Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Xeberaz.info fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir;
1.2. Azərbaycan Respublikası Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.
2. “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” təsdiq edilsin (əlavə olunub).
3. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilsin və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına (bundan sonra – Şura) verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 1.1-ci bəndi və 3-cü hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bir ay müddətində:
4.2.1. Azərbaycan Respublikası Audiovizual Şurasının və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Şuranın balansına verilməsini təmin etsin;
4.2.2. cari ildə dövlət büdcəsində Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri həll etsin;
4.3. Şuranın inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görsün;
4.4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Şuranın işçilərinin Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görsün;
4.5. “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440 (Cild I); 2024, № 5 (I kitab), maddə 526; 2025, № 5, maddə 444, № 9, maddə 817; 2026, № 3, maddə 228, № 4, maddə 315; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 29 iyun tarixli 702 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.3.14-cü, 2.1.4.20-ci, 2.1.5.2-ci, 2.1.5.10-cu, 2.1.6.2-ci abzaslarında və 2.3.3-cü yarımbəndin 1-ci abzasında “Audiovizual” sözü “Media və Yayım” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 19 (Cild I) 2-ci, 4–6-cı hissələri və 10.2-ci bəndi ləğv edilsin.
7. “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 100 (Cild I); 2024, № 6 (I kitab), maddə 654; 2025, № 8, maddə 746) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.18-ci, 1.1.19-cu, 11.2-1-ci, 11.2-3-cü, 11.2-4-cü, 11.3-cü, 29.4-cü, 30.1-ci, 33.5-ci maddələrində, 35.1-ci və 35.2-ci maddələrinin birinci cümlələrində, 38.4-cü, 41.4-cü maddələrində, 42.1-ci maddəsinin ikinci cümləsində, 45.2-ci, 47.1.8-ci, 47.1.9-cu, 48.2-ci maddələrində, 54.5-ci və 54.6-cı maddələrinin birinci və ikinci cümlələrində, 57.7-ci, 58.6-cı, 59.2-ci, 62.4-cü maddələrində, 70.1-ci maddəsinin ikinci cümləsində, 70.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 73.6-cı, 73.8-ci maddələrində, 75.2-1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;
7.2. 2.5-ci bənd ləğv edilsin;
7.3. 2.5-1-ci bənddən hər iki halda “(ikinci halda)” sözləri çıxarılsın;
7.4. 2.6-cı bənddə “41.4-cü maddəsində” sözləri “1.1.18-ci, 38.4-cü, 41.4-cü, 47.1.9-cu maddələrində, 54.5-ci maddəsinin birinci və ikinci cümlələrində” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;
7.5. 2.7-ci bənd ləğv edilsin;
7.6. 2.8-ci və 2.9-cu bəndlərdən “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin” sözləri çıxarılsın;
7.7. 2.11-ci bənddən “(birinci halda)” və “(ikinci halda)” sözləri çıxarılsın.
8. “Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 3, maddə 230; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 29 iyun tarixli 702 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1.7.18-ci, 1.9.10-cu, 1.11.15-ci, 1.15.8-ci, 1.15.11-ci, 1.19.7-ci, 1.20.7-ci, 1.21.6-cı, 1.22.5-ci və 1.23.6-cı yarımbəndlərdə “Audiovizual” sözü “Media və Yayım” sözləri ilə əvəz edilsin;
8.2. 2.10.2-ci, 2.11.2-ci, 2.12.2-ci və 2.13.2-ci yarımbəndlərdə “Audiovizual Şuranın” sözləri “Media və Yayım Şurasının” sözləri ilə əvəz edilsin.
9. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 339) (Cild I); 2024, № 3, maddə 257, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654, № 8, maddə 759, № 11, maddə 1018) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 3-cü hissəyə “Şurasına” sözündən sonra “, Media və Yayım Şurasına” sözləri əlavə edilsin;
9.2. həmin Fərmanla təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın 4.9-cu bəndinin “Əsas icraçılar” sütununda “Sosial Tədqiqatlar Mərkəzi” sözləri “Media və Yayım Şurası” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 9, maddə 832 (Cild I) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:
10.1. 8.1.12-ci yarımbəndin “Digər icraçılar” sütunundan “Sosial Tədqiqatlar Mərkəzi,” sözləri çıxarılsın;
10.2. “Qeyd” hissəsinə ikinci halda “yarımbəndlərində” sözündən sonra “, Azərbaycan Respublikasının Media və Yayım Şurasına tövsiyə edlsin ki, bu Dövlət Proqramının 8.1.12-ci yarımbəndində” sözləri ilə əvəz edilsin.
11. “Azərbaycan Respublikası Audiovizual Şurasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 aprel tarixli 3216 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 355 (Cild I) ləğv edilsin.
***
Prezident İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1035 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 937) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissədə “Medianın İnkişafı Agentliyi” sözləri “Media və Yayım Şurasına tövsiyə edilsin ki” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları” üzrə:
2.1. 2.1-ci bənd üzrə:
2.1.1. 2.1.1-ci yarımbənddə “Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən idarə olunan” sözləri “Media və Yayım Şurası (bundan sonra – Şura) tərəfindən aparılan” sözləri ilə əvəz edilsin;
2.1.2. 2.1.4-cü yarımbənddə “Agentlik” sözü “Şura” sözü ilə əvəz edilsin;
2.1.3. 2.1.7-ci yarımbənddən “, ödənişlər həyata keçirməsinə” sözləri çıxarılsın;
2.2. 4-cü hissə üzrə:
2.2.1. 4.1.8-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 4.1.9-cu yarımbənd ləğv edilsin;
2.2.2. 4.2-ci bənd üzrə:
2.2.2.1. 4.2.1-ci yarımbənddən “ödənişlər barədə məlumatın olması,” sözləri çıxarılsın;
2.2.2.2. 4.2.8-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 4.2.9-cu yarımbənd ləğv edilsin;
2.3. 6-cı hissə üzrə:
2.3.1. 6.1-ci bənddən “və Azərbaycan Respublikasının Audiovizual Şurası” sözləri çıxarılsın və həmin bənddə “edilməsi” sözü “olunması, lisenziya verilmiş audiovizual media subyektləri barədə məlumatların daxil edilməsi,” sözləri ilə əvəz edilsin;
2.3.2. 6.4-cü və 6.7-ci bəndlərin birinci cümlələrində “Agentlik” sözü “Şura” sözü ilə əvəz edilsin;
2.3.3. 6.5-ci bənd üzrə:
2.3.3.1. 6.5.1-ci yarımbəndə “olmadıqda” sözündən sonra “(Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə Qanunun yalnız 26.5-ci maddəsinin tələbləri tətbiq olunur)” sözləri əlavə edilsin;
2.3.3.2. aşağıdakı məzmunda 6.5.5-1-ci yarımbənd əlavə edilsin:
“6.5.5-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri olduqda dövlət qeydiyyatına alınmış olmadıqda;”;
2.3.3.3. 6.5.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 6.5.7 – 6.5.9-cu yarımbəndlər əlavə edilsin:
“6.5.7. Qanunun 62.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;
6.5.8. informasiya agentliklərinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi, həmçinin azı 5 (beş) xarici ölkədə akkreditasiya olunmuş jurnalistləri olmadıqda;
6.5.9. onlayn media subyektləri özlərinin veb-saytlarında Qanunun 60.2-ci, çap mediası subyektləri isə özlərinin çap mediası məhsullarında Qanunun 63.1-ci maddəsindəki məlumatları düzgün göstərmədikdə.”;
2.3.4. 6.6.10-cu yarımbənddə “iş” sözü “əmək” sözü ilə əvəz edilsin;
2.3.5. 6.8-ci və 6.14 – 6.16-cı bəndlərdə “Agentliyə” sözü “Şuraya” sözü ilə əvəz edilsin;
2.3.6. 6.17-ci bənd üzrə:
2.3.6.1. 6.17.5-ci yarımbəndə “alınmaqla” sözündən sonra “və Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri istisna olmaqla” sözləri əlavə edilsin;
2.3.6.2. 6.17.6-cı yarımbənddə “tələbləri pozulduqda” sözləri “tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə” sözləri ilə əvəz edilsin;
2.3.6.3. aşağıdakı məzmunda 6.17.6-1 – 6.17.6-7-ci yarımbəndlər əlavə edilsin:
“6.17.6-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən Qanunun 13.1-ci, 13.2-ci və 14.1-ci maddələrinin tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
6.17.6-2. media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) aşkar edildikdə;
6.17.6-3. onlayn media subyektlərinin özlərinin veb-saytlarında Qanunun 60.2-ci maddəsindəki məlumatları göstərmədiyi və ya yanlış göstərdiyi, çap mediası subyektlərinin isə Qanunun 63.2-ci maddəsindəki pozuntuları törətdiyi aşkarlandıqda;
6.17.6-4. media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) təsisçisi (iştirakçısı) və ya idarəetmə orqanının rəhbəri ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
6.17.6-5. Qanunun 15.1.5-ci maddəsinin tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
6.17.6-6. informasiya agentliklərinə Qanunun 61.2-ci maddəsinin tələblərinin pozulmasına görə Şura tərəfindən il ərzində 2 (iki) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntular təkrar törədildikdə;
6.17.6-7. Azərbaycan Respublikasında filial və ya nümayəndəlik yaratmış xarici media subyekti tərəfindən Qanunun 14.1-ci maddəsinin tələbləri pozulduqda;”;
2.3.6.4. 6.17.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.17.7. Reyestrə daxil edilmiş media subyektinin (audiovizual media subyektləri istisna olmaqla) reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə Şuraya təqdim edilmədikdə və bu barədə Şura tərəfindən xəbərdarlıq edildikdən sonra həmin pozuntu 1 (bir) ay ərzində aradan qaldırılmadıqda;”;
2.3.7. 6.18-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.18. Şura tərəfindən lisenziyanın ləğvi barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində həmin qərar əsasında audiovizual media subyekti Reyestrdən çıxarılır.”;
2.3.8. 6.20-ci bənddə “Agentlik” sözü “Şura” sözü ilə əvəz edilsin;
2.4. 7.1-ci bənd üzrə:
2.4.1. 7.1.4-cü yarımbəndə aşağıdakı məzmunda 2-1-ci abzas əlavə edilsin:
“2-1. xarici ölkələrdə akkreditasiya olunmuş jurnalistlər barədə məlumatlar;”;
2.4.2. aşağıdakı məzmunda 7.1.4-1-ci yarımbənd əlavə edilsin:
“7.1.4-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) aşağıdakı məlumatları:
1. bu Qaydaların 7.1.1-ci yarımbəndinin 2-ci, 4-cü (ali təhsili və məhkumluğunun olub-olmaması haqqında məlumat istisna olmaqla), 5-ci və 6-cı abzaslarında nəzərdə tutulmuş məlumatlar;
2. bu Qaydaların 7.1.3-cü yarımbəndinin 2-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş məlumatlar;”;
2.5. 12-ci hissə üzrə:
2.5.1. 12.4-cü bənddə “siyahısı” sözü “Reyestrdə olub-olmadığına dair məlumat” sözləri ilə əvəz edilsin;
2.5.2. 12.6-cı bənddən “, ödənişlər” sözü çıxarılsın;
2.5.3. 12.7-ci bənd ləğv edilsin.






















