image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Cəbrayıl yaşayış kompleksi

image-legitimaz-810x90

Cəbrayıl şəhərinin yenidən qurulması çərçivəsində müasir yaşayış komplekslərinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu komplekslər şəhərə qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunmasına, eləcə də Cəbrayılın müasir şəhərsalma prinsipləri əsasında inkişafına xidmət edir.

Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli, 26-sı isə dördmərtəbəli olmaqla, ümumilikdə 33 yaşayış binasından ibarətdir. Binalarda 712 mənzil yerləşir. Mənzillərin 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45–50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55–90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98–100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90–108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110–120 kvadratmetr təşkil edir. Mənzillər tam təmirli şəkildə, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunaraq vətəndaşlara təhvil verilir.

Cəbrayıl şəhərində yaşayış fondunun genişləndirilməsi məqsədilə ikinci yaşayış kompleksinin də yaradılması nəzərdə tutulur. 5,28 hektar ərazidə salınacaq kompleks çərçivəsində 5 və 6 mərtəbəli 23 yaşayış binasının inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə 615 mənzil yerləşəcək. Kompleksin yaradılması şəhərin yaşayış imkanlarının genişləndirilməsinə və sakinlərin müasir mənzillərlə təmin olunmasına şərait yaradacaq.

Üçüncü yaşayış kompleksinin ümumi sahəsi də 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 yaşayış binasının tikintisi planlaşdırılır. Layihəyə əsasən, binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə 746 mənzil inşa ediləcək.

Cəbrayıl şəhərində həyata keçirilən bu yaşayış layihələri Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Yeni yaşayış komplekslərinin sosial və şəhər infrastrukturu ilə birlikdə formalaşdırılması nəticəsində Cəbrayıl sakinlərinin doğma şəhərlərində müasir və rahat yaşayış şəraiti ilə təmin olunması üçün geniş imkanlar yaradılır.

 

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki