image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-azedu-az_lacin_886

 Laçının gələcək inkişafı təkcə yaşayış məntəqələrinin, yolların, məktəblərin və digər infrastrukturun qurulması ilə bağlı deyil

image-legitimaz-810x90

 Laçının gələcək inkişafı təkcə yaşayış məntəqələrinin, yolların, məktəblərin və digər infrastrukturun qurulması ilə bağlı deyil

 

Laçın rayonu Azərbaycanın təbii sərvətlərlə zəngin bölgələrindən biridir. Rayonun dağlıq relyefi, zəngin su ehtiyatları, güclü küləkləri və geniş təbiət imkanları burada müxtəlif enerji mənbələrindən istifadə üçün əlverişli şərait yaradır. Xüsusilə son illərdə Laçının yenidən qurulması və inkişafı ilə yanaşı, rayonun enerji potensialından səmərəli istifadə olunması məsələsi də mühüm istiqamətlərdən birinə çevrilib. Bu gün Laçının enerji imkanlarından danışarkən ilk növbədə su enerjisini, külək enerjisini və digər bərpa olunan enerji mənbələrini qeyd etmək lazımdır. Laçının gələcək inkişafı təkcə yaşayış məntəqələrinin, yolların, məktəblərin və digər infrastrukturun qurulması ilə bağlı deyil. Rayonun enerji baxımından özünü təmin edən, hətta ölkənin ümumi enerji sisteminə əlavə elektrik enerjisi ötürən bir bölgəyə çevrilməsi də qarşıda duran mühüm vəzifələrdəndir. Laçın rayonunun ən böyük üstünlüklərindən biri onun zəngin su ehtiyatlarına malik olmasıdır. Dağlıq ərazilərdən axan çaylar, müxtəlif çay qolları və yüksəklik fərqləri su elektrik stansiyalarının tikintisi üçün əlverişli şərait yaradır. Həkəriçay və onun qolları, o cümlədən Hoçaz, Zabux və Şəlvə çayları rayonun hidroenerji imkanlarının əsas mənbələrindəndir. Dağlardan sürətlə axan suyun enerjisindən istifadə etməklə elektrik enerjisi istehsal etmək mümkündür. Bu baxımdan Laçında su elektrik stansiyalarının tikintisi həm iqtisadi, həm də ekoloji cəhətdən mühüm əhəmiyyət daşıyır. Su elektrik stansiyalarının əsas üstünlüyü ondan ibarətdir ki, burada elektrik enerjisi yanacaq yandırılmadan istehsal olunur. Bu isə atmosferə zərərli qazların daha az buraxılması deməkdir. Laçın rayonunda son illərdə bir sıra su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyalar istifadəyə verilib. 2026-cı ilin iyulunda Hoçaz çayı üzərində “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı rayonun enerji imkanlarının daha da genişlənməsinə mühüm töhfə verib. Rəsmi məlumata görə, Laçında artıq ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası fəaliyyət göstərir.

Bu stansiyalar təkcə Laçının elektrik enerjisi ilə təmin olunmasına deyil, həm də artıq istehsal edilən enerjinin ölkənin ümumi enerji sisteminə ötürülməsinə imkan yaradır. Bu, Laçının gələcəkdə enerji istehsal edən mühüm rayonlardan birinə çevrilə biləcəyini göstərir. Laçının dağlıq və yüksək ərazilərində külək enerjisindən istifadə üçün də böyük imkanlar mövcuddur. Dağlarda küləyin sürəti bir çox ərazilərdə elektrik enerjisi istehsalı üçün əlverişli hesab olunur. Energetika sahəsində aparılan ilkin araşdırmalar göstərir ki, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin texniki potensialı yüksəkdir. Rəsmi qiymətləndirmələrdə bu iki rayon üzrə külək enerjisi potensialının təxminən 2000 meqavat olduğu bildirilir. Laçının Ermənistanla sərhədə yaxın bəzi yüksək dağlıq ərazilərində küləyin sürəti daha yüksəkdir və bu ərazilər külək elektrik stansiyalarının yaradılması baxımından perspektivli hesab olunur. Külək enerjisinin üstünlüklərindən biri onun tükənməyən təbii mənbə olmasıdır. Neft, qaz və digər faydalı qazıntılar müəyyən vaxtdan sonra tükənə bilər. Külək isə təbiətin bizə verdiyi davamlı enerji mənbəyidir. Müasir texnologiyalar vasitəsilə küləyin gücü elektrik enerjisinə çevrilir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki