image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Bu gün Azərbaycan gəncləri hərbi təhsil müəssisələrində yüksək səviyyədə təhsil alır, müasir bilik və bacarıqlara yiyələnirlər

image-legitimaz-810x90

Bu gün Azərbaycan gəncləri hərbi təhsil müəssisələrində yüksək səviyyədə təhsil alır, müasir bilik və bacarıqlara yiyələnirlər

Ulu Öndərin rəhbərliyi ilə ordu quruculuğu sahəsində mühüm islahatlar həyata keçirildi. Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, hərbi hissələrin fəaliyyəti təkmilləşdirildi, döyüş hazırlığı gücləndirildi. Orduda nizam-intizamın möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Heydər Əliyev hər zaman bildirirdi ki, Azərbaycanın müstəqilliyinin qorunmasının əsas təminatçısı güclü ordudur. Onun müəyyən etdiyi strateji xətt sonrakı illərdə uğurla davam etdirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna xüsusi diqqət yetirilməsi nəticəsində Silahlı Qüvvələrimiz regionun ən güclü ordularından birinə çevrildi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması bir daha göstərdi ki, Heydər Əliyevin vaxtilə müəyyən etdiyi ordu quruculuğu siyasəti öz bəhrəsini verib. Bu uğurların təməlində milli hərbi kadrların hazırlanmasına göstərilən diqqət və qayğı dayanır.

Bu gün Azərbaycan gəncləri hərbi təhsil müəssisələrində yüksək səviyyədə təhsil alır, müasir bilik və bacarıqlara yiyələnirlər. Onların yetişməsində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mühüm rolu vardır. Məhz buna görə də Azərbaycan xalqı Heydər Əliyevin hərbi kadrların hazırlanması sahəsindəki xidmətlərini böyük ehtiramla xatırlayır və bu siyasətin dövlətimizin qüdrətinin möhkəmlənməsində mühüm rol oynadığını yüksək qiymətləndirir.

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə başlamasından sonra hərbi kadrların hazırlanması istiqamətində həyata keçirdiyi tədbirlər müasir Azərbaycan Ordusunun əsasını təşkil etmişdir. Onun uzaqgörən siyasəti nəticəsində yetişən milli zabit korpusu müstəqillik illərində dövlətimizin müdafiəsində mühüm rol oynamış, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə böyük töhfələr vermişdir. Bu xidmətlər Azərbaycan tarixində daim xüsusi ehtiramla yad ediləcəkdir.

 

Nailə Əliyev – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki