image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2126835c-bcbf-4db0-8f17-b3b1de1d1513

Milli-mənəvi dəyərlər və xalqlararası dostluq: Bakıda birgə görüş keçirilib

image-legitimaz-810x90

2026-cı il avqustun 7-də “Beynəlxalq Humanistika İnstitutu” İctimai Birliyinin sədri Elmira Məhəddinlinin və “Milli Birlik” qrupunun – Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə birgə iclas keçirilmişdir.

Görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən milli birlik və həmrəylik siyasətindən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə yaşayan müxtəlif xalqların, etnik qrupların və milli azlıqların bərabərhüquqlu, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşaması Azərbaycan cəmiyyətinin mühüm dəyərlərindən biridir. Bu siyasət xalqımızın vahid Vətən anlayışı ətrafında sıx birləşməsinə, ölkədə sabitliyin, qarşılıqlı etimadın və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.

Tədbirdə çıxış edən professor Cuma Məmmədov Azərbaycanın tarixən müxtəlif xalqların və mədəniyyətlərin sülh, dostluq və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı ölkə olduğunu vurğulamış, milli birliyin və həmrəyliyin qorunmasının, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışmışdır. Görüş iştirakçıları milli-mənəvi dəyərlərin qorunması, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmışlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki