image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_20261011_182438

Deputat Jalə Əliyeva Kürdəmir rayonunun kəndlərində seçicilərlə görüş keçirib

image-legitimaz-810x90

Deputat Jalə Əliyeva Qoçalı, Xəlsə, Beyi və Pirəköçə kəndlərinin sakinləri ilə növbəti dəfə görüş və vətəndaş qəbulu keçirib.

Xeberaz.info xəbər verir ki, Qocalı kənd icra nümayəndəliyinin binasında təşkil olunan qəbuldan əvvəl şəhidlərimizin xatirə kompleksi ziyarət edilib. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Görüş zamanı iştirakçılara Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, sosial-iqtisadi inkişaf və əhalinin rifahının yüksəldilməsinə yönələn layihələr barədə məlumat verilib.

Daha sonra seçicilərin müraciətləri, xahiş və təklifləri dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan yerli və rayon əhəmiyyətli məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlarla və Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Respublika səviyyəli məsələlərin həlli imkanlarının araşdırılması məqsədilə müvafiq dövlət qurumlarına yazılı müraciətlərin ünvanlanacağı bildirilib.

Təxminən 50 nəfərin iştirak etdiyi görüş və qəbul qarşılıqlı anlaşma, səmimi ünsiyyət və konstruktiv dialoq şəraitində keçib. Seçicilərin müraciətlərinin diqqətlə dinlənilməsi, qaldırılan məsələlərin araşdırılması və onların həlli istiqamətində müvafiq addımların atılması görüşün əsas məqsədlərindən olub.

image-fb_img_1791727538834 image-fb_img_1791727542123 image-fb_img_1791727545075 image-fb_img_1791727547610 image-fb_img_1791727550557 image-fb_img_1791727553537 image-fb_img_1791727561698 image-fb_img_1791727564556 image-fb_img_1791727567164 image-fb_img_1791727574920


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki