image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Karxulu kəndi

image-legitimaz-810x90

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Karxulu kəndində müasir yaşayış məskəninin formalaşdırılması və sakinlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Kəndin Baş planı ərazinin yaşayış, sosial və iqtisadi infrastrukturu ilə kompleks şəkildə inkişafını, sakinlər üçün müasir və rahat yaşayış şəraitinin yaradılmasını nəzərdə tutur.

2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir. Bu müddət ərzində kənddə 4428 sakinin məskunlaşması üçün 940 fərdi evin, həmçinin bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma mərkəzi, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, eləcə də kiçik sahibkarlıq obyektləri yaradılacaq.

Baş plana uyğun olaraq, əhalinin sosial ehtiyaclarının qarşılanması məqsədilə kənddə iki tam orta məktəb və dörd uşaq bağçasının tikintisi də nəzərdə tutulub. Bununla yanaşı, kəndin yol-nəqliyyat, kommunal və digər zəruri infrastrukturlarla təmin edilməsi sakinlərin rahat yaşayışı üçün mühüm əsas yaradacaq.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 2026-cı ilədək olan dövrü əhatə edən birinci mərhələsi çərçivəsində Karxulu kəndində 125 hektarlıq ərazinin layihələndirilməsi nəzərdə tutulub. Bu mərhələdə 691 sakinin məskunlaşması üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi planlaşdırılır.

Karxulu kəndinin yenidən qurulması işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biridir. Kənddə yaradılacaq yaşayış və sosial infrastruktur sakinlərin doğma torpaqlarında təhlükəsiz, müasir və dayanıqlı həyat şəraitinin təmin edilməsinə xidmət edəcək.

 

Əhmədova Mehbarə – Zərdab şəhər sakini, pensiyaçı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki