Mətbuat azadlığı prinsipi
Azərbaycan Respublikasında mətbuat azadlığının təmin olunması və kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin dəstəklənməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən media siyasəti çərçivəsində söz və ifadə azadlığının təmin edilməsi, jurnalistikanın peşəkarlığının artırılması və media institutlarının inkişafı məqsədilə ardıcıl islahatlar həyata keçirilmişdir. Bu siyasətin mühüm tərkib hissəsi kimi Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası hazırlanaraq qəbul edilmiş, milli mətbuatın müasir çağırışlara uyğun inkişafının əsas istiqamətləri müəyyənləşdirilmişdir. Konsepsiyada kütləvi informasiya vasitələrinin iqtisadi dayanıqlığının gücləndirilməsi, söz və məlumat azadlığının qorunması, jurnalistlərin peşəkarlığının artırılması, media subyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi və milli informasiya məkanının inkişaf etdirilməsi əsas prioritetlər kimi müəyyən edilmişdir. Sənəd həmçinin media ilə dövlət arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsini, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasını strateji hədəf kimi müəyyənləşdirmişdir. Dövlət dəstəyi siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanda media sahəsinin hüquqi bazası daha da təkmilləşdirilmiş, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, informasiya resurslarının inkişafı və peşəkar jurnalistikanın təşviqi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu yanaşma milli mətbuatın rəqabət qabiliyyətinin artırılmasına, informasiya mühitində sağlam rəqabətin formalaşmasına və medianın cəmiyyətin obyektiv məlumatlandırılmasındakı rolunun güclənməsinə əhəmiyyətli töhfə vermişdir. Mətbuat azadlığı prinsipi eyni zamanda yüksək peşəkarlıq, obyektivlik, qanunun aliliyi və ictimai məsuliyyət kimi dəyərlərlə vəhdət təşkil edir. Müasir dövrdə rəqəmsal medianın inkişafı, dezinformasiya ilə mübarizə və informasiya təhlükəsizliyinin qorunması şəraitində dövlət dəstəyi mexanizmləri milli medianın dayanıqlı inkişafını təmin edən mühüm amillərdən biri kimi çıxış edir. Bu baxımdan, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası Azərbaycan mediasının beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə, milli maraqların qorunmasına və informasiya cəmiyyətinin inkişafına xidmət edən mühüm strateji sənəd kimi xüsusi əhəmiyyət daşıyır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım




















