image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1745834674_6de5718f-5470-4837-a435-5857f460e158

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirdi – FOTOLAR+VİDEO

image-legitimaz-810x90

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 27-də və 28-də Tovuz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

DİN-dən Xeberaz.İnfo“-a bildirilib ki, nazir əvvəlcə Tovuz şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Tovuz Rayon Polis Şöbəsində Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa  rayonlarından və digər bölgələrdən qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarına xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Vətən müharibəsinin 36 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 191 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

image-1745834675_8693b336-9b71-415b-9dfd-4b2b8363d160 image-1745834675_31c8a674-f752-4e4c-b35e-51d94aa8c1ad image-1745834674_6de5718f-5470-4837-a435-5857f460e158 image-1745834674_6a9ad822-593d-4c4f-9996-1f568d24fc48 image-1745834676-b12cf3aa-8eb1-4145-a6ed-b9042de5c750 image-1745834676-b12cf3aa-8eb1-4145-a6ed-b9042de5c750-1 image-1745834675_61d09cf1-c91b-4046-90ab-e2b8c95c6004

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki