image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1782302269326

Millət vəkili Jalə Əliyeva seçicilərlə növbəti görüşünü keçirib-FOTO

image-legitimaz-810x90

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əliyeva Zərdab rayonunda növbəti vətəndaş qəbulu və seçicilərlə görüş keçirib.

Xeberaz.info xəbər verir ki, görüş rayonun Heydər Əliyev Mərkəzində baş tutub.
Görüşdə rayon sakinləri iştirak edərək onları narahat edən məsələləri, təklif və müraciətlərini deputatın diqqətinə çatdırıblar. Vətəndaşlar tərəfindən sosial müdafiə, məşğulluq, təhsil, infrastruktur, kommunal xidmətlər və digər sahələrlə bağlı müxtəlif məsələlər qaldırılıb.
Millət vəkili Jalə Əliyeva hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. O qeyd edib ki, vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi onların problem və təkliflərinin yerində öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, eləcə də qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Deputat dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin ölkənin hərtərəfli inkişafına, vətəndaş rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, belə görüşlərin onların problemlərinin operativ şəkildə həllinə müsbət təsir göstərdiyini bildiriblər.
Sonda millət vəkili Jalə Əliyeva vətəndaş müraciətlərinin nəzarətdə saxlanılacağını və seçicilərlə görüşlərin mütəmadi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb.

image-fb_img_1782302250180 image-fb_img_1782302252866 image-fb_img_1782302256650 image-fb_img_1782302260867 image-fb_img_1782302264155 image-fb_img_1782302266868 image-fb_img_1782302269326 image-fb_img_1782302279998 image-fb_img_1782302285157 image-fb_img_1782302287914 image-fb_img_1782302290622 image-fb_img_1782302293758 image-fb_img_1782302296741 image-fb_img_1782302299763 image-fb_img_1782302302227 image-fb_img_1782302305143 image-fb_img_1782302308393 image-fb_img_1782302311010 image-fb_img_1782302314068 image-fb_img_1782302317014


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki