image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fuzuli

 Füzulinin coğrafiyası

image-legitimaz-810x90

Füzulinin coğrafiyası

 

Azərbaycanın cənub-qərbində, Qarabağ bölgəsinin ətəyində yerləşən Füzuli rayonu təbii-coğrafi mövqeyi, iqlimi, zəngin torpaq və su ehtiyatları ilə ölkəmizin mühüm ərazilərindən biridir. Rayon 1948-ci ildə yaradılmış, qərbdə Xocavənd, şimalda Xankəndi və Ağdam, şərqdə Beyləqan və Cəbrayıl, cənubda isə İran İslam Respublikası ilə sərhəddə yerləşir.

Füzuli rayonu əsasən dağətəyi və düzənlik sahələrdən ibarətdir. Ərazinin qərb hissəsi Qarabağ silsiləsinin dağlıq zonası ilə, şərq hissəsi isə Kür–Araz ovalığının məhsuldar düzənlikləri ilə əhatələnir. Bu mövqeyə görə rayonun iqlimi də müxtəlifdir: dağlıq ərazilərdə mülayim soyuq, düzənliklərdə isə isti və quru iqlim hökm sürür.

Rayonun əsas çayı Köndələnçaydır. O, Qarabağ silsiləsindən başlanaraq rayon ərazisini şərqdən qərbə doğru axır və Kür çayına qovuşur. Qondələnçayın qolları olan Köndələnçay və Gəcərçay rayonun su ehtiyatlarını formalaşdırır, kənd təsərrüfatında suvarma işlərinin əsas mənbəyini təşkil edir. Füzuli rayonunun  torpaqları çox münbitdir. Burada əsasən boz-qəhvəyi və dağ-şabalıdı torpaq tipləri yayılmışdır. Əkinçiliyin əsas sahələri taxılçılıq, üzümçülük və bostançılıq olmuşdur. Rayonun iqlimi və torpağı həm də bağçılıq və heyvandarlığın inkişafı üçün əlverişlidir.

Təbii landşaft baxımından Füzuli çox zəngindir. Burada meşəlik sahələr, təbii bulaqlar, yaşıl yamaclar və qədim təbiət abidələri vardır. Rayonun dağətəyi hissəsində yerləşən Arazboyu düzənliklər qədimdən insanların məskunlaşdığı və kənd təsərrüfatı ilə məşğul olduğu ərazilərdir.

Füzuli həm də zəngin yeraltı sərvətləri ilə seçilir. Burada tikinti materialları yataqları – qum, gil və əhəngdaşları mövcuddur. Bu resurslar rayonun bərpası və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

23 avqust 1993-cü  il tarixdə ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bu zaman  rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfər idi. Tərkibinə bir şəhər və 78 kənd daxil idi.

2020-ci ilin sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü Vətən müharibəsinin başlandığı gün kimi tarixə düşdü. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən ordusunu daramadağın edən Azərbaycan Silahlı Qüvvələri işğaldakı torpaqları erməni faşistlərindən azad etmiş, ölkəmizin suverenliyinə nail olmuşdur. Bu gün Füzuli azad nəfəs alır.

 

 

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil  məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki