə verməyi qarşısına məqsəd qoymuşdur. Bu istiqamətdə biz yalnız nəzəri biliklərin paylaşılması ilə kifayətlənmir, eyni zamanda praktik yönümlü təlimlər və layihələr vasitəsilə real sektorun ehtiyaclarına cavab verən fəaliyyət həyata keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki