image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Azərbaycanın özünün iqtisadi imkanları, texnoloji potensialı və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları genişlənib

image-legitimaz-810x90

Azərbaycanın özünün iqtisadi imkanları, texnoloji potensialı və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları genişlənib

Azərbaycan zəngin təbii ehtiyatlara malik ölkələrdən biridir. Uzun illər ərzində ölkənin iqtisadi inkişafında əsas rol neft və qaz sənayesinə məxsus olsa da, son dövrlərdə qeyri-neft sektorunun, xüsusilə dağ-mədən və metallurgiya sənayesinin inkişafı qarşıya mühüm vəzifələr qoyur. Azərbaycanın ərazisində qızıl, mis, molibden, dəmir filizi, polimetal və digər faydalı qazıntıların mövcudluğu bu sahənin ölkə iqtisadiyyatı üçün böyük potensiala malik olduğunu göstərir.

Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə yerləşən mineral ehtiyatların araşdırılması və iqtisadi dövriyyəyə cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı ildə keçirilən müşavirədə səsləndirdiyi fikirlərdə də Azərbaycanın perspektivli qızıl, mis və molibden yataqlarının müasir geoloji üsullarla öyrənilməsinin vacibliyi xüsusi vurğulanıb. Həmin müşavirədə qeyd olunub ki, bir sıra perspektivli yataqlar hələ də tam geoloji kəşfiyyat mərhələsini gözləyir.

Azərbaycanın təbii sərvətlərinin mühüm hissəsi tarixən ölkənin müxtəlif bölgələrində yerləşib. Lakin xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərinin uzun müddət işğal altında qalması bu ehtiyatların ölkənin iqtisadi inkişafında istifadə edilməsinə imkan verməyib.

İşğal dövründə həmin ərazilərin təbii sərvətlərindən qanunsuz istifadə edilməsi ilə bağlı Azərbaycan tərəfindən dəfələrlə məlumatlar açıqlanıb. Qızıl, mis və digər faydalı qazıntı yataqlarının yerləşdiyi ərazilər də bu prosesdən kənarda qalmayıb. Bu səbəbdən həmin yataqların real vəziyyətinin qiymətləndirilməsi, ehtiyatların yenidən hesablanması və müasir texnologiyalar əsasında araşdırılması zərurəti yaranıb.

Digər tərəfdən, sovet dövründə Azərbaycanın müxtəlif bölgələrində geoloji kəşfiyyat işləri aparılsa da, həmin dövrdə iqtisadi prioritetlər əsasən neft sənayesi ilə bağlı idi. Nəticədə Azərbaycanın bir sıra perspektivli mineral yataqları tam və müasir səviyyədə araşdırılmadan qalıb.

Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycanın özünün iqtisadi imkanları, texnoloji potensialı və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları genişlənib. Buna görə də əvvəllər kifayət qədər öyrənilməmiş ərazilərin yeni texnologiyalarla araşdırılması üçün geniş imkanlar yaranıb.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki