image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260812-wa0056

NAXÇIVAN CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA UĞURLA İNKİŞAF EDİR!

image-legitimaz-810x90

NAXÇIVAN CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA UĞURLA İNKİŞAF EDİR!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına Prezident kimi 17-ci dəfə səfər etməsi və bu səfərin Zəngəzur dəhlizi ilə bağlı məsələnin Amerika Birləşmiş Ştatlarında Vaşinqton Zirvə Görüşündə həllini tapdığı ildönümünü günlərinə təsadüf etməsi dövlət başçısının muxtar respublikaya gələcək 18-ci səfərinin nəticələrini indidən ortaya qoyur. Naxçıvanda dövlət rəhbərinin Azərbaycan televiziyasına verdiyi müsahibədə Zəngəzur dəhlizi ilə bağlı söylədiyi “TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq – avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək” fikri dövlətimizin başçısının Naxçıvana Prezident kimi 18-ci səfərini Zəngəzur dəhlizi vasitəsilə edəcəyini şərtləndirir. Həm də necə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinə ilk səfərlərində dövlət başçısını sükan arxasında şəxsən idarəetmədə gördük və bu, rəmzi məna daşıyırıdı, Naxçıvana növbəti səfərində də Zəngəzur dəhlizində Prezidentimiz sükan arxasında uzun illərin bu məsələ ilə bağlı qaranlıq məqamların üstündən keçərək Naxçıvanı Azərbayan ərazilərinə birləşdirəcək. Zəngəzur dəhlizinin yaradılması, bəli, dövlətimizin başçısının təşəbbüsü olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək Prezidentlik fəaliyyəti dövründə hər zaman dövlət başçısının böyük arzusu, uğrunda cidd-cəhdlə çalışdığı məsələ olub. Bunu onun bütün mötəbər kürsülərdəki çıxışlarında, xalqa müraciətlərində, bayramlarda xalqa təbrik çıxışlarında uzun illər boyu dinləmişik. Ağır müharibənin bitdiyi saatlar ərzində dövlət başçısının böyük təkidlə üçtərəfli danışıqlar masasında Naxçıvana yolun açılmasını tələb etməsi qarşıdakı illərdə artıq bütün gücün bu məsələyə yönəldiləcəyini da elə həmin gün mesaj verirdi.
Dövlət başçısının avqustun 11-də Naxçıvana növbəti səfəri zamanı çoxsaylı obyektlərin açılış və təməlqoyma mərasimində iştirak etməsi, avqustun 12-də isə ölkəmizin iqtisadi, siyasi və mədəni həyatında xüsusi yeri olan, inkişafında mühüm əhəmiyyətə malik olan Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalaması, sərəncama əsasən bir sıra tədbirlərin həyata keçirilməsi üçün muxtar respublikaya Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258,0 (iki yüz əlli səkkiz) milyon manat ayrılmasının nəzərdə tutulması Naxçıvanın yaxın gələcəyinin sürətli inkişafından, Zəngəzur dəhlizinin açılması ilə bölgənin yeni dövrə qədəm qoyacağından xəbər verir. Ulu Öndər Heydər Əliyevin abidəsi önündə dayanaraq onun xatirəsini yad edən cənab Prezident İlham Əliyevin Naxçıvan səfərinin simvolik mənası da məhz buradadır. Ulu Öndər Heydər Əliyev Naxçıvanın ən ağır dövründə burada idi. O, Naxçıvanın siyasi iradəsini qorudu. Azərbaycanın müstəqillik yolunun mühüm siyasi qərarları burada qəbul edildi. Cənab Prezident İlham Əliyev isə bu tarixi irsi yeni mərhələyə daşıyır. Bu gün artıq Naxçıvanın qarşısında başqa vəzifələr dayanır. İnkişaf etmək, iqtisadi gücə çevrilmək, nəqliyyat qovşağı olmaq, regional ticarət mərkəzinə çevrilmək, Azərbaycanın geoiqtisadi imkanlarını genişləndirmək.Bu mənada iki liderin Naxçıvan tarixindəki missiyası bir-birini tamamlayır. Ümummilli Lider Heydər Əliyev Naxçıvanı qorudu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev isə Naxçıvanı yeni inkişaf mərhələsinə çox yüksək səviyyədə və uğurla aparır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Kənan İslamov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki