image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-5

Azərbaycanın əhəmiyyəti yalnız Cənubi Qafqazla məhdudlaşmır

image-legitimaz-810x90

Azərbaycanın əhəmiyyəti yalnız Cənubi Qafqazla məhdudlaşmır

 

Azərbaycanın iqtisadiyyatında neft və qaz sektoru hələ də mühüm yer tutur. Lakin burada əsas məqam əldə olunan gəlirlərin digər sahələrin inkişafına yönəldilməsidir. Neft və qazdan əldə edilən gəlirlər hesabına infrastruktur layihələri həyata keçirilir, qeyri-neft sektorunun inkişafına şərait yaradılır və iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar qoyulur.

Eyni zamanda, yeni yataqların işlənilməsi ilə bağlı beynəlxalq şirkətlərlə əməkdaşlıq davam etdirilir. Bu əməkdaşlıq enerji istehsalının və ixrac imkanlarının artırılmasına xidmət edə bilər. Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə kimi deyil, elektrik enerjisi ixrac edən ölkə kimi də regionda öz imkanlarını genişləndirir. Bu da Azərbaycanın enerji təhlükəsizliyində rolunun artmasına səbəb olur.

Azərbaycanın əhəmiyyəti yalnız Cənubi Qafqazla məhdudlaşmır. Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığı genişləndirir. Xəzər üzərindən həyata keçirilən daşımalar, Şərq-Qərb nəqliyyat əlaqələri və digər regional layihələr Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında rolunu artırır.

Bu əməkdaşlıq yeni ticarət imkanlarının yaranmasına, tranzit daşımaların genişlənməsinə və Azərbaycan iqtisadiyyatına əlavə investisiyaların cəlb edilməsinə imkan verə bilər. İqtisadi inkişaf yalnız maliyyə və texnologiya ilə mümkün deyil. Bunun üçün savadlı, peşəkar və müasir biliklərə malik insanlara ehtiyac var.

Prezident cənab İlham Əliyevin çıxışında da insan kapitalının əhəmiyyəti xüsusi vurğulanıb. Texnologiyanı almaq mümkündür, amma həmin texnologiyadan düzgün istifadə edə biləcək mütəxəssislərin hazırlanması uzun zaman tələb edir. Azərbaycanın son illərdə təhsil və kadr hazırlığı sahəsində həyata keçirdiyi proqramlar bu baxımdan mühüm əhəmiyyət daşıyır. Xaricdə təhsil proqramları, informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə həyata keçirilən layihələr gənclərin müasir peşələrə yiyələnməsinə imkan yaradır.

Bunun ən mühüm nümunələrindən biri neft-qaz sektorunda milli kadrların payının əhəmiyyətli dərəcədə artmasıdır. Əgər 30 il əvvəl bu sahədə xarici mütəxəssislərin sayı çox böyük idisə, hazırda Azərbaycan vətəndaşlarının həmin sahədə əsas mütəxəssislərə çevrilməsi ölkədə insan kapitalının inkişaf etdiyini göstərir. Xarici investor hər hansı ölkəyə investisiya qoyarkən ilk növbədə həmin ölkədə sabitliyin, qanunların qorunmasının və biznes fəaliyyəti üçün normal şəraitin olub-olmamasına diqqət edir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki