image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-453778

Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı

image-legitimaz-810x90

Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı

 

Şuşa əməliyyatı 2020-ci il Vətən müharibəsinin hərbi-siyasi nəticələrini müəyyən edən, Azərbaycan hərb tarixində xüsusi yer tutan və Qarabağ Zəfərinin kulminasiya nöqtəsinə çevrilən mühüm hərbi hadisədir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan xalqının 28 il yarımdan artıq davam edən torpaq həsrətinə son qoyulması istiqamətində tarixi mərhələ oldu. Qarabağın mərkəzində, dəniz səviyyəsindən təxminən 1300–1600 metr yüksəklikdə yerləşən, sıldırım qayalarla əhatə olunmuş Şuşa öz coğrafi mövqeyinə, hərbi-strateji əhəmiyyətinə və tarixi-mədəni dəyərinə görə müharibənin taleyində mühüm rol oynayırdı. Şəhərin azad edilməsi yalnız ərazi üzərində nəzarətin bərpası deyil, həm də Azərbaycanın Qarabağdakı hərbi-siyasi mövqeyinin dəyişməsi demək idi. Şuşa əməliyyatının tarixi əhəmiyyətini anlamaq üçün ilk növbədə şəhərin 1992-ci il mayın 8-də işğal edilməsindən sonrakı dövrə nəzər salmaq lazımdır. Şuşanın işğalı Azərbaycanın ərazi bütövlüyünə ağır zərbə vurmaqla yanaşı, xalqımızın milli-mənəvi irsinin qorunması baxımından da ciddi itkilərə səbəb olmuşdu. İşğal illərində şəhərin tarixi abidələri, məscidləri, muzeyləri, mədəniyyət ocaqları və yaşayış infrastrukturu zərər görmüş, minlərlə insan doğma yurdlarından didərgin düşmüşdü. Buna baxmayaraq, Şuşanın azad edilməsi ideyası Azərbaycan dövlətinin və xalqının milli gündəliyindən heç vaxt çıxmamışdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində yeni mərhələ açdı. Müharibənin ilk günlərindən Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə hücum əməliyyatları həyata keçirərək bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri nəzarətə götürdü. Oktyabrın 3-də Suqovuşan, oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı şəhərlərinin azad edilməsi əməliyyatların coğrafiyasını genişləndirdi və Şuşa istiqamətində hərbi-strateji şəraitin dəyişməsinə təsir göstərdi. Bu hadisələr Şuşa əməliyyatına aparan hərbi prosesin mühüm mərhələləri idi.

 

 

  1. Zərdabi adına Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru E. Xəlilov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki