image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791443348_1791352267_1791033733_1613831981_1613830090_1613825128_bayraq_baki

Azərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyü

image-legitimaz-810x90

Azərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyü

Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbənin mühüm təməllərindən biri ölkənin uzun illər ərzində əldə etdiyi iqtisadi nailiyyətlər olmuşdur. Güclü iqtisadiyyat güclü dövlətin, müstəqil siyasətin və etibarlı müdafiə sisteminin əsas dayağıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya Azərbaycanın regional və beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynamışdır.

Müstəqilliyin ilk illərində ağır iqtisadi və siyasi problemlərlə üzləşən Azərbaycan sonrakı dövrdə genişmiqyaslı islahatlar həyata keçirməklə inkişaf yoluna qədəm qoydu. Xüsusilə enerji sektorunda reallaşdırılan layihələr ölkəmizin iqtisadi potensialını artırdı, beynəlxalq tərəfdaşlarla əlaqələrini genişləndirdi.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi kimi transmilli layihələr Azərbaycanın regionun mühüm enerji mərkəzlərindən birinə çevrilməsinə imkan yaratdı. Bu layihələr yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də ölkəmizin geosiyasi əhəmiyyətini artıran strateji təşəbbüslər oldu.

Nəqliyyat sahəsində həyata keçirilən layihələr də Azərbaycanın regional mövqeyini gücləndirdi. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm rolunu artırdı.

Azərbaycanın iqtisadi inkişafı müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də möhkəm maliyyə bazası yaratdı. Dövlət büdcəsinin imkanlarının genişlənməsi ordu quruculuğuna, müasir silah və texnikanın alınmasına, müdafiə sənayesinin yaradılmasına şərait yaratdı.

Bütün bunların fonunda Ermənistan işğalçılıq siyasəti nəticəsində regional iqtisadi layihələrdən kənarda qaldı. Azərbaycan isə əməkdaşlığa, qarşılıqlı faydaya və regional inkişafa əsaslanan siyasəti ilə beynəlxalq mövqelərini möhkəmləndirdi.

Vətən müharibəsində qazanılan Zəfər iqtisadi güclə hərbi qüdrətin vəhdətinin nə qədər əhəmiyyətli olduğunu sübut etdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri də məhz həmin iqtisadi potensialın nəticəsidir. Azərbaycan iqtisadi inkişafı milli təhlükəsizliyin və siyasi müstəqilliyin mühüm təminatına çevirməklə öz strateji məqsədlərinə nail oldu. Zəfərimizin arxasında yalnız hərbi güc deyil, həm də illərlə formalaşdırılmış iqtisadi qüdrət dayanır.

 

Raqib Əsədov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki