Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi.
”Xeberaz.info” xəbər verir ki, 5 may 2025-ci il tarixində 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimovanın seçicilərlə növbəti qəbulu baş tutdu. Görüş zamanı vətəndaşlar öz problemlərini, təkliflərini və onları narahat edən müxtəlif məsələləri deputata çatdırdılar.
Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən işsizlik, işıq, məişət və digər məsələlər ətrafında oldu . Deputat hər bir müraciəti diqqətlə dinlədi, bir sıra məsələlər yerindəcə həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə saxlanıldı və digər məsələlər isə nəzarətə götürüldü. Deputat Elnarə Akimova vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq addımlar atacağını vurğuladı. O, seçicilərin problemlərinin həllinə kömək etmək üçün davamlı olaraq çalışacağını qeyd etdi. Görüşün əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq, onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq olub.