Qanun qüvvədədir, vətəndaşın mülkiyyət hüququ isə həyata keçirilmir — Milli Məclisə AÇIQ MÜRACİƏT
Uzun müddətdir ki, özəlləşdirmə çek sahibləri öz haqqlarının bərpası üçün müxtəlif çağırışlar edirlər. Bu kontekstdə çek sahibləri müvafiq qurumlara və səlahiyyətli şəxslərə zaman-zaman müxtəlif müraciətlərlə çıxış edirlər.
Bu dəfə isə çek sahibləri hüquqlarının qorunması və haqqlarının geri qaytarılması üçün
Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya və Deputatlara müraciət ediblər.
Həmin müraciəti təqdim edirik
ŞİKAYƏT
Hörmətli Sahibə xanım və Hörmətli Deputatlar!
Hörmətli Milli Məclisin deputatları! Sizlərin bu məsələyə biganə qalmamaq və onun mahiyyəti üzrə hüquqi araşdırılmasına nail olmaq üçqat məsuliyyətinizdir: xalqın nümayəndəsi kimi deputatlıq vəzifəniz, Azərbaycan vətəndaşı kimi vətəndaşlıq və vicdan borcunuz, cəmiyyətin qabaqcıl ziyalıları və dövlət xadimləri kimi isə şərəf və ləyaqət məsuliyyətiniz bunu tələb edir.
Buna görə Sizdən yüz minlərlə ailənin qanunla tanınmış mülkiyyət hüququnun illərlə qeyri-müəyyən vəziyyətdə saxlanılmasına laqeyd qalmamağı, bu məsələnin Milli Məclisdə gecikdirilmədən, açıq və mahiyyəti üzrə hüquqi araşdırılmasına nail olmağı, qanunun aliliyinin, hüquqi, tarixi və sosial ədalətin bərpası üçün səlahiyyətləriniz daxilində bütün zəruri tədbirləri görməyi xahiş və tələb edirik.
Çünki xalqın qanunla tanınmış hüququnu müdafiə etmək yalnız deputatlıq səlahiyyəti məsələsi deyil — bu, eyni zamanda vicdan, şərəf və ləyaqət məsələsidir; xalqın haqqını qorumaq isə dövlətə və dövlətçiliyə xidmətin özüdür.
Biz, Dövlət Özəlləşdirmə Payları sahibi olan və Feysbukda 10 minlərlə ailəni təmsil edən ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ qrupunun nümayəndələri vaxtilə dövlət tərəfindən Qanunla verilmiş özəlləşdirmə paylarının və özəlləşdirmə çeklərinin hüquqi taleyi ilə bağlı yaranmış ciddi və uzunmüddətli problemi nəzərə alaraq, Sizə müraciət edirik.
Milli Məclisin hər bir deputatı yalnız siyasi xadim deyil, ilk növbədə xalqın adından qanun qəbul edən qanunverici hakimiyyət nümayəndəsidir. Buna görə də Azərbaycan Respublikası Konstitusiyasının və qanunvericiliyin hüquqi qüvvə iyerarxiyasını müəyyən edən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun əsas müddəalarını bilmək deputat üçün seçim deyil, onun mandatından irəli gələn fundamental məsuliyyətdir. Konstitusiyanı və qanunun aliliyini bilmədən qanuna səs vermək sadəcə hüquqi savadsızlıq problemi deyil — xalqın adından həyata keçirilən qanunvericilik hakimiyyətinin mahiyyətinə və məsuliyyətinə ziddir.
Hörmətli Milli Məclisin Sədri və deputatlar!
“Mən hüquqşünas deyiləm” və ya “qanunla fərman arasındakı ziddiyyət yalnız Konstitusiya Məhkəməsinin işidir” mövqeyi xalqın adından qanun qəbul edən deputat üçün qəbuledilən yanaşma sayıla bilməz. Normativ aktın Konstitusiyaya uyğunluğu barədə yekun hüquqi qərarın verilməsi Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olsa da, deputatın Konstitusiyanın aliliyi, qanunun hüquqi qüvvəsi və normativ hüquqi aktların iyerarxiyası barədə öz hüquqi-siyasi mövqeyini bildirməsi onun qanunverici mandatından irəli gələn məsuliyyətdir. Xalq öz nümayəndəsinin yalnız nəyə səs verdiyini deyil, qəbul etdiyi qanunun hüquqi qüvvəsini necə müdafiə etdiyini də bilməlidir
HÜQUQİ ƏSASLAR
Hörmətli Azərbaycan Respublikası Milli Məclisinin Sədri və hörmətli deputatlar!
Bu müraciət Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının və parlamentin konstitusion səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə təqdim olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü və 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 57-ci maddəsi hər kəsə dövlət orqanlarına müraciət etmək və həmin müraciətə qanunla müəyyən edilmiş qaydada baxılmasını tələb etmək hüququ verir. Konstitusiyanın 68-ci maddəsi dövlət orqanlarının insan hüquqlarına hörmət etmək və onları qorumaq vəzifəsini müəyyən edir.
Bundan əlavə, Konstitusiyanın 94-cü maddəsinə əsasən mülkiyyət hüququnun əldə edilməsi, həyata keçirilməsi, məhdudlaşdırılması və xitamı yalnız qanunla müəyyən edilə bilər. Konstitusiyanın 147-ci və 149-cu maddələrinə əsasən Konstitusiya ali hüquqi qüvvəyə malikdir, bütün normativ hüquqi aktlar Konstitusiyaya və qanunlara uyğun olmalıdır və heç bir normativ akt qanunun müəyyən etdiyi hüquqları dəyişdirə və ya məhdudlaşdıra bilməz.
Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununa əsasən Milli Məclis və onun vəzifəli şəxsləri müraciətləri tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırmalı, müraciətdə qaldırılmış bütün hüquqi məsələlərə əsaslandırılmış cavab verməlidirlər.
Eyni zamanda, “Milli Məclis deputatının statusu haqqında” Qanuna əsasən deputatlar vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsinə kömək etməli, onların müraciətlərinə baxmalı, dövlət orqanlarından zəruri məlumatları tələb etmək, deputat sorğusu vermək və aşkar olunmuş problemlərin həlli üçün qanunvericilik təşəbbüsləri ilə çıxış etmək hüququna malikdirlər.
Azərbaycan Respublikası Konstitusiyası Milli Məclisə qanunvericilik hakimiyyətini həyata keçirməklə yanaşı, parlament nəzarəti funksiyasını da həvalə etmişdir. Bu nəzarət çərçivəsində Milli Məclis və onun komitələri qanunların icra vəziyyətini araşdırmaq, dövlət orqanlarının fəaliyyətini qiymətləndirmək, qanunların tətbiqində yaranmış hüquqi problemləri müəyyən etmək, aidiyyəti dövlət orqanlarından izahat və məlumat tələb etmək, zərurət yarandıqda isə qanunvericilik dəyişiklikləri təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malikdir.
Bu səbəbdən Sizdən xahiş edirik ki, müraciətimizdə qaldırılmış bütün hüquqi məsələləri hərtərəfli araşdırasınız, aidiyyəti komitələrdə müzakirəsini təmin edəsiniz, zəruri hallarda deputat sorğularından və parlament nəzarəti mexanizmlərindən istifadə edəsiniz, məsul dövlət orqanlarından əsaslandırılmış hüquqi izahatlar tələb edəsiniz, qanunvericilikdə zərurət aşkar edilərsə müvafiq qanunvericilik təşəbbüslərini həyata keçirəsiniz və müraciətimizdə göstərilən bütün suallara qanunla müəyyən edilmiş müddətdə tam, əsaslandırılmış və hüquqi cavab təqdim edəsiniz.
Hesab edirik ki, Xalqın Miras Əmlak Payı ilə bağlı olan bu məsələ yalnız ayrı-ayrı vətəndaşların fərdi şikayət predmeti deyil – bu Dövlətçilik, insanların Dövlətə və Qanunlara inamı, həm də geniş ictimai, tarixi, mənəvi, sosial və qanunvericilik əhəmiyyəti – normativ ziddiyyət, hüquqi müəyyənlik, mülkiyyət hüququ və legitim gözlənti problemi daşıyan məsələdir. Çünki söhbət minlərlə vətəndaşa dövlət tərəfindən verilmiş hüququn sonrakı hüquqi taleyindən və Tarixi-Ədalətdən gedir.
Xahiş edirik hüquqları pozulmuş 100 minlərlə vətəndaşın mülkiyyət hüquqları ilə bağlı bu müraciətimiz Milli Məclisin tribunasından səsləndirilsin və Milli Məclisin bütün Komitə və Komissiyalarında müzakirə olunsun.
Öncə Feysbukda 42 min Ailəni təmsil edən Özəlləşdirmə Çekləri qrupunun nümayəndələri kollektiv şəkildə Sizə Şikayət ünvanlamışdır. Lakin bu Şikayət məqsədli şəkildə Sizə çatdırılmamışdır və Milli Məclis adından Konstitusiya Məhkəməsinə müraciət etmək əvəzində 20 may 2026-cı il tarixində Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsinin müdiri Məhəmməd Bazıqov tərəfindən baxılması üçün İqtisadiyyat Nazirliyinə göndərilmişdir.
Sizdən çox xahiş edirik bizim Şikayətimizin Dövlətçilik, Qanunvericilik, Konstitusiya və Hüquq pozuntuları ilə bağlı olduğunu nəzərə alaraq qaldırdığımız əsas hüquqi və konstitusion məsələlər mahiyyəti üzrə araşdırılması və Şikayətin cavablandırılması üçün İqtisadiyyat Nazirliyinə göndərilməsin.
İqtisadiyyat Nazirliyinə nə vaxtdan Dövlətçiliyə və Qanunvericiliyə aid olan problemi həll etmək səlahiyyəti verilib?
Sizə bildirmək istəyirik ki, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı bir qrup müharibə və əmək veteranları tərəfindən Özəlləşdirmə Pay(çek)ları barədə Məhkəmələrdə qaldırdığı Şikayət bu işdə maraqlı olan korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində təmin edilməyib.
Məhkəmələr özləri Qanun və Konstitusiya pozuntusu edir.
Bu vəziyyət vətəndaşlarda məhkəmə araşdırmasının obyektivliyi barədə narahatlıq yaratmışdır.
Sizə bildirmək istəyirik ki, bir qrup müharibə və əmək veteranları tərəfindən Özəlləşdirmə Pay(çek)ları barədə Məhkəmələrdə qaldırdığı Şikayət Ramiz Mehdiyevlə əlaqəli korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində təmin edilməyib. 2010-2017-ci illərdə Qiymətli Kağızların dövriyyədən çıxarılmasına qanunvericiliklə cavabdeh Dövlət Orqanlarının Rəsmi Dövlət sənədləri ilə Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığı təsdiq olunmasına baxmayaraq Məhkəmələr öz əsaslandırmalarında qərəzli şəkildə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin şifahi-yalan məlumatı əsasında Özəlləşdirmə Çeklərinin 2011-ci il 1 Yanvardan dövriyyədən çıxarıldığını yazaraq işin araşdırılmasından İmtina Qərarı çıxarıblar və eyni zamanda Şikayətimizin əsası olan Fərman və Qanun arasında olan ziddiyyətin araşdırılması üçün Konstitusiya Məhkəməsinə göndərilməyib.
Diqqət edin – Fərman və Qanun arasında olan ziddiyyətin araşdırılması üçün Konstitusiya Məhkəməsinə bir qrup müharibə və əmək veteranları tərəfindən 2 Aprel 2026-ci ildə etdiyi Şikayət korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində Konstitusiya Məhkəməsinin Palatası – 9 İyun 2026-ci ildə çıxardığı Konstitusiya və Qanunlara zidd Qərardad ilə – Qanunla Fərman arasında olan ziddiyyətin araşdırılmasından imtina edilib.
Hörmətli Sahibə xanım və Deputatlar!
BİRİNCİ – Konstitusiya Məhkəməsinin Palatasının işə mahiyyəti üzrə baxılmasından imtina etməsi nəticəsində qaldırdığımız əsas konstitusion sual bu gün də cavabsız qalmışdır.
QANUNLA MÜƏYYƏN EDİLMİŞ DÖVLƏT MÜLKİYYƏTİ BÖLGÜSÜNÜN İCRA HAKİMİYYƏTİ AKTLARI İLƏ DƏYİŞDİRİLMƏSİNİN KONSTİTUSİON PROBLEMİ
- Məsələnin əsl predmeti çeklərin “müddəti” deyil — dövlət mülkiyyətinin qanunla müəyyən edilmiş bölgüsüdür
Hörmətli Milli Məclisin deputatları!
Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı uzun illər davam edən hüquqi mübahisənin yalnız “çeklərin istifadə müddətinin başa çatması” məsələsi kimi təqdim edilməsi problemin əsl konstitusion mahiyyətini kölgədə qoyur.
Məsələnin daha fundamental tərəfi vardır:
Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı onun hansı hissəsinin vətəndaşların özəlləşdirmə payları vasitəsilə əldə edilməsinə ayrılması, hansı hissəsinin əmək kollektivinə verilməsi və hansı hissəsinin pulla satılması dövlət mülkiyyətinin hüquqi bölgüsü məsələsidir.
Bu bölgü sadəcə iqtisadi siyasət, texniki özəlləşdirmə üsulu və ya icra hakimiyyətinin inzibati seçimi deyildir.
Bu, dövlət mülkiyyətinin xüsusi mülkiyyətə keçirilməsinin hüquqi rejiminin müəyyən edilməsidir.
Deməli, burada söhbət bilavasitə mülkiyyət münasibətlərindən, mülkiyyət hüququnun yaranmasından, həyata keçirilməsindən və dövlət əmlakının vətəndaşlar arasında hansı hüquqi mexanizmlə bölüşdürülməsindən gedir.
- 1995-ci ildə qanunverici dövlət mülkiyyətinin bölgüsünü məhz QANUNLA müəyyən etmişdir
29 sentyabr 1995-ci ildə “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” adi inzibati aktla deyil, Azərbaycan Respublikasının 1120 nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Bu hüquqi forma təsadüfi deyildi.
Həmin Dövlət Proqramı özəlləşdirmənin məqsəd və vəzifələrindən başqa, özəlləşdirmə payının həcmini, onun verilməsi və istifadəsi qaydalarını, müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsini və səhmlərin özəlləşdirilməsi mexanizmini müəyyən edirdi.
Orta və iri dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı qanunla təsdiq edilmiş modeldə:
15 faiz əmək kollektivinə;
ən azı 50 faiz özəlləşdirmə çekləri vasitəsilə özəlləşdirməyə;
qalan və qanunun müəyyən etdiyi hədd daxilində olan hissə isə pulla özəlləşdirməyə
yönəldilirdi.
Buna görə 15 faiz və ən azı 50 faiz göstəricilərini sadəcə texniki faizlər kimi qiymətləndirmək olmaz.
Bunlar birlikdə dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı vətəndaşların və əmək kollektivlərinin iştirakına verilmiş qanuni mülkiyyət-bölgüsü modelinin elementləri idi.
Məhz buna görə 15% + ən azı 50% = ən azı 65% məsələsi iqtisadi hesab deyil.
Bu, ilk növbədə hüquqi məsələdir.
III. Dövlət proqramının adı onun hüquqi qüvvəsini müəyyən etmir
Burada son dərəcə mühüm konstitusion fərq qoyulmalıdır.
Azərbaycan Respublikasının Prezidenti öz konstitusion səlahiyyətləri çərçivəsində sosial, iqtisadi, regional, investisiya və digər dövlət proqramlarını təsdiq və həyata keçirə bilər.
İcra hakimiyyəti iqtisadi siyasəti müəyyən edə, onun icrasını təşkil edə, dövlət proqramları hazırlaya və onların həyata keçirilməsi üçün tədbirlər görə bilər.
Lakin mülkiyyət hüququnun hüquqi rejiminin müəyyən edilməsi ilə adi sosial-iqtisadi proqramın həyata keçirilməsi eyni hüquqi məsələ deyildir.
Dövlət proqramı:
dövlət mülkiyyətinin kimə və hansı nisbətdə verilməsini;
vətəndaşa hansı əmlak hüququnun məxsus olmasını;
özəlləşdirmə payının hüquqi məzmununu;
həmin hüququn necə həyata keçirilməsini;
hansı hallarda məhdudlaşdırılmasını və ya ona xitam verilməsini;
dövlət əmlakının hansı hissəsinin çeklə, hansı hissəsinin pulla özəlləşdirilməsini
müəyyən etməyə başlayırsa, artıq söhbət sadəcə iqtisadi proqramdan getmir.
Söhbət mülkiyyət münasibətlərinin normativ-hüquqi tənzimlənməsindən gedir.
Dövlət proqramı adı Konstitusiyadan üstün hüquqi qüvvə yaratmır.
Hər hansı normativ aktın “Dövlət Proqramı” adlandırılması həmin akt vasitəsilə Konstitusiya ilə qanunvericinin səlahiyyətinə verilmiş münasibətlərin qanundan kənar qaydada tənzimlənməsinə hüquqi əsas yaratmır.
Əks halda “Dövlət Proqramı” anlayışından istifadə etməklə qanunla tənzimlənməli münasibətlərin icra hakimiyyətinin normativ aktları səviyyəsinə keçirilməsi mümkün olardı.
Bu isə qanunvericilik və icra hakimiyyəti arasında Konstitusiyanın müəyyən etdiyi səlahiyyət bölgüsünün mahiyyətini şübhə altına alardı.
- İcra hakimiyyətinə özəlləşdirməni həyata keçirmək səlahiyyəti verilə bilər, lakin qanunu dəyişdirmək səlahiyyəti verilə bilməz
Burada iki tamamilə fərqli hüquqi anlayış bir-birindən ayrılmalıdır:
özəlləşdirməni həyata keçirmək
və
özəlləşdirmə zamanı mülkiyyət hüquqlarının və dövlət mülkiyyətinin bölgüsünün hüquqi rejimini müəyyən etmək.
Birincisi icra funksiyasıdır.
İkincisi isə, mülkiyyət hüququnun məzmununa toxunduğu həddə, qanunvericilik tənzimlənməsi tələb edən məsələdir.
Prezident və digər icra hakimiyyəti orqanları qanunun müəyyən etdiyi çərçivədə:
müəssisələrin özəlləşdirməyə hazırlanmasını;
qiymətləndirilməsini;
səhmdar cəmiyyətlərə çevrilməsini;
hərracların təşkilini;
investisiya müsabiqələrinin keçirilməsini;
özəlləşdirmənin digər təşkilati və texniki məsələlərini
tənzimləyə bilərlər.
Lakin bundan belə nəticə çıxarıla bilməz ki, icra hakimiyyəti qanunvericinin müəyyən etdiyi mülkiyyət bölgüsünü və vətəndaşın qanunla yaranmış əmlak hüququnun məzmununu öz normativ aktı ilə dəyişdirə bilər.
Başqa sözlə:
İcra hakimiyyəti özəlləşdirməni həyata keçirə bilər, lakin qanunvericinin müəyyən etdiyi mülkiyyət bölgüsünü qanuna zidd olaraq yenidən müəyyən edə bilməz.
İcra hakimiyyəti qanunu icra edə bilər, lakin qanunun yerini tuta bilməz.
- Fərdi özəlləşdirmə layihəsi də qanunun fövqündə dayana bilməz
Eyni prinsip dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsinə də şamil edilməlidir.
Konkret müəssisənin iqtisadi xüsusiyyətləri, investisiya ehtiyacı və strateji əhəmiyyəti onun özəlləşdirilməsində xüsusi prosedurların tətbiq edilməsini zəruri edə bilər.
Lakin fərdi layihə hüquqi baxımdan qanundan üstün akt deyildir.
Fərdi layihə qanunun həyata keçirilməsi vasitəsi ola bilər.
Qanunun alternativi ola bilməz.
Buna görə də fərdi layihə adı altında qanunla müəyyən edilmiş mülkiyyət hüquqlarının, vətəndaşların iştirak imkanlarının və dövlət mülkiyyətinin bölgüsü prinsiplərinin aradan qaldırılması və ya mahiyyətcə dəyişdirilməsi mümkün hesab edilirsə, bunun konkret konstitusion və qanuni əsası göstərilməlidir.
- 1995-ci il hüquqi modelinin özü mühüm sübut təqdim edir
Burada Milli Məclisin xüsusi diqqətinə çatdırılmalı çox mühüm hüquqi fakt vardır.
1995-ci il Dövlət Proqramı Milli Məclisin qəbul etdiyi Qanunla təsdiq edilmişdi.
Daha sonra həmin Dövlət Proqramına əlavə və dəyişiklik edilməsi zərurəti yarandıqda, bu dəyişiklik də Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilmişdir.
Bu qanunvericilik tarixinin özü mühüm sual yaradır:
Əgər qanunla təsdiq edilmiş Dövlət Proqramında mülkiyyət münasibətlərinə dair dəyişiklik etmək üçün əvvəlcə Milli Məclisin qəbul etdiyi yeni Qanun tələb olunurdusa, eyni mahiyyətli mülkiyyət münasibətlərinin sonradan Prezident fərmanları vasitəsilə dəyişdirilməsinin hüquqi əsası nə olmuşdur?
Bu suala hüquqi cavab verilməlidir.
VII. 2000-ci ildə hüquqi model dəyişdirildi — lakin konstitusion sual cavabsız qaldı
6 may 2000-ci ildə yeni “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun qəbul edildi.
10 avqust 2000-ci ildə isə 383 nömrəli Prezident Fərmanı ilə II Dövlət Proqramı təsdiq edildi.
Beləliklə, əvvəl Qanunla təsdiq edilmiş Dövlət Proqramından fərqli olaraq, yeni Dövlət Proqramı Prezident Fərmanı ilə təsdiq edildi.
Burada təkcə aktın adı və onu təsdiq edən orqan dəyişmədi.
Məsələnin konstitusion əhəmiyyəti ondadır ki, həmin proqram dövlət əmlakının özəlləşdirilməsi üsullarını, səhmlərin bölgüsünü, çek və pul hərraclarının nisbətini və fərdi layihələr üzrə özəlləşdirmə mexanizmlərini də əhatə edirdi.
Buna görə əsas sual belədir:
Prezident Fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramı qanunun icrasını təşkil edirdi, yoxsa müəyyən məqamlarda qanunvericilik səviyyəsində tənzimlənməli olan mülkiyyət münasibətlərinin məzmununu da müstəqil şəkildə müəyyən edirdi?
Əgər ikinci hal mövcuddursa, həmin müddəaların Konstitusiyanın qanunvericilik səlahiyyəti və normativ aktların iyerarxiyası prinsipləri baxımından yoxlanılması zəruridir.
VIII. II Dövlət Proqramının özündə belə çeklərin böyük iştirak payı saxlanılmışdı
Məsələni daha da mühüm edən başqa fakt budur.
II Dövlət Proqramının orta və iri müəssisələrin səhmlərinin satılmasına dair 5.8-ci bəndində də səhmlərin bölgüsündə:
15 faiz əmək kollektivinə;
30 faiz pul hərracına;
55 faiz ixtisaslaşdırılmış çek hərraclarına
yönəldilməsi nəzərdə tutulmuşdur.
Deməli, hətta 2000-ci ildə Prezident Fərmanı ilə təsdiq edilmiş II Dövlət Proqramının özündə belə dövlət əmlakının əhəmiyyətli hissəsinin çek mexanizmi vasitəsilə özəlləşdirilməsi saxlanılmışdı.
Bu fakt göstərir ki, çeklər özəlləşdirmə sistemində ikinci dərəcəli və formal sənəd deyil, dövlət əmlakının özəlləşdirilməsinin əsas ödəniş və iştirak mexanizmlərindən biri olmuşdur.
- Əsas dönüş nöqtəsi: çek hərracından pul hərracına keçid
Sonrakı dəyişikliklər nəticəsində II Dövlət Proqramının 5.8-ci bəndində özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış çek hərraclarının ixtisaslaşdırılmış pul hərracları ilə əvəz olunması nəzərdə tutulmuşdur.
Məhz burada məsələnin konstitusion mahiyyəti daha aydın görünür.
Çünki iki ardıcıl hüquqi nəticə yaranmışdır:
birinci — vətəndaşların özəlləşdirmə çeklərindən tədiyə vasitəsi kimi istifadə imkanına son tarix qoyulmuşdur;
ikinci — bundan sonra çeklərin iştirak etdiyi özəlləşdirmə mexanizminin yerinə pul hərracları gətirilmişdir.
Buna görə məsələ yalnız çeklərin “müddətinin bitməsi” kimi qiymətləndirilə bilməz.
Əsl hüquqi sual budur:
İcra hakimiyyəti əvvəlcə vətəndaşın qanunla yaradılmış özəlləşdirmə vasitəsindən istifadəsini dayandırıb, sonra həmin vasitənin iştirak etməli olduğu dövlət əmlakını pul vasitəsilə özəlləşdirməyə yönəldə bilərdimi?
Bu sualın cavabı iqtisadi məqsədəuyğunluqla deyil, Konstitusiya və qanunla verilməlidir.
- 75 nömrəli Fərman buna görə ayrıca konstitusion əhəmiyyət daşıyır
11 iyun 2004-cü il tarixli 75 nömrəli Prezident Fərmanı ilə dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti 1 yanvar 2011-ci ilədək müəyyən edilmişdir.
Bu müddətin hüquqi nəticəsi yalnız çekin texniki istifadəsinin dayandırılması deyildi.
Əgər çek vətəndaşın dövlət əmlakının özəlləşdirilməsində iştirak vasitəsi idisə, çekin tədiyə funksiyasının dayandırılması eyni zamanda vətəndaşın həmin vasitə ilə dövlət əmlakının özəlləşdirilməsində iştirak imkanının dayandırılması demək idi.
Buna görə 75 nömrəli Fərmanın hüquqi nəticələri üç istiqamətdə birlikdə araşdırılmalıdır:
- çekin qiymətli kağız və əmlak hüququ kimi taleyi;
- vətəndaşın çek vasitəsilə özəlləşdirmədə iştirak hüququ;
- çeklə özəlləşdirilməsi nəzərdə tutulmuş dövlət əmlakının sonrakı hüquqi taleyi.
Bu üç məsələni bir-birindən ayırmaq problemin konstitusion mahiyyətini natamam göstərər
- Milli Məclisin öz konstitusion səlahiyyətinə aid sual
Hörmətli deputatlar!
Bu məsələ artıq yalnız çek sahiblərinin fərdi marağı məsələsi deyildir.
Bu məsələ Milli Məclisin özünün konstitusion qanunvericilik səlahiyyətinə toxunur.
Əgər qanunverici dövlət mülkiyyətinin özəlləşdirilməsinin hüquqi rejimini və vətəndaşların həmin prosesdə əmlak hüquqlarını müəyyən etmişdirsə, icra hakimiyyətinin həmin hüquqların məzmununu hansı həddə qədər dəyişə bilməsi barədə sual hakimiyyət bölgüsü məsələsidir.
Əgər qanunla müəyyən edilmiş hüquq Prezident fərmanı ilə məhdudlaşdırıla və ya faktiki istifadəsiz vəziyyətə gətirilə bilirsə, onda belə bir fundamental sual yaranır:
Milli Məclisin mülkiyyət hüququ sahəsində qəbul etdiyi Qanunun Prezident fərmanı qarşısında hüquqi üstünlüyünün real təminatı nədən ibarətdir?
Bu suala cavab verilmədən özəlləşdirmə çekləri problemini hüquqi baxımdan həll olunmuş hesab etmək mümkün deyil.
XII. “Dövlət Proqramı” qanundan və Konstitusiyadan üstün ola bilməz
Bu məsələdə hüquqi mövqeyimizi xüsusilə aydın ifadə edirik:
Dövlət proqramı adı Konstitusiyadan üstün hüquqi qüvvə yaratmır.
Dövlət Proqramı sosial-iqtisadi siyasətin həyata keçirilməsi vasitəsi olduğu həddə icra hakimiyyətinin səlahiyyət sahəsində ola bilər.
Lakin həmin proqram:
mülkiyyət hüququnun məzmununu müəyyən edirsə;
vətəndaşa verilmiş əmlak hüququnu məhdudlaşdırırsa;
həmin hüququn həyata keçirilməsinə son tarix müəyyən edirsə;
dövlət mülkiyyətinin qanunla müəyyən edilmiş bölgüsünü dəyişdirirsə;
çeklə özəlləşdirilməli əmlakı pulla özəlləşdirilməyə yönəldirsə,
artıq həmin müddəaların sadəcə “iqtisadi proqram” adlandırılması onların konstitusion mahiyyətini dəyişmir.
Normativ aktın hüquqi mahiyyətini onun adı deyil, tənzimlədiyi hüquq münasibətlərinin məzmunu müəyyən edir.
XIII. Konstitusiyanın 94 və 149-cu maddələri baxımından problem
Konstitusiyanın 94-cü maddəsi mülkiyyət hüququ, əşya hüquqları və digər mülki hüquq münasibətlərinin qanunvericilik qaydasında tənzimlənməsini Milli Məclisin səlahiyyət sahəsinə aid edir.
Konstitusiyanın 149-cu maddəsi isə normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasını və aşağı hüquqi qüvvəli normativ aktların daha yüksək hüquqi qüvvəli aktlara uyğunluğunu tələb edir.
Buna görə hüquqi ardıcıllıq belə olmalıdır:
Konstitusiya → Qanun → Prezident fərmanı → digər icra aktları.
Əks istiqamətdə hüquqi münasibət yaradıla bilməz.
Prezident fərmanı Qanunun icrasını təmin edə bilər.
Lakin Prezident fərmanı Qanunun hüquqi məzmununu dəyişdirən və ya qanunla müəyyən edilmiş mülkiyyət hüququnu aradan qaldıran alternativ qanunvericilik vasitəsinə çevrilə bilməz.
XIV. Deputatlar qarşısında qoyulan əsas konstitusion suallar
Buna görə Milli Məclisdən aşağıdakı suallara hüquqi və sənədlərlə əsaslandırılmış cavab verilməsini xahiş edirik:
- 1995-ci il Dövlət Proqramında orta və iri dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə və çek hərraclarına ayrılması dövlət mülkiyyətinin qanunla müəyyən edilmiş bölgüsü idimi?
- Əgər belə idisə, həmin bölgünü hansı hüquqi qüvvəyə malik normativ akt dəyişdirə bilərdi?
- Qanunla müəyyən edilmiş mülkiyyət bölgüsünün Prezident fərmanı və ya fərdi özəlləşdirmə layihəsi ilə vətəndaşların ziyanına dəyişdirilməsinin konkret konstitusion əsası nədir?
- Nə üçün 1995-ci il Dövlət Proqramının özünə dəyişiklik Milli Məclis tərəfindən Qanunla edilmişdi, lakin sonrakı dövrdə mülkiyyət bölgüsünə təsir edən mühüm dəyişikliklər Prezident fərmanları ilə həyata keçirilmişdir?
- İcra hakimiyyətinə özəlləşdirməni həyata keçirmək səlahiyyətinin verilməsi ona qanunla müəyyən edilmiş mülkiyyət hüquqlarının məzmununu dəyişdirmək səlahiyyəti də verirmi?
- Qanunun özündə istifadə edilməmiş özəlləşdirmə çeklərinin müəyyən tarixdə ümumi qaydada hüquqi və iqtisadi funksiyasını itirməsi nəzərdə tutulmadığı halda, onların tədiyə vasitəsi kimi istifadəsinin Prezident fərmanı ilə dayandırılmasının konkret qanuni əsası nə olmuşdur?
- Çeklərin tədiyə funksiyası dayandırıldıqdan sonra çek hərracları üçün nəzərdə tutulan dövlət əmlakının pul hərraclarına keçirilməsinin hüquqi əsası nə olmuşdur?
- Belə keçid nəticəsində dövlət mülkiyyətinin vətəndaşların çeklərlə iştirak etdiyi bölgü modelinin faktiki dəyişdirilib-dəyişdirilmədiyi araşdırılmışdırmı?
- Bu dəyişikliklər nəticəsində istifadə edilməmiş özəlləşdirmə paylarının sahiblərinin əmlak hüquqlarına müdaxilə baş verib-vermədiyinə hüquqi qiymət verilmişdirmi?
- Milli Məclis öz qanunvericilik səlahiyyətinə birbaşa toxunan bu normativ-hüquqi problemin araşdırılması üçün müvafiq dövlət orqanlarından özəlləşdirilmiş müəssisələr, tətbiq edilmiş özəlləşdirmə üsulları, çek və pul hərraclarının həcmi və qanunla nəzərdə tutulmuş bölgünün faktiki icrası barədə məlumatları tələb edəcəkmi?
- Milli Məclisdən tələb edilən məsələ nəticənin əvvəlcədən müəyyən edilməsi deyil
Biz Milli Məclisdən çek sahiblərinin mövqeyini əvvəlcədən doğru elan etməsini tələb etmirik.
Biz daha fundamental bir tələb irəli sürürük:
Qanunla Prezident fərmanları arasında göstərilən normativ ziddiyyətin həqiqətən mövcud olub-olmadığı səlahiyyətli konstitusion və qanunvericilik mexanizmləri vasitəsilə araşdırılsın.
Əgər hüquqi ziddiyyət mövcud deyilsə, bunun konkret hüquqi əsasları cəmiyyətə və çek sahiblərinə göstərilsin.
Əgər ziddiyyət mövcuddursa, onun nəticəsində pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün hüquqi mexanizm müəyyən edilsin.
Bu yanaşma nə siyasi tələbdir, nə də hansısa şəxsin əmlakının əvvəlcədən tanınmasını tələb edir.
Bu, Konstitusiyanın və Qanunun aliliyinin təmin olunması tələbidir.
XVI. YEKUN HÜQUQİ FORMULA
Hörmətli deputatlar!
Bu məsələnin mahiyyətini aşağıdakı hüquqi formula ilə ifadə etmək mümkündür:
İcra hakimiyyətinə özəlləşdirməni həyata keçirmək səlahiyyəti verilə bilər, lakin qanunla müəyyən edilmiş mülkiyyət hüququnu və dövlət mülkiyyətinin hüquqi bölgüsünü qanuna zidd şəkildə yenidən müəyyən etmək səlahiyyəti verilmiş hesab edilə bilməz.
Dövlət Proqramı adı Konstitusiyadan üstün hüquqi qüvvə yaratmır.
Fərdi özəlləşdirmə layihəsi Qanunun alternativi deyil — Qanunun icrası vasitəsi olmalıdır.
Çekin istifadəsinin dayandırılması ilə çek üçün nəzərdə tutulan dövlət əmlakının pulla özəlləşdirilməyə keçirilməsi ayrı-ayrı hadisələr kimi deyil, vahid hüquqi nəticə yaradan ardıcıl tədbirlər kimi araşdırılmalıdır.
Və nəhayət:
Əgər dövlət əvvəlcə Qanunla vətəndaşa dövlət əmlakının özəlləşdirilməsində iştirak edən əmlak hüququ vermiş, dövlət mülkiyyətinin müəyyən hissəsinin həmin mexanizmlə özəlləşdirilməsini nəzərdə tutmuş, sonradan isə aşağı hüquqi qüvvəli aktlarla həmin vasitənin istifadəsini dayandıraraq müvafiq əmlakı pulla özəlləşdirməyə yönəltmişdirsə, bunun Konstitusiyaya və Qanuna uyğunluğuna hüquqi qiymət verilməsi qaçılmazdır.
Çünki burada söhbət artıq sadəcə özəlləşdirmə çeklərindən getmir.
Burada söhbət Qanunun aliliyindən, Milli Məclisin qanunvericilik səlahiyyətinin toxunulmazlığından, dövlətin öz qanununa bağlılığından və Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyət hüquqlarının konstitusion təminatından gedir.
Hörmətli Deputatlar!
Milli Məclisdə qüvvədə olan Qanunla vətəndaşlara verilmiş əmlak xarakterli hüququn Prezident Fərmanı ilə məhdudlaşdırılmasının Konstitusiyanın 13, 29, 94, 147 və 149-cu maddələrinə uyğun olub-olmaması məsələsi hüquqi müəyyənlik naminə aydınlaşdırılmalıdır.
Konstitusiya Məhkəməsinin Palatasının araşdırmadan imtina etməsi həmin hüquqi ziddiyyəti aradan qaldırmır və əsas konstitusion suala cavab vermir.
Əsas konstitusion sual cavabsız qalıb:
Qanunla verilmiş əmlak hüququ fərmanla məhdudlaşdırıla bilərmi?
Qüvvədə olan qanunun norması fərmanla tətbiqdən çıxarıla bilərmi?
Bu səbəbdən Qanunvericilik orqanı və Konstitusiyanın qarantı kimi məsələnin Konstitusiya Məhkəməsində tam araşdırılmasına Milli Məclis tərəfindən təşəbbüs göstərilməsi vacibdir.
Hesab edirik ki, söhbət təkcə özəlləşdirmə çeklərindən deyil, Azərbaycan Respublikasında qanunun aliliyi, normativ aktların iyerarxiyası və vətəndaşların qanunla tanınmış əmlak hüquqlarının müdafiəsi məsələsindən gedir.
Əgər dövlət tərəfindən vətəndaşa qanunla verilmiş əmlak hüququ qanun dəyişdirilmədən faktiki olaraq istifadə olunmaz vəziyyətə salınırsa, Milli Məclis bu hüququn hüquqi taleyini müəyyən etməyə borcludur.
MİLLİ MƏCLİSİN CAVAB VERMƏLİ OLDUĞU ƏSAS HÜQUQİ SUALLAR BUNDAN İBARƏTDİR:
- Qüvvədə olan qanunun birbaşa müəyyən etdiyi hüquqi normanı Prezident fərmanı məhdudlaşdıra və ya faktiki olaraq tətbiqdən çıxara bilərmi?
- Qanunla verilmiş əmlak hüququ qanun dəyişdirilmədən inzibati qərarlar və praktikalarla dayandırıla bilərmi?
- İstifadə olunmamış çeklərin qanunda nəzərdə tutulmuş qaydada dövriyyədən çıxarılması baş vermədən onların hüquqi və iqtisadi dəyərinin faktiki sıfırlanması mülkiyyət hüququ ilə uzlaşırmı?
- Əgər Qanun qüvvədədirsə və özəlləşdirmə prosesi tam başa çatmamışdırsa, qanunla nəzərdə tutulmuş ödəmə vasitəsinin yalnız Prezident Fərmanı ilə istifadəsinin dayandırılması normativ aktların iyerarxiyası prinsipinə uyğun hesab edilə bilərmi?
- Konstitusiyaya əsaslanan (qanunun aliliyi, normativ aktların iyerarxiyası və mülkiyyət hüququnun yalnız qanunla məhdudlaşdırılması) və Qanunda açıq şəkildə nəzərdə tutulmayan bir məhdudiyyət (ödəmə vasitəsi kimi istifadənin vaxtla məhdudlaşdırılması) Prezident fərmanı və ya qanundan aşağı normativ aktla tətbiq edilə bilərdimi?
Bu suallar cavablandırılmadan məsələnin hüquqi həlli mümkün deyil.
Təəssüf ki, bu əsas hüquqi suala indiyədək heç bir dövlət qurumu tərəfindən hüquqi əsaslandırılmış cavab verilməmişdir.
Hesab edirik ki, 100 minlərlə vətəndaşın Konstitusiya hüquqları ilə bağlı bu Şikayət təcili olaraq Milli Məclisdə müzakirəyə çıxarılmalıdır və komitələrdə geniş müzakirə keçirilməlidir.
Çox sağ olsunlar ki, bu günə qədər 60-dan çox Deputat mətbuatdan özəlləşdirmə çekləri barədə Xalqı dəstəkləyir. Bəziləri 30 il müddət keçdiyini nəzərə alaraq qanunvericiliyə uyğun şəkildə inflyasiyadan qorunan əmlak (maddi) ekvivalent dəyəri manatla müəyyənləşdirilərək ya Qanuna uyğun şəkildə ödəmə vasitəsi kimi istifadə olunmasının ya da kompensasiya verilməsinin vacibliyini söyləyirlər. Lakin görünən odur ki, həm Milli Məclisdə həm də hakimiyyətdə olan bəzi maraqlı qüvvələr bu problemin Milli Məclisdə geniş müzakirəsinə imkan vermirlər.
Hesab edirik ki, Milli Məclisdə geniş müzakirə vaxtı çoxdan çatmışdır və ən azı Milli Məclis adından Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.
Bu müraciətimizin məqsədi ayrı-ayrı şəxslərin şəxsi marağını deyil, minlərlə vətəndaşın qanunla tanınmış əmlak hüquqlarının, sosial ədalətin və hüquqi müəyyənlik prinsipinin qorunmasını xahiş etməkdir.
Biz bu müraciəti qarşıdurma yaratmaq məqsədilə deyil, hüquqi dövlət prinsiplərinə uyğun şəkildə qanunla verilmiş hüquqlarımızın hüquqi taleyinin aydınlaşdırılması üçün təqdim edirik.
Məlum olduğu kimi, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində vətəndaşlara Qanunla özəlləşdirmə payları verilmiş, həmin paylar özəlləşdirmə çekləri formasında rəsmiləşdirilmişdir. Bu çeklər sadəcə qiymətli kağız sənədi deyil, dövlət tərəfindən verilmiş, müəyyən iqtisadi dəyərə malik, vətəndaşın dövlət əmlakının özəlləşdirilməsində iştirak hüququnu təsdiq edən hüquqi-iqtisadi sənəd olmuşdur.
Özəlləşdirmə Çeklərinin dövriyyəsi, tədavül və ödəmə vasitəsi olması bir-birindən tam fərqli üç hüquqi anlayışlardır. Təəssüf ki, bu anlayışlar hüquqi praktikada bəzən bir-biri ilə qarışdırılır və hətta bəzi hüquqşünaslarımız bunu bilmir. Vətəndaşlar həmin çekləri dövlətə, qanunla verilmiş hüquqi təminatlara – Ulu Öndər Heydər Əliyevin Xalqa vəddinə inanaraq satmayıb – yəni tədavül vasitəsi kimi istifadə etməyib (satmayıb, girov qoymayıb və s.) və ödəmə vasitəsi kimi yüksək gəlirli müəssisələrin özəlləşdirilməsinə iştirak etmək üçün saxlamışlar. Lakin sonrakı illərdə yaranmış hüquqi vəziyyət nəticəsində həmin çeklərdən istifadə imkanları faktiki olaraq məhdudlaşdırılmış, çoxsaylı vətəndaşların hüquqları qeyri-müəyyən vəziyyətdə qalmışdır.
Tədavül (circulation) – (qiymətli kağızların alqı-satqısı, girov və s.) çeklərin özəlləşdirmə prosesində alqı-satqı predmeti kimi istifadə müddəti ilə bağlı məsələdir. Tədavül müddəti, hüquqi dövriyyə və ödəmə funksiyası eyni anlayışlar deyildir. Tədavül müddətinin başa çatması çeklərin bazarda sərbəst alqı-satqısının dayanmasına aid edilə bilər. Lakin bu hal, ayrıca və aydın qanun norması olmadan, qiymətli kağızın hüquqi mövcudluğunun və onun təmsil etdiyi əmlak hüququnun avtomatik ləğvi demək deyil.
Dövriyyə isə (civil turnover / hüquqi dövriyyə) – qiymətli kağızın hüquqi mövcudluğu, hüquq obyekti olması və qanunla dövriyyədən çıxarılıb-çıxarılmaması ilə bağlı məsələdir. Bu isə o deməkdir ki, əgər birbaşa Qanunla çeklər dövriyyədən çıxarılmayıbsa – onlar tədavül vasitəsi kimi istifadə olunmasa belə – Qanunla dövriyyədədir və Qanunla özəlləşdirmədə ödəmə vasitəsidir!
Əgər qanunla həmin aktivlərin dövriyyədən çıxarılması və ya hüquqi qüvvəsinin ləğv edilməsi barədə açıq norma mövcud deyilsə, bu hüquq hüquqi baxımdan mövcudluğunu davam etdirir.
Tədavül və ödəniş funksiyaları müxtəlif hüquqi kateqoriyalardır. Tədavül müddətinin başa çatması yalnız çeklərin sərbəst alqı-satqısına aid ola bilər. Bu isə onların özəlləşdirmə prosesində hüquqi aktiv kimi mövcudluğunu avtomatik olaraq aradan qaldırmır.
Əgər çeklərin Dövləıt əmlaklarının özəlləşdirilməsində təminat verən, Qanunla verilmiş Dövlət Qiymətli Kağızı kimi infilyasiyadan qorunan maddi ekvivalentə bağlı mülkiyyət hüququ verən, Qanunla tənzimlənmiş iqtisadi dəyərə malik ÖDƏMƏ funksiyası olmasa idi – çeklərin Tədavül funksiyasıda ola bilməzdi və heç vaxt xarici investorlar ücün investisiya aləti ola bilməzdi.
Əgər çeklərin ödəniş vasitəsi kimi istifadəsi qanundan aşağı qüvvəli aktlarla məhdudlaşdırılarsa və ya faktiki olaraq aradan qaldırılarsa, bu halda vətəndaşların həmin çeklər vasitəsilə dövlət əmlakında iştirak hüququ da məhdudlaşdırılmış olur. Bu isə mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
ÇEKLƏRİN HÜQUQİ FUNKSİYALARI
Özəlləşdirmə çeklərinin hüquqi mahiyyəti bir neçə bir-birindən fərqli funksiyanı əhatə edir:
- qiymətli kağız və əmlak hüququnun obyekti olmaq;
- bazar tədavülündə alqı-satqı, girov və digər mülki dövriyyə əməliyyatlarının predmeti olmaq;
- dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi kimi çıxış etmək;
- vətəndaşın dövlət əmlakının əldə edilməsində iştirak hüququnu təsdiq etmək.
Özəlləşdirmə çeklərinin üzərində *Bu özəlləşdirmə çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunur* ifadəsi yazılmışdır və onların üzərində istifadə müddəti göstərilməmişdir. Bu, vətəndaşlarda yaranmış qanuni gözləntinin əsaslarından biridir.
Müraciətimizin əsasları – Deputatların hamısının bilməsi vacib olan məsələlər:
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Tarixi ədalətin təmin olunması üçün Qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu. Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırılmışdır və Özəlləşdirmə haqqında Qanunun özündə özəlləşdirmə paylarının(çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edilmişdir.
Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa əsasən, özəlləşdirmə payları (çekləri) dövlət tərəfindən vətəndaşlara verilmiş və onların mülkiyyət hüququnun obyektidir. Hüquqi mahiyyətinə görə özəlləşdirmə çekləri aşağıdakı funksiyaları daşıyırdı:
- investisiya qiymətli kağızı funksiyası • bazar tədavülü funksiyası • dövlət əmlakının əldə edilməsi üçün ödəniş vasitəsi funksiyası • mülkiyyət hüququnu təmsil edən hüquqi sənəd funksiyası.
Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu, hüquqi bərabərlik prinsipini və vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnu təmin edir. Dövlət tərəfindən vətəndaşa verilmiş əmlak xarakterli hüququn sonradan qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
HÜQUQİ ƏSASLAR – QÜVVƏDƏ OLAN QANUNVERİCİLİK
Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa əsasən, özəlləşdirmə payları (çekləri) dövlət tərəfindən vətəndaşlara verilmiş və onların mülkiyyət hüququnun obyektidir. Hüquqi mahiyyətinə görə özəlləşdirmə çekləri aşağıdakı funksiyaları daşıyırdı:
Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu, hüquqi bərabərlik prinsipini və vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnu təmin edir. Dövlət tərəfindən vətəndaşa verilmiş əmlak xarakterli hüququn sonradan qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.
Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları
1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.
Bu gün qüvvədə olan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi – dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;
Həmin Qanunun 10-cu maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, özəlləşdirmə payları ödəmə vasitəsidir və imperativ qayda olan bu norma bu gün də qüvvədədir.
Eyni zamanda bu gün qüvvədə olan, Özəlləşdirmə haqqında Qanunun icrası üçün hazırlanmış – Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 5-ci bəndində açıq şəkildə göstərilir ki: “. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır.”
Həmin Əsasnamənin 4-cü bəndində müəyyən olunur ki, çeklər yalnız özəlləşdirmə obyektlərinin alınması məqsədilə istifadə edildikdən sonra dövriyyədən çıxarılır və silinir.
Özəlləşdirmə haqqında Qanunun 12-ci Maddəsində deyilir ki, Dövlət əmlakının özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi təqdim olunan çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir.
Qanunun 12-ci maddəsi tədavüldən çıxarılma mexanizmini məhz özəlləşdirmə prosesində ödəniş vasitəsi kimi təqdim edilmiş çeklərə münasibətdə müəyyən edir. İstifadə olunmamış çeklərin ümumi qaydada hüquqi qüvvədən düşməsi və ya əvəzsiz ləğvi barədə həmin Qanunda ayrıca, aydın və birbaşa norma göstərilməmişdir.
Qanun birmənalı olaraq – yalnız ödəmə vasitəsi kimi təqdim olunmuş (istifadə edilmiş) çeklər tədavüldən çıxarıla bilər. Vətəndaşın əlində qalan istifadə olunmamış çeklər hələ bu mərhələyə çatmayıb.
Bu isə o deməkdir ki, Qanun özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasının konkret hüquqi mexanizmini müəyyən etmişdir və bu mexanizm yalnız onların ödəmə vasitəsi kimi istifadə edilməsindən sonra tətbiq olunur.
DİQQƏT EDİN: Mübahisənin predmeti özəlləşdirmə çeklərinin tədavül müddəti deyil (çünki özəlləşdirmə çeklərini satmaq istəməyən vətəndaşlar ücün bunun hec bir mənası yoxdur), mübahisənin predmeti qanunla tanınmış ödəmə vasitəsi funksiyasının qanun dəyişdirilmədən Prezident fərmanı ilə faktiki dayandırılmasıdır.
ƏSAS ARQUMENTLƏR
- Özəlləşdirmə çeki qanunla dövlət qiymətli kağızıdır.
- Özəlləşdirmə çeki qanunla xüsusi ödəmə vasitəsidir.
- Ödəmə vasitəsi funksiyası çekin əsas iqtisadi və hüquqi funksiyasıdır.
- Çekin tədavülünün məhdudlaşdırılması onun ödəmə vasitəsi kimi hüququnu avtomatik ləğv etmir.
- Qanun qüvvədə qaldığı halda bu hüququn aşağı hüquqi qüvvəli aktla faktiki aradan qaldırılması normativ ziddiyyət yaradır.
- Bu müdaxilə mülkiyyət hüququ və legitim gözlənti məsələsini doğurur.
- Qanun dəyişdirilmədən hüququn həyata keçirilməsinin mümkünsüz edilməsi hüquqi müəyyənlik prinsipinə təsir göstərir.
- İstifadə olunmamış çeklərin hüquqi qüvvəsinin itirilməsi barədə qanun yoxdur.
- Nəticə: qanunla tanınmış əmlak hüququ faktiki olaraq fərmanla istifadə edilə bilməz vəziyyətə salınmışdır.
- Effective Judicial Protection (effektiv məhkəmə müdafiəsi) – daxili məhkəmələrin və Konstitusiya Məhkəməsinin iddia edilən normativ ziddiyyəti mahiyyəti üzrə həll etməmişdir.
Bu arqumentlər Qanuna, Konstitusiyaya və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüquqi təcrübəsində əsaslanır (bu presedentlər bizim işə də tətbiq edilə bilər).
- Stretch v. the United Kingdom — Bu işdə də dövlət əvvəl qanunvericilik və rəsmi hüquqi aktlar vasitəsilə vətəndaşlarda konkret əmlak hüququ və qanuni gözlənti yaratmışdır. Sonradan həmin hüququ qanun dəyişdirilmədən faktiki həyata keçirməyə imkan verilməməsi Stretch işində olduğu kimi dövlətin öz yaratdığı hüquqi vəziyyətə zidd davranması məsələsini ortaya çıxarır və mülkiyyət hüququnun müdaxilə obyekti kimi qiymətləndirilməsini tələb edir.
- Pine Valley Developments Ltd and Others v. Ireland – Azərbaycan Respublikasının qanunları və qanunla təsdiq edilmiş Dövlət Proqramı vətəndaşlarda özəlləşdirmə paylarının dövlət əmlakının əldə edilməsində istifadə olunacağına dair legitim gözlənti yaratmışdır. Bu hüquqi gözlənti qanunla ləğv edilmədiyi halda onun faktiki həyata keçirilməsinin mümkünsüz edilməsi Pine Valley qərarında ifadə olunmuş prinsiplərlə uyğun hüquqi qiymətləndirmə tələb edir.
- Pressos Compania Naviera S.A. and Others v. Belgium – Bu işdə olduğu kimi, bizim halda da vətəndaşlarda artıq mövcud olan əmlak xarakterli hüququn sonradan qəbul edilmiş hüquqi və inzibati tədbirlərlə faktiki dəyərsizləşdirilməsi məsələsi yaranmışdır. Əgər dövlət qanunla tanınmış hüququ qanunu dəyişdirmədən həyata keçirilməz vəziyyətə salırsa, bu, mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər.
- Kechko v. Ukraine — Özəlləşdirmə paylarının ödəmə vasitəsi olması barədə qanun norması bu gün də qüvvədədir. Buna baxmayaraq həmin hüququn faktiki həyata keçirilməsinin mümkünsüz edilməsi Kechko işində göstərilən prinsipə uyğun olaraq, qanun qüvvədə qaldığı müddətdə dövlətin həmin hüququ təmin etmək öhdəliyinin davam etdiyini göstərir.
- Chiragov and Others v. Armenia – Özəlləşdirmə paylarının hüquqi qüvvəsinin qanunla ləğv edilməsi və ya istifadə olunmamış çeklərin qanunla dövriyyədən çıxarılması barədə norma mövcud deyildir. Buna görə də uzun illər ərzində vətəndaşların həmin hüquqdan istifadə edə bilməməsi Chiragov qərarında ifadə olunmuş prinsiplər baxımından davam edən müdaxilə və hüquqi qeyri-müəyyənlik kimi qiymətləndirilə bilər.
Bildirmək istəyirik ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri sadəcə sadalanmır, “legitimate expectation”, “rule of law”, “legal certainty” kimi prinsiplərlə əlaqələndirilir.
“Legitimate expectation” (hüquqi və ya qanuni gözlənti) — dövlət orqanlarının və ya rəsmi qurumların əvvəlki hərəkətlərinə, bəyanatlarına və ya verilən vədlərə əsaslanan, şəxsin qanuni olaraq haqq qazandığı və qorunmalı olduğuna inandığı gözlənti deməkdir.
1993-cü il Qanunu və Qanunla qəbul olunmuş 1995-ci il Dövlət Proqramı – Qanunla İnvestisiya fondlarının yaradılması öhdəliyi – Qanunla Çeklərin dövlət əmlakı ilə təmin olunması və Dövlət Qiymətli Kağızı kimi Çeklərin üzərindəki yazılar – Çeklərin Qanunla ödəmə vasitəsi olması – Dövlətin uzun illər ərzində çekləri Qanunla tam ləğv etməməsi.
«Rule of law» ifadəsi Azərbaycan dilinə «qanunun aliliyi» və ya «hüququn üstünlüyü» kimi tərcümə olunur. Bu, hər kəsin, o cümlədən dövlət başçılarının və hökumət rəsmilərinin qanun qarşısında bərabər olduğu və qanundan üstün olmadığı idarəetmə prinsipidir.
“Legal certainty” (hüquqi müəyyənlik) — qanunvericiliyin aydın, birmənalı və qabaqcadan təxmin edilə bilən olmasını tələb edən fundamental hüquq prinsipidir. O, vətəndaşların hüquqlarının dövlət özbaşınalığından qorunmasına və cəmiyyətdə hüquqi sabitliyə xidmət edir.
*Davam edən hüquqi qeyri-müəyyənlik* və təsirləri bu günədək davam edən müdaxilə
o çeklər qanunla ləğv edilməyib;
o dövriyyədən çıxarılma proseduru olmayıb;
o kompensasiya verilməyib;
o buna baxmayaraq Fərmanla istifadəsi dayandırılıb.
Minlərlə vətəndaş bu hüquqi təminata, dövlətin verdiyi qanuni vədlərə inanaraq həmin çekləri satmamış, özəlləşdirmə prosesində iştirak etmək üçün saxlamışdır.
Bu səbəbdən hesab edirik ki, məsələnin yalnız formal inzibati cavablarla yekunlaşdırılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
Bu o deməkdir ki, ciddi hüquq pozuntusu var!
Xüsusi QEYD – Ulu Öndər Heydər Əliyevin Tarixi Ədalət Siyasəti : 7 mart 1995-ci ildə Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin – Prezident Sarayında (bütün siyasətçilər bunu bilməlidir – https://lib.aliyevheritage.org/az/4962292.html) çıxışının YEKUN hissəsində xüsusi qeyd etmişdir ki, özəlləşdirmənin pul və ya qiymətli kağız (vaucer) formasında həyata keçirilməsindən asılı olmayaraq hətta 15 -20 il keçsə də hər bir vətəndaş öz miras əmlak payını almalıdır və istədiyi kimi istifadə etməlidir. Ulu Öndər Heydər Əliyevi ən çox narahat edən sual – bəs bu necə olacaq? – məsələsi idi.
* Özəlləşdirmənin pul və ya qiymətli kağız (vaucer) formasında həyata keçirilməsindən asılı olmayaraq hətta 15 -20 il keçsə də hər bir vətəndaş öz miras əmlak payını almalıdır* – bu həm Ulu Öndər Heydər Əliyevin, həm də Dövlətin Tarixi Ədalət və İqtisadi Siyasətinin əsası idi. Konstitusiya və qəbul olunmuş Qanunlar bu siyasətin həyata keçirilməsinin əsasını təşkil edir.
Hətta Dövlətin ən kasıb vaxtında ( büdcədə heç 700 milyon dollar olmayan vaxtı) Ulu Öndərin Tarixi Ədalət və İqtisadi Siyasəti nəticəsində – Qanunla bütün özəlləşdiriləcək orta və iri dövlət əmlaklarının 65%-nin özəlləşdirmə çekləri ilə əvəzlənərək xalqa – vətəndaşlara verilməsinə Dövlət təminatı verildi.
Xüsusilə qeyd edək ki, Belorusya Respublikasında özəlləşdirmə bizdən əvvəl başlayıb, bu gün də çeklər tədavül vasitəsi kimi deyil, ödəmə vasitəsi kimi istifadə olunur və özəlləşdirmə çeklərinin nominal qiyməti hər il indeksasiya olunur.
100 minlərlə vətəndaş qanuna və hüquqi təminata, dövlətin və Ulu Öndər Heydər Əliyevin verdiyi qanuni vədlərə inanaraq həmin çekləri satmamış, özəlləşdirmə prosesində iştirak etmək üçün saxlamışdır.
KİMDİR BU İNSANLAR ?
Ulu Öndər Heydər Əliyevin AZ.Tv-dən Xalqa verdiyi məsləhətlərə qulaq asan və onun Xalqa vədinə inanaraq öz DÖPÇ-ni investorlara ucuz satmaq istəməyən 100 minlərlə vətəndaş Çek İnvestisiya Fondlarının yaradılmasını, yüksək divident əldə etmək ücün daha gəlirli müəsisələrin (məsələn SOKAR, Azərsel və s. ) özəlləşdirilməsini gözləyirdilər.
Məlumdur ki, Çek hərracları həftənin 1-5 günləri (iş günləri) keçirilirdi. Ölkədə bu fəaliyyəti göstərən çox az saylı məntəqə vardı və qarşısında uzun növbələr mövcud idi. Bu şəraitdə Dövlət müəsisələrində işləyən – kəndlərdə və şəhərdə yaşayan təhsil və səhiyyə işciləri, polislər, hərbiçilər və s. vətəndaşların özəlləşdirmə çeklərindən birbaşa istifadə etmək imkanı olmadı.
Dövlətciliyimizə, Qanunun aliliyinə, hüquqi dövlət olduğumuza, Xalq tərəfindən seçilmiş Deputatlarımıza və cənab Prezidentə inanan vətəndaşların hüquqi problemləri ölkə xaricində, Avropada həll olunmamalıdır.
Qanunun aliliyi təmin olunmalı və bu hüquqi problem ölkə daxilində narazılıq – qarşıdurma, sosial gərginlik yaratmamalıdır.
Bu səbəbdən hesab edirik ki, məsələnin yalnız formal inzibati cavablarla yekunlaşdırılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
Bu vəziyyət:
— Konstitusiyanın 13-cü maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə;
— 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun dövlət tərəfindən qorunması prinsipinə;
— 60-cı maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə hüququna;
— 71-ci maddəsində müəyyən olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi vəzifəsinə;
— 149-cu maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyasına uyğunluq baxımından ciddi hüquqi qiymətləndirmə tələb edir.
Konstitusiyanın 147 və 149-cu maddələrinə görə Konstitusiya və qanunlar normativ hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malikdir və digər normativ aktlar onlara zidd ola bilməz.
Gözəl bilirsiniz ki, heç bir Fərman Qanun maddəsini nə məhdudlaşdıra – nə də ləğv edə bilməz.
Ən əsası Konstitusiyanın 94-cü maddəsi və Mülki Məcəllənin 153.3-cü maddəsi ilə qoyulmuş qaydaya əsasən Mülkiyyət hüququnun əldə olunması, məhdudlaşdırılması və xitamı yalnız qanunla müəyyən edilə bilər.
Lakin 75 nömrəli fərmanın tətbiqi nəticəsində özəlləşdirmə çeklərinin hüquqi statusu və istifadəsi ilə bağlı Konstitusiya və qüvvədə olan qanunvericilik baxımından hüquqi qeyri-müəyyənlik yaranmışdır. Bu yanaşmanın qüvvədə olan qanunvericiliyin məqsəd və mahiyyəti ilə uyğunluğu ciddi hüquqi qiymətləndirmə tələb edir.
Bu vəziyyətin Konstitusiyanın mülkiyyət hüququ, hüquqi müəyyənlik və qanunun aliliyi prinsipləri baxımından ciddi hüquqi mübahisə doğurduğunu hesab edirik.
Mülkiyyət hüququ həm Azərbaycan Respublikası Konstitusiyası, həm də Avropa İnsan Hüquqları Konvensiyası-nın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunur və dövlətin yaratdığı qanuni gözləntilər əsassız olaraq aradan qaldırıla bilməz.
Beynəlxalq hüquqda qəbul olunmuş prinsip belədir: qiymətli kağızın ticarət funksiyası ilə onun ödəniş funksiyası bir-birindən müstəqildir.
Diqqət edin – European Court of Human Rights praktikası; European Convention on Human Rights Protocol No. 1 1-ci maddəsi; “legitimate expectation” (qanuni gözlənti) prinsipi; dövlətin yaratdığı əmlak xarakterli hüquqların sonradan əsassız məhdudlaşdırılmasının beynəlxalq standartlara uyğunluğu Konstitusiyayanın tələbidir.
Bu səbəbdən çek sahiblərinin onları ödəniş vasitəsi kimi istifadə etmək hüququ qorunmalıdır. Bu o deməkdir ki: • çeklər dövlət müəssisələrinin əldə edilməsi üçün təqdim edilə bilirdi • çek sahibi qanunla dövlət əmlakının əldə edilməsində iştirak etmək hüququna malik idi. Bu hüquq bazar tədavülündən müstəqildir.
AR Prezidentinin 10 avqust 2000-ci il 383 nömrəli Fərmanla imzaladığı “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı” ilə Özəlləşdirmə Çeklərinin Tədavül müddətinin başa çatması yalnız aşağıdakı nəticələri doğurur:
- yeni investorların çek əldə etməsi mümkün olmur
- bazarda alğı-satqı əməliyyatları dayandırılır.
Lakin bu, qiymətli kağızın hüquqi mövcudluğunun və onun təmsil etdiyi hüquqların ləğvi demək deyil.
Qanunla Özəlləşdirmə Çekləri ilə 65%-i Xalqa məxsus Dövlət əmlaklarının ancaq pulla özəlləşdirilməsinin qanunvericiliyə uyğunluğu və vəzifəli şəxslərin məsuliyyəti ayrıca hüquqi qiymətləndirmə tələb edir.
XÜSUSİ MƏLUMAT: Hesab edirik ki, özəlləşdirmə çekləri ilə bağlı sonrakı hüquqi və inzibati yanaşmalar nəticəsində qanunun mahiyyəti tam şəkildə təmin olunmamış, nəticədə normativ aktlar arasında hüquqi qeyri-müəyyənlik yaranmışdır. Güman edirik ki, məsələnin Konstitusiya və qanunvericilik baxımından bütün nəticələri dövlət rəhbərliyinə obyektiv və dolğun şəkildə təqdim edilsəydi, bu qədər uzunmüddətli hüquqi mübahisə formalaşmazdı.
Heç bir Qanunda çeklərin hüquqi qüvvəsinin tam itirilməsi yazılmayıb. Bu o deməkdir ki, özəlləşdirmə prosesində ciddi hüquq pozuntusu var!
İKİNCİ, özəlləşdirmə çekləri vətəndaşlara dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün verilmişdir. Əgər bu hüquq tam şəkildə həyata keçirilməyibsə, dövlət orqanları və qanunverici hakimiyyət bu hüququn ədalətli həlli üçün mexanizm yaratmalıdır.
ÜÇÜNCÜ, bu məsələ uzun müddətdir həll edilmədiyindən, artıq yalnız inzibati məsələ kimi deyil, həm də qanunvericilik səviyyəsində qiymətləndirilməli olan problem kimi meydana çıxmışdır.
Vətəndaşlarda dövlət tərəfindən verilmiş özəlləşdirmə paylarının gələcəkdə qanunla nəzərdə tutulmuş qaydada istifadə ediləcəyi ilə bağlı legitim gözlənti formalaşmışdır. Bu gözləntinin uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz.
DÖRDÜNCÜ, vətəndaşların bir hissəsinin vaxtilə özəlləşdirmə prosesində iştirak edə bilməməsi, bir hissəsinin isə çekləri indiyədək saxlaması obyektiv hüquqi və sosial nəticələr doğurmuşdur. Bu şəxslərin hüquqları tamamilə nəzərə alınmadan məsələnin bağlanmış hesab edilməsi ədalətli yanaşma sayıla bilməz.
BEŞİNCİ, bu məsələ cəmiyyətdə dövlətə inam, qanunun aliliyinə hörmət və sosial ədalət baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət tərəfindən verilmiş hüququn hüquqi taleyi aydın, əsaslandırılmış və ədalətli şəkildə həll olunmalıdır.
ÖZƏLLƏŞDİRMƏ PAYLARI (ÇEKLƏRİ) MƏSƏLƏSİNİN ƏDALƏTLİ HƏLLİNİN AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYATINA, DÖVLƏTÇİLİYİNƏ VƏ XALQIN RİFAHINA VERƏCƏYİ STRATEJİ FAYDALAR
Hörmətli Milli Məclisin Sədri və deputatları!
Özəlləşdirmə payları (çekləri) məsələsi təkcə keçmişdən qalmış hüquqi mübahisə deyil. Bu məsələ Azərbaycan dövlətinin qanunlarına sədaqətinin, Konstitusiyanın aliliyinin, tarixi ədalətin və xalqla dövlət arasında etimadın mühüm sınağıdır.
İQTİSADÇI ALİMLƏRİN Elmi araşdırmalarından məlum olur ki, əgər dövlət özəlləşdirmə paylarının qanunvericiliklə müəyyən edilmiş hüquqi statusunu və onların real maddi dəyərini bərpa edərsə, bunun nəticələri yalnız həmin payların sahibləri üçün deyil, bütövlükdə Azərbaycan Respublikasının iqtisadiyyatı və dövlətçiliyi üçün mühüm və uzunmüddətli müsbət təsirlər yaradacaqdır.
1.Azərbaycan Respublikasının İqtisadiyyatına Strateji Faydaları
Maliyyə bazarlarının canlanması və iqtisadiyyatın diversifikasiyası baxımından bu addım mühüm katalizator rolunu oynaya bilər:
Qiymətli Kağızlar Bazarının (Fond Birjasının) Canlanması: Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün güclü kapital bazarına ehtiyac var. Milyonlarla çekin səhmlərə çevrilməsi və ya birbaşa birja vasitəsilə ticarətə cəlb olunması, Bakı Fond Birjasında aktivliyi və likvidliyi kəskin şəkildə artıra bilər. Bu, ölkədə “ölü” vəziyyətdə olan qiymətli kağızlar bazarını canlandırar.
İnvestisiya Aktivliyinin və Daxili Kapitalın Səfərbər Edilməsi: Əhalinin əlindəki çeklərin aktiv iqtisadi dövriyyəyə daxil edilməsi daxili investisiyalar üçün yeni bir maliyyə mənbəyi yaradır. Vətəndaşlar sadəcə passiv müşahidəçi deyil, yerli sənaye və xidmət müəssisələrinə investisiya qoyan aktiv investorlara çevrilirlər.
Özəlləşdirmə Prosesinə İnkişaf Təkanı: Hazırda dövlət əmlakının özəlləşdirilməsi prosesi çox vaxt dar bir investor qrupu ilə məhdudlaşır. Çeklərin dövriyyəyə qayıtması iri dövlət şirkətlərinin (məsələn, rabitə, nəqliyyat və kommunal sektorlar) xalqa açıq şəkildə özəlləşdirilməsinə (Xalq IPO-su) imkan verər və şəffaflığı təmin edər.
İqtisadi Şəffaflıq və Kölgə İqtisadiyyatının Azaldılması: Çeklərin rəsmi depozitarlar və birja vasitəsilə dövriyyəsi mülkiyyət münasibətlərinin rəsmiləşməsini tezləşdirir, bu isə iqtisadiyyatda şəffaflığın artmasına və korporativ idarəetmə standartlarının formalaşmasına kömək edir.
- Azərbaycan Dövlətçiliyinə və Hüquq Sisteminə Strateji Faydaları
Məsələnin hüquqi və siyasi müstəvidə ədalətli həlli dövlət-vətəndaş münasibətlərində yeni bir mərhələ aça bilər:
Mülkiyyət Hüququnun Toxunulmazlığı və Hüquqi Dövlət Prinsipləri: Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyət hüququ fundamental hüquq tərəfindən qorunur. Dövlət tərəfindən vaxtilə qanunla verilmiş payların hüquqi statusunun vətəndaşların xeyrinə tanınması, ölkədə mülkiyyət toxunulmazlığına olan inamı maksimum dərəcədə artırar. Bu, beynəlxalq reytinqlərdə Azərbaycanın “Hüquqi Dövlət” indeksini yüksəldər.
Dövlət-Vətəndaş Güvəninin və Sosial Müqavilənin Güclənməsi: Bu tarixi məsələnin kompromis və ədalətlə həll edilməsi, xalqın dövlət təsisatlarına və qəbul edilən qərarlara olan etimadını strateji səviyyədə möhkəmləndirir. Vətəndaş özünü dövlətin yaratdığı milli sərvətin real şəriki və sahibi kimi hiss edir.
Xarici İnvestorlar Üçün Müsbət Siqnal: Beynəlxalq investorlar investisiya qoyacaqları ölkədə daxili mülkiyyət mübahisələrinin necə həll olunduğuna xüsusi diqqət yetirirlər. Çek sahiblərinin hüquqlarının ədalətli qorunması xarici kapitala ölkədəki mülkiyyət hüquqlarının etibarlılığı barədə çox güclü və müsbət bir mesaj ötürər.
- Xalqın Rifahına və Sosial Ədalətə Strateji Faydaları
Sosial-iqtisadi baxımdan bu addım birbaşa vətəndaşın büdcəsinə və sosial təhlükəsizliyinə təsir edir:
Tarixi Sosial Ədalətin Bərpası: Özəlləşdirmə çekləri vaxtilə sovet dövründə və müstəqilliyin ilk illərində milli sərvətin yaradılmasında əməyi olmuş hər bir vətəndaşın payıdır. Bu payların dəyərləndirilməsi keçmiş əməyin və sosial ədalətin rəsmən tanınması deməkdir.
Əhalinin Maddi Rifahının Yüksəlməsi və İnflyasiya Qarşısında Müdafiə: Çeklərin müqabilində vətəndaşlara dividend gətirən səhmlərin verilməsi və ya kompensasiya ödənilməsi əhalinin (xüsusilə də orta və az təminatlı təbəqənin, təqaüdçülərin) gəlirlərini artırar. Bu, ailə büdcələrinə əlavə maliyyə dəstəyi təmin edər.
Sosial Təbəqələşmənin Azaldılması və “Orta Sinfi”n Formalaşması: Kapitalın yalnız dar bir oliqarxik və ya korporativ qrupda cəmləşməsinin qarşısını alaraq, sərvətin cəmiyyət arasında daha bərabər və ədalətli paylanmasına şərait yaradır. Bu isə iqtisadiyyatın dayağı sayılan “orta təbəqə”nin (həm mülkiyyəti, həm də gəliri olan vətəndaş qrupunun) böyüməsinə birbaşa xidmət edir.
Milli Həmrəyliyin Güclənməsi: Vətəndaşların uzun illərdir gözlədiyi bu problemin müsbət həlli cəmiyyətdə ümumi bir psixoloji rahatlıq, nikbinlik və daxili sabitlik (milli həmrəylik) ab-havası yaradır.
Yekun
Özəlləşdirmə çekləri məsələsi sadəcə keçmişdən qalan hüquqi-texniki bir detal deyil, Azərbaycanın gələcək iqtisadi modelinin və sosial ədalət fəlsəfəsinin mühüm bir sınağıdır. Bu məsələnin vətəndaş məmnuniyyəti və dövlət maraqları çərçivəsində ədalətli həlli ölkə iqtisadiyyatına milyardlarla manatlıq daxili kapital axını yarada, dövlət-vətəndaş birliyini sarsılmaz edə və xalqın rifah halını keyfiyyətcə yeni mərhələyə daşıya bilər.
İqtisadçı alimlərlə yanaşı – Konstitusiya Hüququ, Mülkiyyət Hüququ və Qiymətli Kağızlar üzrə Ali və Konstitusiya Məhkəməsinin, Dövlət Ali Atestasiya Komitəsinin ekspertləri olan hüquqşünas alimlərin elmi-praktik aşdırmalarında qeyd olunur ki. gələcəkdə özəlləşdirilməsi planlaşdırılan İnvestisiya Holdinqlərində olan 10-larla orta və iri müəssisələr, hətta Ali və orta ixtisas təhsil müəssisələri, xəstəxana və poliklinikalar, müqavilələr əsasında xarici və yerli şirkətlərdə icarədə olan, kimlərəsə idarəciliyə veriliş mədən və sənaye müəssisələri, Beynəlxalq Bank, Azərcell, JEK-lər və sair – nəzərə alınsa ümumi dəyər 100 milyard ABŞ dolları qədər hesablana bilər.
Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericiliklə birbaşa müəyyən edilməsinin vacibliyi” (Qanun Jurnalı, 08 (334) / 2022) 57-65-ci səhifələrdə)
Müəlliflər: Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü;
Əliyev Sübhan Fərmayıl oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru, Konstitusiya Məhkəməsinin eksperti, Vəkillər Kollegiyasının üzvü;
Rəyçi: h.ü.f.d., dos. S.S.Süleymanlı;
Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov.
NƏTİCƏLƏR:
- Tarixi ədalət və dövlətin verdiyi vədin yerinə yetirilməsi
Azərbaycan Respublikasının qanunları ilə hər bir vətəndaşa dövlət əmlakında pay verilmiş və bu pay özəlləşdirmə çekləri vasitəsilə rəsmiləşdirilmişdir.
Bu hüququn bərpası dövlətin öz xalqına verdiyi vədin yerinə yetirilməsi, tarixi ədalətin təmin olunması və dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsi deməkdir.
Dövlətin ən böyük gücü yalnız iqtisadi göstəricilərində deyil, həm də öz qanunlarına və verdiyi öhdəliklərə sadiqliyindədir.
- Konstitusiyanın və qanunun aliliyinin real təmin olunması
Özəlləşdirmə paylarının hüquqlarının bərpası Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququnun, hüquqi dövlət prinsipinin və qanunun aliliyinin real həyata keçirilməsi olacaqdır.
Bu qərar göstərər ki, Azərbaycan Respublikasında qanunla verilmiş hüquq zaman keçdiyinə görə itmir və heç bir inzibati praktika ilə aradan qaldırıla bilməz.
Bu, təkcə özəlləşdirmə payları üçün deyil, bütün mülkiyyət hüquqları üçün mühüm presedent olacaqdır.
- Əhalinin alıcılıq qabiliyyətinin və daxili bazarın güclənməsi
Özəlləşdirmə paylarının real dəyərinin tanınması minlərlə ailənin iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər.
Əgər vətəndaşlar öz paylarını satmaq və ya istifadə etmək imkanı əldə etsələr, əldə olunan vəsait: mənzil şəraitinin yaxşılaşdırılmasına; məişət texnikasının alınmasına; təhsil və səhiyyə xərclərinə – BİLİRSİZMİ HƏR İL NECƏ TƏLƏBƏ TƏHSİL PULUNU ÖDƏYƏ BİLMƏDİYİ ÜÇÜN UNİVERSİTETLƏRDƏN QOVULUR? – PULLU BAGÇA və MƏKTƏBLƏRƏ KİMLƏRİN UĞAQLARI GEDİR?;
kiçik və orta sahibkarlığa; kənd təsərrüfatına və digər sahələrə yönələcəkdir.
Bu isə ölkədə daxili tələbatı artıracaq, iqtisadi dövriyyəni genişləndirəcək və yeni iqtisadi aktivlik yaradacaqdır.
- Dövlət büdcəsinin əlavə gəlirlər əldə etməsi
Vətəndaşların əldə etdiyi vəsaitin iqtisadi dövriyyəyə daxil olması nəticəsində:
əlavə dəyər vergisi; gəlir vergisi; mənfəət vergisi; sosial ödənişlər; müxtəlif dövlət rüsumları şəklində dövlət büdcəsinə əhəmiyyətli həcmdə vəsait daxil ola bilər.
Beləliklə, özəlləşdirmə paylarının ədalətli həlli dövlət üçün yalnız sosial məsələ deyil, həm də büdcə gəlirlərini artıran iqtisadi mexanizmə çevrilə bilər.
- İnvestorların marağının artması və investisiya imkanlarının genişlənməsi
Əgər özəlləşdirmə payları yenidən iqtisadi dövriyyəyə qaytarılarsa, investorlar onları əldə etməyə maraq göstərəcəklər.
Bu isə:
özəlləşdirmə prosesinə əlavə investisiyaların cəlb olunmasına; müəssisələrin modernləşdirilməsinə; yeni iş yerlərinin açılmasına; istehsalın genişlənməsinə; regionların iqtisadi inkişafına mühüm təkan verə bilər.
Beləliklə, özəlləşdirmə payları iqtisadi inkişafın qarşısında maneə deyil, əksinə, onun mühüm hərəkətverici qüvvəsinə çevrilə bilər.
- Dövlətə və hüquq sisteminə inamın güclənməsi
Xalq dövlətə ən çox o zaman inanır ki, dövlət öz qanunlarına özü hörmət edir.
Əgər onilliklər əvvəl qanunla verilmiş mülkiyyət hüququ bərpa olunarsa, bu, milyonlarla insan üçün belə bir mesaj olacaqdır: “Dövlət öz qanunlarına sadiqdir.”
Bu isə cəmiyyətin hüquq sisteminə və dövlət institutlarına inamını əhəmiyyətli dərəcədə artıracaqdır.
Nəticə
Özəlləşdirmə payları məsələsinin ədalətli və qanuni həlli:
tarixi ədaləti bərpa edəcək; Konstitusiyanın və qanunun aliliyini möhkəmləndirəcək;
dövlət-vətəndaş etimadını gücləndirəcək; daxili bazarı canlandıracaq; investisiyaları artıracaq; dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək; iqtisadi inkişafı sürətləndirəcək.
Buna görə də özəlləşdirmə payları məsələsinin həlli yalnız keçmişin problemi deyil.
Bu, Azərbaycan Respublikasının hüquqi dövlət kimi nüfuzunun, iqtisadi inkişafının və xalqın rifahının gələcəyi ilə bağlı strateji qərardır.
Ədalətli qərar təkcə bugünkü vətəndaşların deyil, gələcək nəsillərin də dövlətə inamını gücləndirəcək və Azərbaycan tarixində hüququn, ədalətin və dövlət məsuliyyətinin təntənəsi kimi qalacaqdır.
İQTİSADİ TƏHLÜKƏSİZLİK və inflyasiya riskinin aşağı olması
İqtisadiyyatın əsas qanunlarından biri ondan ibarətdir ki, iqtisadi aktivliyin artması üçün dövriyyədə olan maliyyə resursları və maliyyə alətlərinin həcmi kifayət qədər olmalıdır. Dövriyyəyə yeni maliyyə alətlərinin daxil olması istehlakı, investisiyanı və sahibkarlıq fəaliyyətini genişləndirərək iqtisadi artıma təkan verir.
Özəlləşdirmə paylarının (çeklərin) iqtisadi dövriyyəyə qaytarılması ölkə daxilində müxtəlif səbəblərdən istehsal və investisiyaya yönəlməyən passiv maliyyə vəsaitlərinin iqtisadiyyata cəlb olunmasına şərait yarada bilər. Çekləri əldə etmək istəyən investorlar öz vəsaitlərini aktiv şəkildə dövriyyəyə daxil edəcək, bu isə investisiya və iqtisadi fəallığı artıracaqdır.
Özəlləşdirmə paylarının real dəyərinin tanınması dövlət tərəfindən əlavə kağız pul emissiyası demək deyildir. Çünki özəlləşdirmə payları artıq mövcud olan və qanunvericiliklə tanınmış qiymətli kağızlardır. Onların iqtisadi dövriyyəyə qaytarılması əsasən mövcud dövlət aktivlərinin və mövcud maliyyə resurslarının yenidən bölgüsünü təmin edir. Buna görə də bu mexanizm birbaşa pul emissiyası ilə müqayisədə inflyasiya baxımından xeyli aşağı risk daşıyır.
Beləliklə -Özəlləşdirmə paylarının iqtisadi dövriyyəyə qaytarılması yeni pul çap etmək deyil, uzun illər passiv vəziyyətdə qalmış qanuni iqtisadi aktivləri yenidən işlək vəziyyətə gətirməkdir. Bu zaman dövlət əlavə pul emissiyası etmir, əksinə, mövcud aktivlərin və özəl kapitalın iqtisadiyyata cəlb olunmasına şərait yaradır. Nəticədə investisiya, istehlak və iqtisadi fəallıq artır, inflyasiya riski isə ənənəvi pul emissiyası ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olur.
Milli Məclisdən xahişimiz
Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən xahiş edirik:
1.Özəlləşdirmə payları və özəlləşdirmə çekləri ilə bağlı yaranmış vəziyyətin Milli Məclis səviyyəsində araşdırılmasına, Milli Məclisin aidiyyəti komitələrində ictimai və hüquqi müzakirəyə çıxarılmasına təşəbbüs göstərəsiniz.
2.Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə və aidiyyəti dövlət orqanlarından rəsmi məlumatların alınmasına və vəziyyətin hüquqi qiymətləndirilməsinə kömək edəsiniz.
- Özəlləşdirmə çekləri əlində qalmış vətəndaşların hüquqlarının tanınması, bərpası və ya kompensasiya mexanizminin yaradılması məsələsinin qanunvericilik səviyyəsində müzakirəyə çıxarılmasına yardım göstərəsiniz.
XÜSUSİ QEYD: Qanun qarşısında hamı bərabər hüquqlu olmasına baxmayaraq, bu manipulyasiyalar ilə ayrı-seçkilik meydana gətirilmişdir. Məsələn 2010-cu ildə Siyəzən Broylerin özəlləşdirilməsində əmək kollektivinin 1 Dövlət Özəlləşdirmə Payı (DÖP – 4 çek) üçün 100 manat dəyərində səhm verildiyi halda – investor üçün bir Dövlət Özəlləşdirmə Payı (4 çek) 1400 manat olaraq hesablanmışdır. Belə ki, 14 milyon 337 minlik dövlət əmlak üçün investor ödəmə vasitəsi kimi 10 000 Özəlləşdirmə Payı verilmişdir.
Özəlləşdirmə Payının əmlak dəyəri məbləği bir kollektiv üzvü üçün 65 000 ABŞ dolları hesabladıqları hallar olub (həmin dövrdə 1 ABŞ dolları 0,78 manat idi). Məsələn: 3 iyun 2008-ci il Bakı şəhər, Binəqədi, Azadlıq pr.187 , İXMİM-nin Əmlak kompleksi 1 DÖP ( 4 çek)-yı 60 488 manat, 19 avqust 2008-ci il Suraxanı r-n, Əmircan qəs., Balandın küç. İXMİM-nin “Atəşgah” fabrik-mətbəxi 1 DÖP (4çek) 60 760 manat, 3 mart 2009-cu il Bakı şəhəri, Qaradağ r-nu, Puta qəsəbəsi Əmək kompleksi 1 DÖP-yı 41 858 manat, 30 iyun 2009- cu il Bakı şəhəri, Yasamal r-n “Sevinc” kafesi 1DÖP-na 29 100 manat,10 noyabr 2009-cu il Bakı şəhəri, Əzizbəyov r-n, Şüvalan qəs., Təsərrüfat hesablı 1 nömrəli Univermaq 1 DÖP (4 çek)-na 27 764 manat dəyərində səhm.
Bildiyiniz kimi hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və Qanunlardır. Dövlət Qanunla əvəzsiz olaraq Dövlət Özəlləşdirmə Pay(çek)larını verən zaman – Qanunda hər bir vətəndaşın Dövlət Özəlləşdirmə Pay(çek)larının dəyərinin eyni olduğu və inflyasiyadan qorunan maddi dəyər olduğu açıq yazılıb.
Milli Məclis əvvəlki özəlləşdirmə prosesində baş verən pozuntuları nəzərə alaraq– neqativ halların təkrarlanmaması üçün Yeni Dövlət Komissiyası yaradılması və artıq 30 il keçdiyi üçün qanunla Özəlləşdirmə Çekinin hamı üçün ( bərabərlik hüququ) eyni olan, inflyasiyadan qorunan əmlak (maddi) ekvivalenti dəyərində nominal qiymətinin hesablanaraq Elan edilməsi üçün müzakirələrə başlasın.
4.Milli Məclisin müvafiq komitələrində bizim nümayəndələrimizin iştirakı ilə bu məsələ üzrə dinləmə və ya müzakirə keçirilməsi imkanını nəzərdən keçirəsiniz.
5.Dövlət tərəfindən vaxtilə verilmiş özəlləşdirmə paylarının hüquqi taleyinin aydınlaşdırılması və vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün qanunvericilik təşəbbüsü məsələsinin araşdırılmasına dəstək verəsiniz.
6.Bu məsələnin yalnız keçmiş dövrün iqtisadi problemi kimi deyil, hazırda da davam edən hüquq pozuntusu və sosial ədalət problemi kimi qiymətləndirilməsini təmin edəsiniz.
Hörmətli Sahibə xanım və əziz Deputatlar!
Biz bu müraciəti qarşıdurma yaratmaq üçün deyil, qanuni və sivil qaydada hüquqlarımızın tanınması üçün edirik. Biz inanırıq ki, Azərbaycan Respublikasının Milli Məclisi xalqın ali nümayəndəli orqanı kimi, vətəndaşların bu müraciətinə diqqətlə yanaşacaqdır.
Milli Məclis tərəfindən araşdırması vacib olan Əsas Konstitusion suallar:
- Qüvvədə olan qanunun birbaşa müəyyən etdiyi hüquqi normanı Prezident fərmanı məhdudlaşdıra və ya faktiki olaraq tətbiqdən çıxara bilərmi?
- Qanunla verilmiş əmlak hüququ qanun dəyişdirilmədən inzibati qərarlar və praktikalarla dayandırıla bilərmi?
- İstifadə olunmamış çeklərin qanunda nəzərdə tutulmuş qaydada dövriyyədən çıxarılması baş vermədən onların hüquqi və iqtisadi dəyərinin faktiki sıfırlanması mülkiyyət hüququ ilə uzlaşırmı?
- Əgər Qanun qüvvədədirsə və özəlləşdirmə prosesi tam başa çatmamışdırsa, qanunla nəzərdə tutulmuş ödəmə vasitəsinin yalnız Prezident Fərmanı ilə istifadəsinin dayandırılması normativ aktların iyerarxiyası prinsipinə uyğun hesab edilə bilərmi?
- Konstitusiyaya əsaslanan (qanunun aliliyi, normativ aktların iyerarxiyası və mülkiyyət hüququnun yalnız qanunla məhdudlaşdırılması) və Qanunda açıq şəkildə nəzərdə tutulmayan bir məhdudiyyət (ödəmə vasitəsi kimi istifadənin vaxtla məhdudlaşdırılması) Prezident fərmanı və ya qanundan aşağı normativ aktla tətbiq edilə bilərdimi?
- Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanının 1.1-ci bəndində müəyyən edilmiş — “dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-dəkdir” — müddəa Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71, 94, 147 və 149-cu maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli 878-IQ nömrəli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 10-cu və digər müvafiq maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə uyğundurmu?
Təəssüf ki, bu əsas hüquqi suala indiyədək heç bir dövlət qurumu tərəfindən hüquqi əsaslandırılmış cavab verilməmişdir.
Xüsusilə vurğulamaq istəyirik ki, söhbət yalnız maddi maraqdan getmir. Burada əsas məsələ dövlət tərəfindən verilmiş hüququn hüquqi taleyi, qanuna inam, vətəndaş-dövlət münasibətlərində ədalət, tarixi ədalət və hüquqi müəyyənlik prinsipidir.
HÖRMƏTLİ DEPUTATLAR.
Hüquq ekspertləri, hüquqşünas alimlər, hətta Cat CPT, Google və başqa süni intellekt proqramları bu 6 sualın CAVABINI birmənalı olaraq YOX deyir. Hesab edirik ki, hətta süni intellekt proqramlarının yuxarıdakı 6 sualı və aşağıdakı 3 sualı necə cavablandırdığını özünüz yoxlasaz daha faydalı olar:
- Dövlət Özəlləşdirmə Çeklərinin beynəlxalq hüquqa, Konstitusiya və Qanunlara əsasında axırı necə olmalıdır?
- Qanunvericiliklə bir özəlləşdirmə payının dəyəri bu gün necə olmalıdır?
- Özəlləşdirmə Payları və çekləri barədə Qanun və Fərman arasındakı ziddiyyətin Konstitusiyaya uyğun həll olunmasının qarşısını almaq istəyənlər KİMƏR OLA BİLƏR?
Bu səbəbdən müraciətimiz Milli Məclisin aidiyyəti komitələrində ictimai və hüquqi müzakirəyə çıxarılsın və Milli Məclisin səlahiyyətləri çərçivəsində araşdırılsın, Qanun və Fərman arasında yaranmış ziddiyətin araşdırılması üçün Milli Məclis adından Konstitusiya məhkəməsinə göndərilsin və problemin qanunvericilik yolu ilə ədalətli həlli üçün müvafiq addımlar atılsın.
MİLLİ MƏCLİSDƏN və DEPUTATLARDAN KONKRET TƏLƏBLƏR:
- Milli Məclisin Konstitusiya Məhkəməsinə müraciəti
Konstitusiya Məhkəməsinin Palatası tərəfindən işə mahiyyəti üzrə baxılmadığından və qanunla fərman arasındakı ziddiyyət araşdırılmadığından, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi məqsədilə Milli Məclisin öz səlahiyyətlərindən istifadə edərək məsələnin Konstitusiya Məhkəməsi qarşısında qaldırmasını Xahiş edirik.
ƏSAS SUAL:
75 saylı Fərmanın 1.1-ci bəndi üzrə əsas konstitusion sual
Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanının 1.1-ci bəndində müəyyən edilmiş — “dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-dəkdir” — müddəa Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71, 94, 147 və 149-cu maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli 878-IQ nömrəli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 10-cu və digər müvafiq maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə uyğundurmu?
- Parlament dinləməsi
Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və İnsan hüquqları komitələrinin birgə açıq parlament dinləməsi keçirilsin.
Bu dinləmədə:
Özəlləşdirmə Çeki sahibləri olan işci qrup və ağsaqalları
hüquqşünas alimlər;
İqtisadiyyat Nazirliyi;
Konstitusiya hüququ üzrə mütəxəssislər iştirak etsinlər.
- Rəsmi dövlət hesabatı tələb olunsun
Milli Məclis hökumətdən aşağıdakı məlumatları tələb etsin:
neçə özəlləşdirmə çeki istifadə olunub;
neçə çeki vətəndaşların əlində qalıb;
2011-ci ildən sonra hansı dövlət əmlakı özəlləşdirilib;
həmin özəlləşdirmələrdə çeklərin niyə qəbul edilmədiyi hüquqi əsaslarla izah edilsin.
- Qanunvericilik təşəbbüsü
Əgər çeklərin istifadəsinin əvvəlki qaydada bərpası mümkün hesab edilməzsə, Milli Məclis aşağıdakılardan biri barədə qanun layihəsi hazırlasın:
çeklərin ödəmə vasitəsi kimi tanınması;
çeklərin inflyasiyadan qorunan maddi ekvivalentinin hesablanması;
vətəndaşlara kompensasiya və ya digər əmlak hüququnun verilməsi.
NƏTİCƏ VƏ TƏLƏB
Sizdən xahiş edirik ki, Azərbaycan Respublikasının qanunverici orqanı kimi müraciətdə qaldırılmış hər bir hüquqi məsələyə ümumi və formal xarakterli deyil, mahiyyəti üzrə, əsaslandırılmış və konkret cavab verəsiniz.
Həmçinin, Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununun tələblərinə uyğun olaraq, müraciətimizə qanunla müəyyən edilmiş müddətdə baxılmasını, müraciətdə irəli sürülmüş bütün sual və tələblərin hər biri üzrə hüquqi əsaslar göstərilməklə rəsmi yazılı cavab təqdim edilməsini xahiş edirik.
Əgər müraciətdə qaldırılmış hər hansı məsələnin Milli Məclisin səlahiyyətlərinə aid olmadığı hesab edilərsə, həmin mövqe də müvafiq hüquqi əsaslar göstərilməklə əsaslandırılmalı və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməlidir.
Ümid edirik ki, Azərbaycan Respublikasının qanunverici orqanı olaraq Milli Məclis qanunun aliliyinə, hüquqi müəyyənlik prinsipinə və vətəndaşların müraciət hüququna hörmətlə yanaşacaq, müraciətimizə qanunvericiliyin tələblərinə tam uyğun, hərtərəfli, əsaslandırılmış və vaxtında rəsmi cavab verəcəkdir.
Əvvəlcədən təşəkkür edirik və səbirsizliklə cavab gözləyirik. İnanırıq ki, tezliklə Sizin və qeyrətli Deputatlarımızın köməyi ilə – Ulu Öndər Heydər Əliyevin Xalqa Vəddinin – Konstitusiya və Qanunların pozulması ilə16 ildir davam edən Xalqın bu problemı öz həllini tapacaq.


















