image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_20260824_141110

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVDƏN NÖVBƏTİ UĞURLU MÜSAHİBƏ!

image-legitimaz-810x90

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVDƏN NÖVBƏTİ UĞURLU MÜSAHİBƏ!

Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və gələcək əməkdaşlığın perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan əlaqələri yalnız dövlətlərarası münasibətlərin çərçivəsi ilə məhdudlaşmır. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır. Azərbaycan–Özbəkistan əlaqələri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib və münasibətlərə tamamilə yeni məzmun gətirilib. Bu prosesdə Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı səmimi dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər iki ölkə arasında siyasi əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin uğurla həyata keçirilməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafının ən mühüm göstəricilərindəndir. 2024-cü ilin avqustunda cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrin tarixində mühüm siyasi hadisələr kimi yadda qalıb. Bu səfərlər çərçivəsində imzalanmış çoxsaylı sənədlər, xüsusilə strateji tərəfdaşlığın dərinləşdirilməsinə və müttəfiqlik münasibətlərinə dair sənədlər əlaqələrin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib. İqtisadi əməkdaşlığın perspektivləri yalnız ticarət və investisiyalarla məhdudlaşmır. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, energetika və digər sahələrdə həyata keçirilən layihələr iki ölkənin iqtisadi potensialının qarşılıqlı şəkildə tamamlanmasına imkan verir.
Azərbaycan və Özbəkistanı birləşdirən ən mühüm amillərdən biri ortaq türk tarixi və mədəni irsidir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi iki ölkənin mədəni siyasətində mühüm yer tutur. Tarixi yaddaşın, dilin, ədəbiyyatın, incəsənətin və digər mənəvi dəyərlərin qorunması xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə şərait yaradır. Ortaq türk irsinin müasir dövrdə təşviqi Azərbaycan–Özbəkistan əməkdaşlığının yalnız mədəni aspektini deyil, həm də Türk dünyasında ümumi həmrəylik proseslərini gücləndirən mühüm amil kimi çıxış edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı ölkənin xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat və kommunikasiya imkanlarının artırılması, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin əsas istiqamətlərindəndir. Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir. Tarixi və mədəni yaxınlıq artıq konkret siyasi, iqtisadi və geostrateji layihələrə çevrilir. Bu isə Türk dünyasının beynəlxalq münasibətlər sistemində daha təşkilatlanmış, daha təsirli və daha vahid aktora çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, cənab Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlərin əsas mahiyyəti də məhz bundan ibarətdir ki, Azərbaycan–Özbəkistan tərəfdaşlığı artıq iki dövlətin münasibətlərindən daha böyük məna daşıyır. Bu əməkdaşlıq Cənubi Qafqazla Mərkəzi Asiyanın yaxınlaşmasına, Türk dünyasının inteqrasiyasına və Avrasiya məkanında yeni siyasi-iqtisadi əməkdaşlıq arxitekturasının formalaşmasına ciddi töhfə verir. Bu gün Azərbaycan və Özbəkistan bir-birinə sadəcə qardaş ölkə kimi deyil, həm də regional və beynəlxalq proseslərdə etibarlı strateji tərəfdaş kimi yanaşırlar.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aqşin Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki