Cənab Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrin mühüm göstəricilərindən biridir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı ölkəmizin regional və beynəlxalq münasibətlərdə tutduğu mövqenin, sülhə, təhlükəsizliyə və qarşılıqlı etimada əsaslanan əməkdaşlığa verdiyi əhəmiyyətin diqqət mərkəzində olması baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə dünyada baş verən geosiyasi proseslər, münaqişələr, təhlükəsizlik problemləri və iqtisadi çağırışlar dövlətlər arasında dialoqun və qarşılıqlı etimadın gücləndirilməsini zəruri edir. Belə bir şəraitdə AQEM kimi beynəlxalq platformaların fəaliyyəti dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, fikir mübadiləsinin aparılması və ortaq problemlərin həlli yollarının müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq dialoqun inkişafına verdiyi önəmin bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışı Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, beynəlxalq əməkdaşlığa münasibəti və regional təhlükəsizlik məsələləri kontekstində əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, daxili işlərinə qarışmamaq prinsipinə və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin tərəfdarı kimi çıxış edib. Bu prinsiplər ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir.
Son illərdə həyata keçirilən infrastruktur layihələri, nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələri artırır. Bu baxımdan Asiya dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və yeni iqtisadi imkanların yaradılması xüsusi əhəmiyyət daşıyır. AQEM-in 7-ci Zirvə Görüşü həmçinin dövlətlər arasında etimad mühitinin möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır. Beynəlxalq münasibətlərdə davamlı sabitliyin təmin olunması yalnız siyasi bəyanatlarla deyil, həm də konkret əməkdaşlıq addımları, qarşılıqlı hörmət və ortaq məsuliyyət vasitəsilə mümkündür. Azərbaycan bu istiqamətdə fəal iştirak edən dövlətlərdən biri kimi beynəlxalq təşəbbüsləri və əməkdaşlıq imkanlarını dəstəkləyir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulması və ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzunu nümayiş etdirir. Bakıda keçirilən belə bir mötəbər zirvə görüşü ölkəmizin beynəlxalq əməkdaşlıq üçün etibarlı məkan olduğunu bir daha diqqətə çatdırır. Nəticə etibarilə, AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal iştirakını və dialoqa əsaslanan əməkdaşlığa verdiyi önəmi nümayiş etdirən mühüm tədbirdir. Cənab Prezident İlham Əliyevin çıxışı da bu baxımdan ölkəmizin sülh, təhlükəsizlik, qarşılıqlı etimad və davamlı inkişaf prinsiplərinə əsaslanan xarici siyasətinin əhəmiyyətini ön plana çıxarır. Belə beynəlxalq platformalar dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, ortaq məqsədlərin müəyyənləşdirilməsinə və gələcək əməkdaşlıq üçün yeni imkanların yaranmasına xidmət edir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının komendantı
Aqil Əliyev
























