Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xeberaz.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Digər Sərəncamla, Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.




















