image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260709-wa0088

“Milli memarlıq irsinin qorunması və müasir şəhər mühitində tarixi abidələrin bərpası” mövzusunda tədbir keçirildi

image-legitimaz-810x90

09.07.2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasında “Milli memarlıq irsinin qorunması və müasir şəhər mühitində tarixi abidələrin bərpası” mövzusunda tədbir keçirildi.

Xeberaz.info xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov ölkəmizdə şəhərsalma və memarlıq sahəsində qazanılan uğurların tarixi bünövrəyə söykəndiyini bildirdi. O vurğuladı ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən inkişaf strategiyasının məntiqi davamıdır. E.Əzizov xüsusi olaraq diqqətə çatdırdı ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində azad edilmiş torpaqlarımızda və regionlarda tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” modelləri hər birimizdə fəxarət hissi doğurur.
Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva isə öz çıxışında “Şəhərsalma və Memarlıq İli” nin respublika səviyyəsində icrasından və bu prosesin əhalinin sosial rifahına, eləcə də cəmiyyətin ümumi inkişafına birbaşa təsirindən danışdı. O, dövlətin bu istiqamətdə apardığı genişmiqyaslı abadlıq siyasətinin önəmini konkret faktlarla izah etdi. Çıxışında ümumi olaraq bildirdi ki, respublikamızda infrastrukturun müasir standartlara uyğun şəkildə yenidən qurulması, regional inkişaf proqramlarının uğurlu icrası və vətəndaşların rahatlığı üçün hər yerdə müasir yaşayış mühitinin formalaşdırılması istiqamətində məqsədyönlü addımlar atılır.
Daha sonra mövzu ətrafında çıxış edənlər Bəylər Əliyev və Rubabə Quliyeva isə “Şəhərsalma və Memarlıq İli” nin gətirdiyi yeni qlobal meyarlardan bəhs etdilər. Çıxışçılar bildirdilər ki, bu il çərçivəsində icra olunan layihələrdə ekoloji balans, “yaşıl enerji” və milli memarlıq üslubunun qorunması əsas hədəfdir. Sonda qeyd olundu ki, “Şəhərsalma və Memarlıq İli” nin qarşıya qoyduğu vəzifələri uğurla tamamlamaq üçün elmi yeniliklərə əsaslanmaq və savadlı, gənc mütəxəssislərin potensialından maksimum yararlanmaq lazımdır.

image-img-20260709-wa0086 image-img-20260709-wa0087 image-img-20260709-wa0089 image-img-20260709-wa0088 image-img-20260709-wa0091 image-img-20260709-wa0090 image-img-20260709-wa0092


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki